Azərbaycan Karate Federasiyasının məlumatı

Azərbaycan karateçiləri ikinci Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yola düşüblər.Azərbaycan Karate Federasiyasından Azərtac-a bildiriblər ki, iyunun 29-30-da keçiriləcək karate yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək. Roman Heydərov (kata), İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) iyunun 29-da mübarizə aparacaqlar. Nuranə Əliyeva (50 kq), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Rafael Ağayev (75 kq) iyunun 30-da tatami üzərinə çıxacaqlar.Karateçilər Minskin “Çijovka Arena” kompleksində yarışacaqlar. Səkkiz idmançı iki qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən güclü karateçi yarımfinalda qarşılaşacaq. Qaliblər ikinci Avropa Oyunlarının qızıl, məğlub olan idmançılar isə bürünc medalı uğrunda mübarizə aparacaqlar. Hər çəki dərəcəsində Oyunların 8 iştirakçısından 6-sı idmançı təsnifat xalları ilə seçilib. Qalan iki karateçidən biri təşkilatçı ölkə, digəri isə Avropa Karate Federasiyası (EKF) tərəfindən təyin olunub.Karate yarışlarını idarə edən ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Cahangir Babayev də var. İdmançılarla bir yerdə Minskə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, idarə heyətinin üzvü Fizuli Musayev, eləcə də baş məşqçilər Bahəddin Kandaz (kumite), Vahid Ayvazov (kata), böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və karateçilərin fərdi məşqçiləri də yola düşüblər.xeber100.com

İyun 27, 2019 3:08

Güləşçilər arasında Avropa çempionatı keçiriləcək

İyunun 27-dən 30-dək Polşanın Krakov şəhərində 15 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyində sərbəst və yunan-Roma güləşi üzrə müvafiq yığmalarımız iştirak edəcək. Sərbəst güləşçilərin yarışında məşqçi Namiq Quliyevin rəhbərliyi altında Elman Məmmədov (38 kq), Adəm Bağırov, Ruslan Abdullayev (hər ikisi 41 kq), Tural Niftiyev, İbrahim Musayev (hər ikisi 44 kq), Abdulrəhman İbrahimov, Musa Ağayev (hər ikisi 48 kq), Elcan Nadirli, İlkin Qənbərov (hər ikisi 52 kq), Elnur Qədirov (57 kq), Səlim Məmmədov, Fərman Hüseynov (hər ikisi 62 kq), Məzaim Mərdanov, Həsən Pələngov (hər ikisi 68 kq), Səttarxan Allahverdili (75 kq) və Ədalət Hümbətov (85 kq) mübarizə aparacaq.Yunan-Roma güləşi turnirində isə böyük məşqçi Əbülfət Məmmədov və məşqçi İlham Vəzirovun rəhbərliyi altında Fərahim Mustafayev, Rahim Həsənov (hər ikisi 38 kq), Məhəmməd Qasımzadə, Pərviz Dadaşov (hər ikisi 41 kq), Təvəkkül Həziyev, Balağa Mikayılzadə (hər ikisi 48 kq), Fərid Məmmədov, Fərid Xəlilov (hər ikisi 52 kq), Davud Məmmədov, Fizuli Abbasov (hər ikisi 57 kq), Kənan Abdullazadə, Həsən Əliyev (hər ikisi 62 kq), Cocu Səmədov və İbrahim Mehrəliyev (hər ikisi 75 kq) çıxış edəcək.Avropa çempionatında beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev ədaləti qoruyacaq.xeber100.com

İyun 26, 2019 11:57