04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” futbol klubu yeni müqavilə imzalayıb

"Qarabağ" futbolçusu Miçellə yeni müqavilə imzalayıb.Milli.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il Ağdam klubunun formasını geyinəcək.Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, 8 qol və 5 məhsuldar ötürməylə yadda qalıb.2015-ci ildən komandada çıxış edən Miçel 144 oyunda 29 qolla yadda qalıb, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.Qeyd edək ki, "Qarabağ" bir müddət əvvəl Qara Qarayevlə də müqavilə yenilənmişdi.xeber100.com

İyun 7, 2019 8:52

UEFA 2020 turniri üçün bilet qiymətlərini açıqlayıb

UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək UEFA AVRO-2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb.Trend-in məlumatına görə, 2020-ci ilin 12 iyun-12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.Oyunlara rekord sayda – üç milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.xeber100.com

İyun 7, 2019 8:26

“Çelsi” klubu Idman Arbitraj Məhkəməsinə müraciət edib

"Çelsi" FİFA tərəfindən 2020-ci ilədək qoyulan transfer qadağasına görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.Milli.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. London təmsilçisi Apellyasiya Komitəsinin transfer qadağasını qüvvədə saxlama qərarından sonra bu addımı atıb.Qeyd edək ki, "Çelsi" yeniyetmə futbolçuların keçidi zamanı etdiyi qayda pozuntularına görə qarşıdakı yay və qış transfer dönəmində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.xeber100.com

İyun 7, 2019 8:22

Beynəlxalq badminton turniri başlayacaq

Bu gün Bakıda "Azerbaijan International" beynəlxalq badminton turniri başlayacaq.Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, "International Challenge" seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Bu, "International Challenge" seriyalı turnirlər üçün rekord göstəricidir.Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı İdman Sarayında təşkil ediləcək.Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək.Qeyd edək ki, turnir 6-9 iyun tarixlərində keçiriləcək.xeber100.com

İyun 6, 2019 9:28

“Milan” futbl klubunun baş məşqçisi müəyyənləşdi

"Milan"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.Milli.az xəbər verir ki, klub "Sampdoriya"nın çalışdırıcısı Marko Campaolo ilə razılığa gəlib. Onunla 2 illik müqavilə imzalanacaq. 51 yaşlı mütəxəssis yeni klubunda illik 2 milyon avro qazanacaq.Qeyd edək ki, "Milan" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.xeber100.com

İyun 6, 2019 7:02

ABŞ-lı iş adamı A seriyası təmsilçisinin səhmlərini alıb

İtaliyanın "Fiorentina" klubunun sahibi dəyişib.Milli.Az qol.az-a istinadən xəbər verir ki, ABŞ-lı iş adamı Rokko Kommisso A seriyası təmsilçisinin səhmlərini Della Valle ailəsindən alıb.İtaliya mətbuatı "Nyu-York Kosmos"un da sahibi olan 69 yaşlı Komissonun "Fiorentina"üçün 160 milyon avro ödədəyini yazıb.xeber100.com

İyun 6, 2019 6:08

İngiltərə Premyer Liqasında 36 oyuna 22 qol…

"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq Çin klublarının diqqət mərkəzinə düşüb.Milli.az xəbər verir ki, Super Liqa təmsilçisi "Quançjou Everqrand" və "Şanxay SİPQ" qabonlu hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.Çin təmsilçiləri Obameyanqa həftəlik 300 min funt-sterlinq qazanacağı uzunmüddətli sözləşmə təklif ediblər. Hazırda "Arsenal"da həftəlik 190 min funt-sterlinq qazanan Obameyanqın bu təkliflərə necə cavab verəcəyi bilinmir.29 yaşlı hücumçu geridə qalan mövsümdə İngiltərə Premyer Liqasında 36 oyuna 22 qol vurub.xeber100.com

İyun 5, 2019 12:20

Millətlər Liqası turnirində final mərhələsinə start veriləcək

Bu gün UEFA Millətlər Liqası turnirində ilk mövsümün final mərhələsinə start veriləcək.Milli.az xəbər verir ki, yarışın mükafatçıları Portuqaliyada müəyyənləşəcək.Qrup mərhələsinin oyunları ötən ilin payızında baş tutan 2018/19 mövsümünün qalibi adına 4 iddiaçı qalıb. Bunlar A liqasında qrup qalibi olan Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə yığmalarıdı.Final mərhələsinin görüşlərinə iki şəhər - Gimaraynş və Portu ev sahibliyi edəcək. İlk qarşılaşmada Portunun "Draqao" stadionunda keçiriləcək. Meydan sahibləri İsveçrəni qəbul edəcək. Ertəsi gün Gimaraynşda İngiltərə ilə Hollandiya üz-üzə gələcək.Final və III yer uğrunda matç iyunun 9-da keçiriləcək. Turnirin qalibi kubokun ilk sahibi olmaqla yanaşı, pul mükafatı da əldə edəcək. Millətlər Liqasının çempionu 10,5, finalçı isə 9 milyon avro əldə edəcək. Üçüncü yerin sahibi 8, mükafatçılar sırasına düşə bilməyən komanda 7 milyon qazanacaq.xeber100.com

İyun 5, 2019 12:07

Güləş Federasiyasının məlumatına görə…

Azərbaycan güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz turnirə iddialı başlayıb. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına birinci hissə başa çatmadan qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. Təmsilçimiz dörddəbir finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz hesabda öndə olsa da, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.Z.Əliyev bürünc medal uğrunda prinsipial qarşılaşmada Ermənistan güləşçisi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub. İdmançımız bu qələbə sayəsində qitə birinciliyində komandamızın aktivinə ilk medalı yazdırıb.xeber100.com

İyun 5, 2019 12:02

Milli Parkda pulsuz idman dərsləri keçiriləcək

Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.Trend-in məlumatına görə, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib.Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən "Yay gəlir" kampaniyasına start verir:"Layihə çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə - saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir".Xeber100.com

İyun 5, 2019 10:57
    Page 394 of 830« First«...102030...392393394395396...400410420...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az