Güləş Federasiyasının məlumatına görə…

Azərbaycanın iki gənc güləşçisi Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iyunun 8-də 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində gənc sərbəst güləşçilər qızıl medal uğrunda mübarizə aparıblar.Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov səkkizdəbir finalda Gürcüstandan olan güclü rəqibinə minimal fərqlə qalib gəlib. Pəhləvanımız sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz yarımfinalda Moldova güləşçisini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Rusiya idmançısı ilə qarşılaşan Gəncə güləş məktəbinin yetirməsi hesab 1:1 olarkən sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.Yetmiş doqquz kiloqram çəki dərəcəsində yarışan Abubakr Abakarov qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Komandamızın üzvü Litva idmançısını da vaxtından əvvəl 11:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala adlayıb. İdmançımız bu mərhələdə estoniyalı rəqibi üzərində də qələbə qazanaraq finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini də üstələyən A.Abakarov Avropa çempionatının qalibi olub.xeber100.com

İyun 9, 2019 10:13

“Azerbaijan International 2019” turnirinin ikinci yarış günündə

“Azerbaijan International 2019” turnirində ikinci yarış gününə yekun vurulub.Azərtac xəbər verir ki, 5 kateqoriya üzrə keçirilən yarışın ikinci günündə təsnifat, ardınca əsas mərhələnin görüşləri keçirilib. Otuz doqquz ölkədən 248 badmintonçunun yarışdığı turnirdə bu gün 1/32 final mərhələsinin görüşləri başa çatıb.Badmintonçularımızdan kişilərin qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü İran təmsilçiləri Əmir Cabbari-Mehran Şahbazi tandeminə 2:0 (21-19, 24-22) hesabı ilə qalib gəlib. Kişilərin qoşa yarışında Azərbaycan derbisi baş tutub. Cahid Əlhəsənov-Səbuhi Hüseynov cütü Zaur İsazadə-Seyid Mircəfərov qoşasına 2:0 (21-11,21-12) hesabı ilə qalib gəlib. Aqil Qəbilov-Rəvan Niftəliyev qoşası sinqapurlu Kai Terri-Kin Hin cütünə 0:2 (8-21, 2-21) hesabı ilə uduzub. Kərim Musayev-Tural Rəsulov cütü fransalı Kristo Popov-Toma Junior Popov tandeminə 0:2 (7-21, 9-21), Cavanşir Kişiyev-Rəvan Rüstəmov cütü isə türkiyəli Mehmet Capar-Emre Sönmez tandeminə 0:2 (4-21, 4-21) hesabı ilə məğlub olublar. Qarışıq-qoşa yarışlarında mübarizə aparan Orxan Qələndərov-Adilə Mehtiyeva cütü türkiyəli Mert Tunco-Yasemen Bektaş tandeminə 0:2 (9-21, 7-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov-Elnurə Cəfərova isə hindistanlı Saurab Şarma-Anouşka Parix qoşasına 0:2 (11-21, 7-21) hesabı ilə məğlub olub. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo fransalı Lukas Korve ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma 3 set davam edib. Korve badmintonçumuzu 2:1 (19-21, 21-13, 21-7) hesabı ilə məğlub edib.Turnirin bütövlükdə gedişatını isə Avropa Badminton Konfederasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə izləmək mümkündür. Nəticələri isə onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında izləmək olar.xeber100.com

İyun 8, 2019 11:00