04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 11-12-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında 20 və 23 yaşlı gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək.Trend-in məlumatına görə, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.xeber100.com

May 10, 2019 8:27

“Ayaks” – “Tottenhem” oyununda maraqlı anlar yaşanıb

Çempionlar Liqasının yarımfinalının cavab matçı çərçivəsində keçirilən "Ayaks" - "Tottenhem" oyununda maraqlı anlar yaşanıb.Milli.az xəbər verir ki, hollandların futbolçuları Nussair Mazraui və Hakim Ziyex oyuna oruc ola-ola çıxıblar.Adıçəkilən müsəlman futbolçular qarşılaşmanın 22-ci dəqiqəsində meydanın kənarına gələrək oruclarını açıblar.Qeyd edək ki, qarşılaşma "Ayaks"ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Hollandların ikinci qoluna məhz Hakim Ziyex imza atıb.xeber100.com

May 9, 2019 4:09

“Qalatasaray”ın baş məşqçisi Uşaq Fonduna yardım edib

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından aldığı 5,2 milyon TL təzminatı Uşaq Yardım Fonduna yatırıb.Milli.az xəbər verir ki, bu barədə mütəxəssisin vəkili Rezan Epözdemir məlumat verib. O, bu quruma ən böyük yardımın edildiyini deyib.Qeyd edək ki, Fatih Terim Türkiyə millisindən ayrıldıqdan sonra məhkəməyə şikayət etmiş və federasiyadan təzminat almışdı.xeber100.com

May 9, 2019 4:03

“Real” futbol klubu yeni müqavilə imzaladığını bəyan edib

"Real" "adidas" şirkəti ilə yeni müqavilə imzaladığını bəyan edib.Milli.az xəbər verir ki, yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.Bu, madridlilərin adıçəkilən şirkətlə 3-cü sözləşməsidi. Belə ki, Almaniya şirkəti 1998-ci ildən bəri "Real"a sponsorluq edir və anlaşma 10 ildən bir yenilənir. Bu müddət ərzində "kral klubu" 29 titul qazanıb ki, bunun 6-sı Çempionlar Liqası kuboku olub.Müqavilənin maliyyə şərtləri açıqlanmasa da, İspaniya nəhənginin bundan təxminən 1,5 milyard avro gəlir götürəcəyi bildirilir.xeber100.com

May 9, 2019 3:53

UEFA Çempionlar Liqasının yarımfinal oyunu keçirilib

UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.Trend-in məlumatına görə, "Tottenhem" klubu səfərdə "Ayaks" komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması "Tottenhem"in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş "Ayaks"ı hesabda daha da irəli çıxardı.İkinci hissənin əvvəlində (55-ci dəqiqə) "Tottenhem"in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.xeber100.com

May 9, 2019 3:42

“MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib

Azərbaycanın futbol üzrə birinci divizionunda yarışların sonuna bir tur qalmış “MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib.Trend-in məlumatına görə, ötən turda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ”la qarşılaşan hərbçilər hər hissədə bir qol vurmaqla səfərdə qələbə qazanıb. MOİK-in heyətində 9-cu dəqiqədə Bahadur Həziyev, 73-cü dəqiqədə isə Orxan Həsənov fərqləniblər.Bununla da MOİK 18 ildən sonra yenidən zirvəyə yüksələrək Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb.MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, “hərbçilər” ən yaxşı halda 2008 və 2010-cu illərdə iki dəfə 2-ci yeri tutaraq, hər iki halda elitaya vəsiqə qazanıb.Onu da əlavə edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.xeber100.com

May 8, 2019 3:57

“Arsenal” futbol klubu böyük dəyişiklərə hazırlaşır

"Arsenal" heyətində böyük dəyişiklərə hazırlaşır.Milli.az xəbər verir ki, böyük maaş yükündən qurtulmaq istəyən London klubunun Stepan Lixtşteyner, Karl Cenkinson və Məhaməd Elnenidən sonra Məsut Özil və Henrix Mxıtaryanla yollarını ayırmaq qərarına gəlib. Özil həftədə 350, Mxıtaryan 180 min funt-sterlinq maaş alıb. "Arsenal" hər iki futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.Qeyd edək ki, 2013-cü ildə "Real"dan 47 milyon avroya transfer olunan Özil cari mövsümdə oynadığı 33 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. 2018-ci ilin yanvarında "Mançester Yunayted"dən 34 milyon avroya alınan Mxıtaryan isə 37 oyunda 6 dəfə fərqlənib və 6 qol ötürməsi verib.Onu da qeyd edək ki, Aaron Remzi, Petr Çex və Danni Uelbekin "Arsenal"ı tərk edəcəyi dəqiqləşib.xeber100.com

May 8, 2019 3:49

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının məlumatı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəsmi saytında verilən məlumata görə, Federasiya qadın futbolunda iki yeni illik mükafat təsis edib.Milli.az bildirir ki, 2019-cu ildən başlayaraq, FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimində iki yeni nominasiya yaranacaq: FIFA-nın və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının (FIFPro) versiyası üzrə "İlin ən yaxşı qadın qapıçısı" və "İlin ən yaxşı 11 qadın futbolçusundan ibarət simvolik yığma".FIFA-nın illik mükafatlarının təqdim edilməsi mərasimi 2019-cu il sentyabrın 23-də Milanda, "La Skala" teatrının binasında keçiriləcək.xeber100.com

May 8, 2019 3:44

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.Trend-in məlumatına görə, İngiltərənin "Liverpul" klubu doğma meydanda İspaniyanın "Barselona" klubunu qəbul edib.Oyun ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolar: D.Origi (7-ci və 79-cu dəqiqələr), C.Vaynaldum (54-cü və 56-cı dəqiqələr).Beləliklə, "Liverpul" ikinci il ardıcıl olaraq UEFA Çempionlar Liqasının final mərhələsinə yüksəlib.Qeyd edək ki, "Barselona"nın meydanında keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.xeber100.com

May 8, 2019 3:31

İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub

Mayın 6-da İtaliya A Seriyasının 35-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu qarşılaşması “San Siro” stadionunda təşkil olunub. “Milan” doğma azarkeşlər önündə “Bolonya” klubunu qəbul edib.Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:1.Oyunda hesabı Milan təmsilçisi açıb. Suso adını tabloya yazdırıb - 1:0. Qarşılaşmanın növbəti qolu ikinci hissəsinin 67-ci dəqiqəsində vurulub. Qapıçının qaytardığı topa hamıdan tez yetişən Fabio Borini bir toxunuşla qapıdan keçirdib 2:0. Oyunun 72-ci dəqiqəsində hesab arasındakı fərq azalıb. Meydana təzəlikcə girən Matias Destro adını tabloya yazdırıb - 2:1.Matçın 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Paketa ikinci sarı vərəqəsini alaraq meydandan qovulub.Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.Bu qələbə sayəsində “Milan” xalların sayını 59-a çatdıraraq turnir cədvəlində beşinci, “Bolonya” isə 37 xalla 15-ci yerdə qərarlaşıblar.xeber100.com

May 7, 2019 1:56
    Page 405 of 830« First«...102030...403404405406407...410420430...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az