04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Çelsi”futbol klubunun yarımmüdafiəçisi matçda oynamayacaq

İngiltərənin “Çelsi”futbol klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələndiyi üçün, ola bilsin ki, Avropa Liqasının finalında Bakıda Londonun “Arsenal” komandasına qarşı matçda oynamayacaq.Azərtac xəbər verir ki, Loftus-Çik mayın 14-də Amerikanın “Nyu-İnqlend” klubuna qarşı yoldaşlıq matçında zədələnib. 3:0 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmış bu oyunda 23 yaşlı Loftus-Çik havadakı top uğrunda mübarizədə tullandıqdan sonra onun ayağı burxulub.“Çelsi”nin yetirməsi olan bu oyunçu əsas komandanın heyətində 2017-ci ildə İngiltərə çempionu olub. Cari mövsümdə o, bütün turnirlərdə London klubunun heyətində 40 matç keçirib, 10 qol vurub və qol ilə nəticələnmiş 5 ötürmə edib.Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək.xeber100.com

May 17, 2019 12:58

“Neftçi”nin 2019-2020-ci illər üçün hazırlıq planı müəyyənləşib

“Neftçi” klubunun 2019-2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.Klubdan Azərtac-a bildiriblər ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə keçiriləcək. Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamız qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblər barədə ətraflı məlumat veriləcək.xeber100.com

May 17, 2019 12:54

35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək

Mayın 17-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək.Azərtac xəbər verir ki, gimnastlar fərdi yarışlarda halqa və topla hərəkətlərdə mübarizə aparacaqlar. Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.Qeyd edək ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - 5 halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.xeber100.com

May 17, 2019 10:54

2022-ci il dünya çempionatının ikinci stadionunun açılışı olub

Fransanın frans-press agentliyinin verdiyi məlumata görə, mayın 16-da Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionunun açılışı olub.Azərtac xəbər verir ki, “Al-Vakra” adlanan bu stadionun açılışı münasibətilə Qətər əmiri kuboku uğrunda “Al-Duhayl” və “Al-Sadd” komandaları arasında final oyunu keçirilib. Bu görüşdə “Al-Duhayl” 4:1 hesabı ilə qalib gəlib.Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanmış bu stadion 40 min tamaşaçı tutur. Stadionun tikintisi 575 milyon dollara başa gəlib.Dünya birinciliyi başlanana qədər Qətərdə 8 stadion tikiləcək və ya əsaslı şəkildə yenidən qurulacaq. Artıq istifadəyə verilmiş birinci arena Dohada yerləşən və 40 min tamaşaçı tutan “Xəlifə” stadionudur.Xatırladaq ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Doha, Lusai, Al-Vakra, Al-Hora, Ər-Rayan, Ümm-Salal və Aş-Şamal şəhərlərində keçiriləcək.xeber100.com

May 17, 2019 10:52

“Yuventus”un hücumçusu Fələstinə 1.5 milyon dollarlıq yardım edib

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu xeyirxah addım atıb.Milli.Az xəbər verir ki, portuqaliyalı superulduz Ramazan ayı münasibəti ilə Fələstinə 1.5 milyon dollarlıq yardım edib. Həmin vəsaitin iftar yeməklərinə xərclənəcəyi bildirilir.Qeyd edək ki, bu, Ronaldunun Fələstinlə bağlı ilk xeyirxah addımı deyil. O, 2014-cü ildə də sözügedən ölkəyə 2 milyon dollar bağışlamışdı.xeber100.com

May 16, 2019 7:59

“Ayaks” klubu “De Qrafsxap” komandasına qalib gəlib

Amsterdamın "Ayaks" futbol klubu Hollandiya milli çempionatının 34-cü dəfə qalibi olub.Trend-in məlumatına görə, sonuncu turda "Ayaks" "De Qrafsxap" komandasına 4:1 hesabı ilə qalib gələrək 86 xal toplayıb və birinci yerdə qərarlaşıb."PSV" mövsümü ikinci yerdə başa vurub və "Ayaksdan" üç xal geridə qaldı. Bürünc medalı "Feyenord" futbol klubu qazanıb (65 xal).xeber100.com

May 16, 2019 7:42

PSJ futbol klubu yeni müqavilə imzalaycaq

PSJ qapıçısı Canluici Buffona yeni müqavilə təklif edib.Milli.Az bildirir ki, bu barədə 41 yaşlı qolkiperin özü məlumat verib. O, yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəyini və təklifi müzakirə edəcəklərini bildirib.Qeyd edək ki, Buffon ötən ildən Paris təmsilçisində oynayır.xeber100.com

May 16, 2019 7:37

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.Trend-in məlumatına görə, 16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.xeber100.com

May 16, 2019 7:29

“İBSA Judo Grand Prix Baku 2019” yarışlarına yekun vurulub

“İBSA Judo Grand Prix Baku 2019” yarışlarının sonuncu gününə yekun vurulub.Trend-in məlumatına görə, yarışların ikinci günündə müxtəlif ölkələrdən olan idmançılar 6 qızıl uğrunda mübarizə aparıblar. Ölkəmizi 9 cüdoçu təmsil edib.Azərbaycanlı idmançı Rövşən Səfərov 90 kq çəki dərəcəsində yarışların gümüş mükafatçısı olub.Digər paracüdoçumuz Xanım Hüseynova isə 63 kq çəki dərəcəsində qadınların yarışında üçüncü yerə layiq görülüb.Azərbaycan komandası yarışlarda 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmaqla ümumi nəticədə ikinci yerə çıxıb. Yarışların ilk yerini isə 4 qızıl və 4 bürünc medal ilə Özbəkistan komandası qazanıb.Qadınların yarışında qızıl medalları özbəkistanlı Nafisa Şeripboeva (63kq), meksikalı idmançı Lenia Ruvalkaba Alvares (70kq) və italiyalı Karolina Kosta (+70kq) qazanıblar.Kişilərin yarışında qızıl medalları iranlı Vahid Nuri (90kq), britaniyalı Kristofer Skelley (100kq) və özbəkistanlı Şirin Şərifov qazanıblar.xeber100.com

May 15, 2019 11:43

Karate Federasiyasının məlumatı əsasında…

Karate üzrə Azərbaycan milli komandası Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yığmamız Dünya Karate Federasiyasının (WKF) Karate1 Seria A turnirində qüvvəsini sınayacaq.Mayın 17-19-da baş tutacaq yarışda milli komandanın əsas və əvəzedici üzvləri mübarizə aparacaqlar. Kumite üzrə kişilərin baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev və Vüsal Kamallı (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), həmçinin Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) yer alıb.Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Aytac Əliyeva (55 kq), İrina Zaretska, Zamira Rizayeva (68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxışına üstünlük verib.Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov və Neda Rezainin yarışa qatılmasını məqbul sayıb. Komanda kata turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev çıxış edəcək.xeber100.com

May 15, 2019 11:37
    Page 402 of 830« First«...102030...400401402403404...410420430...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az