07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Milli komandaların yeni reytinq siyahısı açıqlanıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, siyahıda Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb.Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv daha öncə açıqlanan reytinqlə müqayisədə iki pillə geriləyib. Buna səbəb millinin “Avro 2020”nin son mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.Komandanın seçmə mərhələdəki rəqiblərindən Xorvatiya bir pillə geriləyib və 1625 xalla 6-cı pillədə qərarlaşıb. 1514 xalı olan və 4 pillə geriləyən Uels isə 1514 xalla 23-cü olub. Son iki oyunda qələbə qazanan Macarıstan 9 pillə irəliləyərək 42-ci yerə çıxıb. Slovakiya isə bir pillə irəliləyib və hazırda 1491 xalla 31-cidir.Siyahıda ilk üç pillənin sahibi dəyişməyib. Belçika (1746) birinci, Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü yerdədir. Türkiyə yığması (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.xeber100.com

İyun 14, 2019 4:56

Şahmat üzrə səkkizinci turun oyunları keçirilir

Rusiyanın Poykovski qəsəbəsində təşkil edilən şahmat üzrə ənənəvi Anatoli Karpov turnirində səkkizinci turun oyunları keçirilir.Azərtac xəbər verir ki, XII dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis olunan və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmizi Rauf Məmmədov təmsil edir. Ötən turda xorvatiyalı şahmatçı İvan Şariçlə mübarizə aparan idmançımız yeddinci dəfə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnirdə yeddi turdan 3,5 xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq, 2-9-cu yerləri bölüşür.Raufun növbəti rəqibi rusiyalı şahmatçı Andrey Yesipenkodur.xeber100.com

İyun 14, 2019 4:54

Atletika üzrə Azərbaycan çempionatına start verilib

İyunun 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak edirlər.AAF-dan Azərtac-a bildiriblər ki, çempionatda 80-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Yarışın ilk günündə atletlər qaçışın 3 (100, 400, 3000,) növü üzrə öz güclərini sınayırlar. Bundan başqa, idmançılar üçtəkanla tullanma, nüvəitələmə və nizəatma üzrə də mübarizə aparırlar.Qaliblər federasiya və nazirlik tərəfin diplom və medallarla təltif olunacaq.xeber100.com

İyun 14, 2019 4:51

“Altibox Norway Chess 2019” superturniri davam edir

Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturniri davam edir.Azərtac xəbər verir ki, turnirin yeddinci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov çinli Dinq Lirenə uduzub. Növbəti turda Ş.Məmmədyarov ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq. Hazırda təmsilçimizin 5, rəqibinin isə 7 xalı var.Turnirə 11 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Ermənistanlı Levon Aronyan 9, Çin təmsilçiləri Yu Yanqyi 8,5, Din Liren 7,5, fransalı Maksim Vaşe-Laqrav, hindistanlı Vişvanatan Anand 6, amerikalı Fabiano Karuana 5,5, rusiyalı Aleksandr Qrişuk isə 3,5 xal toplayıblar.xeber100.com

İyun 13, 2019 5:46

“Real Madrid” futbol klubu rekord məbləğdə vəsait xərcləyib

“Real Madrid” klubu yay transfer pəncərəsində yeni futbolçuların alınması üçün rekord məbləğdə vəsait xərcləyib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid təmsilçisi yay transfer pəncərəsində beş futbolçunun alınması üçün 303 milyon avro ödəyib. “Real”ın rəhbərliyi “Çelsi”dən Eden Hazardı (100 milyon avro), “Ayntraxt”dan Luka Yoviçi (60 milyon), “Portu”dan Eder Militaonu (50 milyon), “Olimpik Lyon”dan Ferland Mendini (48 milyon), “Santos”dan isə Rodriqonu (45 milyon) heyətinə qatıb.Bununla da “Real Madrid” on il əvvəlki rekordunu yeniləyib. “Kral klubu” 2009-cu ilin yayında Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və Kərim Benzemanın transferi üçün ümumilikdə 260 milyon avro xərcləmişdi.xeber100.com

İyun 13, 2019 5:12

UEFA Çempionlar Liqasının yeni mövsümündə

İyulun 4-də futzal üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Komandalar milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasən qruplara bölünəcək.Azərtac xəbər verir ki, reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunacaqlar. Əgər son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olarsa, o zaman reytinqdə dördüncü olan ölkə yarışa 2 komanda ilə qatılacaq. Turnirin son qalib isə Portuqaliyanın “Sportinq” klubu olub. Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq.Azərbaycan isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşıb. Ölkəmizi turnirdə Azərbaycan çempionu “Araz” təmsil edəcək.Turnirdə 20 ölkədən 24 komanda birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

İyun 13, 2019 5:09

2019-2020-ci il mövsümünə hazırlıq məqsədilə görüşlər keçiriləcək

Hər il olduğu kimi, cari mövsümün sonunda növbəti - 2019-2020-ci il mövsümünə hazırlıq məqsədilə klublarla görüşlər keçiriləcək.Azərtac xəbər verir ki, oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatı aparacaq şəxslərlə keçiriləcək görüşlərdə məqsəd onlayn qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qaydalar və sənədlər haqda məlumatın verilməsidir.2009-cu ilin yanvarında AFFA futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb. 2016-2017-ci il mövsümündən “Futbola qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub. 2017-2018-ci il mövsümündən etibarən isə “Futbola qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatdan özü keçir.xeber100.com

İyun 13, 2019 5:06

Fransa boksu üzrə dünya çempionatına start verilib

İyunun 13-də Tunisin Hammamet şəhərində savat (Fransa boksu) üzrə dünya çempionatına start verilib.Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasından azərtac-a bildiriblər ki, 50 ölkədən 600-dək idmançının qatıldığı yarışda ölkəmizi Nurlan Qədimov (70 kq), Bəhruz Çıraqov (75 kq) və Tural Bayramov (85 kq) təmsil edirlər. Komandamızın üzvləri çempionatda federasiya prezidenti Rafiq Əliyevin və icraçı direktor Sənan Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.xeber100.com

İyun 13, 2019 4:51

Atletika Federasiyasının məlumatına görə…

Finlandiyanın Turku şəhərində atletikanın bütün növləri üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı Nazim Babayev (üçtəkanla tullanma) və Anna Skidan (çəkicatma) təmsil ediblər.Azərtac Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, qış mövsümünü üçtəkanla tullanma üzrə Avropa çempionu kimi başa vuran atletimiz nüfuzlu “IAAF World Challenge Meetıngs” turnirində 16,44 metr məsafəyə tullanmaqla beşinci yeri tutub. Yarışda çinli idmançı Yaminq Zu qızıl medalın sahibi olub. Amerikalı atlet Donald Skott isə gümüş medala layiq görülüb.Çəkicatma yarışında isə Azərbaycanın “Tokio 2020” Yay Olimpiya Oyunlarına ilk vəsiqə qazanan atleti Anna Skidan iştirak edib. Atletimiz yarışda 70,59 metr nəticə ilə səkkizinci pillədə qərarlaşıb.xeber100.com

İyun 12, 2019 11:37

Azərbaycan millisi Slovakiya yığmasını qəbul edib

İyunun 11-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib.Azərtac xəbər verir ki, oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.Oyunda komandamızın yeganə qolunu matçın 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.Hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan, Xorvatiya və Slovakiya milliləri başçılıq edir.Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.xeber100.com

İyun 12, 2019 11:34
    Page 392 of 831« First«...102030...390391392393394...400410420...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az