“Minsk 2019”da güləş yarışlarının ikinci günündə

İyunun 26-da - “Minsk 2019”un altıncı günündə Azərbaycan atletləri idmanın 5 növü üzrə - güləş, boks, badminton, atıcılıq və stend atıcılığı yarışlarında mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, “Minsk 2019”da güləş yarışlarının ikinci günündə Mahir Əmiraslanov (57 kq) finalda serbiyalı Stevan Misiç ilə qarşılaşacaq. Hacımurad Qadcıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Maqomedov (125 kq) təsəlliverici görüşlərdə iştirak edəcəklər.Bundan başqa, iki kişi və bir qadın güləşçimiz də bu gün mübarizəyə qoşulacaq. Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) səkkizdəbir finalda Ermənistan təmsilçisi Volodya Franqulyan ilə görüşəcək. Nurmaqomed Qadcıyev (97 kq) Polşa təmsilçisi Radoslav Baran ilə üz-üzə gələcək. Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) isə səkkizdəbir finalda isveçli Cenni Franssonla qarşılaşacaq.Gün ərzində üç boksçumuz yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Cavid Çələbiyev (60 kq) Gürcüstan təmsilçisi Otar Eranosyan, Lorenso Sotomayor (69 kq) Kosovo idmançısı Patrion Behrami, Loren Alfonso Domingez (81 kq) isə Belçika boksçusu Ziyad El Mohor ilə görüşəcəklər.İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni G qrupunda sonuncu oyununu keçirəcək. İlk iki oyunda qələbə qazanaraq qrupa liderlik edən təmsilçimiz onunla eyni nəticəni göstərən Rusiya badmintonçusu Vladimir Malkovla üz-üzə gələcək. Yarışın reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar. İdmançımız artıq səkkizdəbir finala vəsiqəni təmin edib.Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma üzrə təsnifat yarışının ikinci mərhələsində mübarizəni davam etdirəcək. İdmançımız birinci mərhələdə 273 xal toplayaraq sonuncu – 35-ci pillədə qərarlaşıb. Kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəşaçma yarışında birinci mərhələdə 284 xal toplayaraq 19-cu olan Ruslan Lunyov da bu gün ikinci mərhələdə çıxış edəcək.Stend atıcılığı üzrə kişilərin yarışında təsnifat mərhələsində ölkəmizi Emin Cəfərov təmsil edəcək.“Minsk 2019”a iyunun 30-da yekun vurulacaq. Hazırda Azərbaycan millisinin aktivində 4 gümüş və 7 bürünc medal var.

İyun 26, 2019 11:51

“Minsk 2019” Avropa Oyunlarında güləş yarışlarına start verilib

İyunun 25-də - “Minsk 2019” ikinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarına start verilib.Azərtac xəbər verir ki, yarışların birinci günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulub.Güləşçilərimizdən ilk olaraq xalça üzərinə Mahir Əmiraslanov (57 kq) çıxıb. Azərbaycan pəhləvanı səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimiz dörddəbir finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov ilə qarşılaşacaq.Aleksandr Qostiyev (86 kq) də mübarizəyə qələbə ilə başlayıb. Sərbəst güləşçimiz Moldova təmsilçisi Denis Balaur üzərində 7:1 hesablı qələbə qazanıb. Pəhləvanımız dörddəbir finalda Gürcüstan təmsilçisi Sandro Aminaşvili ilə görüşəcək.Cəmaləddin Maqomedov (125 kq) səkkizdəbir finalda Belarus idmançısı Vitali Piasniak ilə üz-üzə gəlib. İdmançımız rəqibinə 6:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda pəhləvanımızın rəqibi macarıstanlı Daniel Ligeti olacaq.Hacımurad Qadcıyev (74 kq) isə türkiyəli Söner Demirtaşa 3:4 hesabı ilə uduzub.Xatırladaq ki, “Bakı 2015” birinci Avropa Oyunlarında Azərbaycan güləşçiləri ümumilikdə 15 medal, o cümlədən 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz isə 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olublar.xeber100.com

İyun 25, 2019 4:20

“Qarabağ” futbol klubu ilk transferini reallaşdırıb

Ağdamın “Qarabağ” futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, klub ispaniyalı hücumçu Xayme Romero Rodriges ilə üç illik müddətə müqavilə imzalayıb. Futbolçu komandada 9 nömrəli formada çıxış edəcək.Karyerasına İspaniyanın “Albasete” klubunda başlayan 28 yaşlı futbolçu “Saraqosa”, “Real B”, İtaliyanın “Bari” və “Udineze” klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da da icarə əsasında forma geyinən futbolçu sonuncu dəfə “Kordoba” klubunda çıxış edib.Xayme Romero Rodriges transferlə bağlı təəssüratlarını bölüşərək deyib: “Qarabağ” kimi güclü kluba gəldiyim üçün çox sevinirəm. Bu, mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqda məlumatlıyam. Azərbaycanın ən güclü komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl bir neçə dəfə Azərbaycan çempion olması, avrokubokların qrup mərhələsində iştirakı, həmçinin klubun peşəkar idarəçiliyi qərarıma müsbət təsir göstərdi. Oyunlarda öz bacarığımı göstərməyi və komandama kömək etməyi səbirsizliklə gözləyirəm. Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır. Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Azarkeşlərin mənə inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.xeber100.com

İyun 24, 2019 5:20