14 Aprel 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Trabzonspor” futbol klubu yeni müqavilə imzalayıb

Türkiyənin “Trabzonspor” klubu beş futbolçusu ilə yeni müqavilə imzalayıb. Super Liqa təmsilçisi öz yetirməsi olan Çağan Yılmazer, Engin Poyraz Efe Yıldırım, Muhammet Mustafa Pınarcı, Rüzgar Esen Bostan və Oğuzhan Yılmazla peşəkar müqavilə imzalandığını açıqlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçuların hər biri 2,5 illik müqaviləyə imza atıb. Xatırladaq ki, “Trabzonspor” Super Liqanın 2021-2022-ci il mövsümünün qalibidir.xeber100.com

Aprel 7, 2023 2:31

“İzmir Cup – 2023” beynəlxalq futbol turniri start götürüb

Türkiyənin İzmir şəhərində “İzmir Cup – 2023” beynəlxalq futbol turniri start götürüb. E qrupunda qərarlaşan “Qarabağ”ın U-12 komandası ilk turda Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. U-12 komandamız bu gün Niderlandın “Ayaks” və Serbiyanın “Srvena Zvezda” klubları ilə qarşılaşacaq.xeber100.com

Aprel 7, 2023 2:27

Azərbaycan yığma komandalarının üzvləri üçün seminar təşkil olunub

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən yeniyetmə qızlardan və gənc qadınlardan ibarət cüdo üzrə Azərbaycan yığma komandalarının üzvləri üçün seminar təşkil olunub. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Antidopinq maarifləndirmə seminarı zamanı idmançılara və məşqçilərə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. İdmançılar, həmçinin seminar zamanı öz antidopinq biliklərini də yoxlayıblar.xeber100.com

Aprel 6, 2023 3:01

Azərbaycan-Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Qadın futbolçulardan ibarət komandaları arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb. AFFA-nın saytı xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək. İlk oyunun baş hakimi Teona Sturua olacaq. Ona həmyerliləri Xatuna Maisuradze və Ketevan Qaiparaşvili kömək edəcəklər. Kristina Mariana Trandafir ikinci matçın baş hakimi, Elena Mihaila Tepusa və Roxana İvanov yan xətt hakimləri olacaqlar. Hər iki matçda dördüncü hakim funksiyasını Fəridə Lütfəliyeva yerinə yetirəcək.

Aprel 6, 2023 2:59

“Bavariya”nın futbolçusu yeni rekorda imza atıb

“Bavariya”nın futbolçusu Tomas Müller yeni rekorda imza atıb. Bunun üçün futbolçunun “Frayburq”la Almaniya Kubokunun 1/4 final oyununda start heyətində meydana çıxması kifayət edib. Belə ki, 33 yaşlı Müller Münxen klubunun heyətində 64-cü kubok görüşündə iştirak edib. O, Sepp Mayerin 63 oyunluq rekordunu yeniləyib. Almaniya Kubokunda Gerd Müller 62, Frans Bekkenbauer 61, Oliver Kan və Hans-Corc Şvartsenbek isə 59 qarşılaşmada meydana çıxıblar. Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”nın əsas komandasında forma geyinir.xeber100.com

Aprel 5, 2023 12:59

Şahmatın blitz növü üzrə yoldaşlıq görüşü keçiriləcək

Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək. Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olunub. Həmyerlimizlə yanaşı, dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.xeber100.com

Aprel 5, 2023 12:56

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, komandamız bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb. Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər. Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.xeber100.com

Aprel 5, 2023 12:54

Şahmat üzrə Aqzamov memorialı start götürəcək

Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək. Yarışda Azərbaycanın iki şahmatçısı - Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq. Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda mübarizə aparacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur. On bir ölkədən zəka sahiblərinin qatılacağı yarışın iştirakçılarından doqquzu qrosmeysterdir.xeber100.com

Aprel 4, 2023 1:44

Azərbaycan Premyer Liqasının ikinci mükafatçısı bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci mükafatçısı bəlli olub. XXVII turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib. Peşəkar Futbol Liqası xəbər verir ki, “Qəbələ” ilə XXVIII turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin edib. Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı üçlüyə düşüb. “Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıblar. “Sabah”adək daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.  

Aprel 3, 2023 2:41

Azərbaycan Premyer Liqasının XXVIII turunun səfər matçında

“Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının XXVIII turunun səfər matçında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi təxminən 3 il 5 aydan sonra rəqib meydanında 3 qol vurub. Peşəkar Futbol Liqası xəbər verir ki, Sumqayıtın eyniadlı klubunun sonuncu belə məhsuldarlığı 2019/2020-ci il mövsümündə qeydə alınıb. Tovuz səfərindən 1237 gün əvvəl 2019-cu il noyabrın 10-da “Sabah”ın qonağı olan komanda 3:1 hesablı qələbə qazanıb. Bundan sonrakı 46 səfər oyununda “Sumqayıt” ikidən çox qol vura bilməyib. 19 dəfə qolsuz qalan komanda 20 matçda 1, 7 qarşılaşmada 2 dəfə fərqlənibxeber100.com

Aprel 3, 2023 2:40
    Page 38 of 830« First«...102030...3637383940...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az