Türkiyə Superliqasının XXX turu çərçivəsində

Aprelin 28-də futbol üzrə Türkiyə Superliqasının XXX turu çərçivəsində keçirilən görüşdə İstanbulun “Beşiktaş” klubu doğma meydanda “Ankaragücü” komandasını qəbul edib.Azərtac xəbər verir ki, “Vodafon Park” arenada keçirilən oyun qarşılıqlı hücumlarla yada qalıb. Görüşdə hesabı 8-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Burak Yılmaz açıb. Birinci hissə elə bu hesabla başa çatıb: 1:0.İkinci hissənin 54-cü dəqiqəsində meydan sahibləri qonaqları yenidən mərkəzə dəvət edib. Damaqoy Vida komandasının ikinci qolunu vurub. Burak Yılmaz 63-cü dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab 3:0 edib. Qonaqların hücumçusu Hadi Saçko 79-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Lakin meydan sahibləri 81-ci dəqiqədə Adəm Lyayiçin vurduğu qolla yenidən hesab arasındakı fərqi artırıblar. Görüş 4:1 hesabı ilə İstanbul klubunun xeyrinə başa çatıb.Beləliklə, “Beşiktaş” bu oyundan sonra 59 xalla 3-cü pillədə qərarlaşıb. “Ankaragücü” isə 36 xalla 13-cü olub.Turun digər oyununda “Kayserispor” və “Alanyaspor” qarşılaşmasında isə tərəflər hər biri bir qol vuraraq heç-heçə ediblər. “Bursaspor” və “Akhisar Bələdiyyəspor” görüşündə qapılara qol vurulmayıb.xeber100.com

Aprel 29, 2019 11:52

Bu gün Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günüdür

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayır.Trend-in məlumatına görə, aprelin 27-də Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin paradı, sonra isə birinci yarışı keçiriləcək.Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu baş tutacaq.Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.xeber100.com

Aprel 27, 2019 1:10