07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləş üzrə Avropa çempionatına yekun vurulub

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xalla komanda hesabında üçüncü yeri tutub. Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.Millimizə ən çox xalı finaladək irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlsə də, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.xeber100.com

Aprel 15, 2019 11:35

“Liverpul” futbol klubu yeni müqavilə imzalamağa hazırlaşır

"Liverpul" yeni forma sponsorluğu müqaviləsi imzalamağa hazırlaşır.Milli.az xəbər verir ki, "New Balance" ilə müqaviləsi 2020-ci ildə başa çatacaq Premyer Liqa klubu artıq danışıqlara başlayıb."Liverpul"un məqsədi "Adidas"la 10 illik 750 milyon funt-sterlinq dəyərində müqavilə imzalayan "Mançester Yunayted"in rekordunu qırmaqdı. "Liverpul"un hazırda "Nike" və "Adidas"la danışıqlar apardığı bildirilir. "Qırmızılar" 10 illik 800 milyon funt-sterlinq (illik 80 miilyon) dəyərində müqavilə imzalamağı planlaşdırır.xeber100.com

Aprel 14, 2019 3:03

Çin Qran Prisi çərçivəsində “Formula-1″in 1000-ci yarışı olub

"Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton mövsümün üçüncü mərhələsinin - Çin Qran Prisinin qalibi olub.Trend-in məlumatına görə, Çin Qran Prisi çərçivəsində keçirilən yarış "Formula-1" tarixinin 1000-ci yarışı olub.Mövsümün üçüncü mərhələsində "Mersedes"in finlandiyalı pilotu Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü olublar.Üç mərhələdən sonra 68 xalla L.Hemilton birinci yerdə, V.Bottas 62 xalla ikinci yerdə, "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen 39 xalla üçüncü yerdə qərarlaşıblar.Qeyd edək ki, "Formula-1"in növbəti, yəni dördüncü mərhələsi 26-28 aprel tarixlərində Bakıda keçiriləcək.xeber100.com

Aprel 14, 2019 3:00

İtaliya A seriyasında növbəti tura start verilib

İtaliya A seriyasında 32-ci tura start verilib.Milli.az xəbər verir ki, turun açılış oyununda lider "Yuventus" SPAL-ın qonağı olub və 1:2 hesabı ilə uduzub.SPAL - "Yuventus" - 2:1 Qollar: Kin, 30 (0:1), Bonifaçi, 49 (1:1), Flokkari, 74 (2:1)Bu məğlubiyyətlə xalı 84 qalan Turin klubu vaxtından əvvəl çempionluğu təmin edə bilməyib. "Napoli" 64 xalla (31 oyundan) 2-ci, "İnter" 57 xalla 3-cü pillədə qərarlaşıb.xeber100.com

Aprel 13, 2019 6:43

“Arsenal” klubu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində

"Arsenal" futbol klubu Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində 2:0 hesabı ilə İtaliyanın "Napoli" komandasına qalib gəlib.Trend-in məlumatına görə, oyun "Emireyts" stadionunda baş tutub. Matçda ilk qolu 15-ci dəqiqədə Aaron Remzi vurub. İkinci qolu isə 25-ci dəqiqədə öz qapısına Napolinin müdafiəçisi Kalidu Kulibali vurub.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 18-də keçiriləcək.xeber100.com

Aprel 13, 2019 1:11

“Çelsi” futbol klubu “Slavia” komandasına qalib gəlib

"Çelsi" futbol klubu səfər matçında Çexiyanın "Slavia" komandasına 0:1 hesabı ilə qalib gəlib.Trend-in məlumatına görə, oyun Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilib.Oyunun yeganə qolunu 86-cı dəqiqədə londonluların müdafiəçisi Markos Alonso vurub. Bu komandalar arasında keçirilən ilk görüşdü.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 18-də keçiriləcək.xeber100.com

Aprel 13, 2019 1:05

Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib

Futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının saytına (PFL) istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qarabağ”ın 5, “Neftçi”nin 3, “Sabah”, “Qəbələ” və “Sumqayıt” komandalarının hər birindən 1 futbolçu düşüb.Rəmzi komandada Vaqner da Silva (“Qarabağ”), Donald Qerye (“Qarabağ”), Kiril Petrov (“Neftçi”), Filip İvanoviç (“Sabah”), Amin Seydiyev (“Qəbələ”), Baqali Dabo (“Neftçi”), Qoran Paratski (“Neftçi”), Markos Madera (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Mədətov (“Qarabağ”) və Peyman Babayi (Sumqayıt) yer alıblar.xeber100.com

Aprel 12, 2019 12:45

Aprelin 12-də yunan-Roma güləşi üzrə yarışlara start verilir

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, beşinci yarış günündə - aprelin 12-də yunan-Roma güləşi üzrə yarışlara start verilir. Bu gün 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparırlar.Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) serbiyalı Sebastyan Kolompar, Taleh Məmmədov (63 kq) Moldova təmsilçisi Donior İslamov, Elvin Mürsəliyev (77 kq) almaniyalı Roland Şvarts, İslam Abbasov (87 kq) digər almaniyalı Denis Kud, Sabah Şəraiti (130 kq) Çexiya idmançısı Stepan David ilə qarşılaşacaq.xeber100.com

Aprel 12, 2019 12:42

Avropa çempionatının birinci turunun oyunları keçirilib

Antalyada qadın şahmatçılar arasında Avropa çempionatının birinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, çempionatda Azərbaycanı təmsil edən şahmatçılardan yalnız Gülnar Məmmədova birinci turda qələbə qazanıb. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xəyalə Abdulla isə birinci turu heç-heçə başa vurublar. Digər şahmatçılarımız isə məğlubiyyətə uğrayıblar.Aprelin 12-də ikinci turun oyunları keçiriləcək.On bir turdan ibarət yarışda ümumilikdə 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparır. Turnir cədvəlinin reytinq favoriti rusiyalı Aleksandra Qoryaçkinadır (2534).Ümumi mükafat fondu 60 min avro olan turnirə aprelin 21-də yekun vurulacaq.xeber100.com

Aprel 12, 2019 12:40

UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək

Əlli gün sonra Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının həlledici oyununda 2 komanda üz-üzə gələcək. Final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-26-da futbol üzrə kiber çempionat keçiriləcək. Futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçün nəzərdə tutulan kiber çempionatın təşkili insanları finaladək həyəcanda saxlayacaq və hər kəsi futbol bayramı ətrafında toplayacaq.Kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. Çempionatda 128 nəfər iştirak hüququ qazanacaq. Oyun “FIFA 2019” qaydaları əsasında təşkil olunacaq.Qeyd edək ki, iştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Kiber çempionatda birinci yeri tutan iştirakçıya min manat pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat veriləcək. Çempionatda adını oyunu ilə üçüncü yerə yazdıran iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.xeber100.com

Aprel 12, 2019 12:37
    Page 414 of 831« First«...102030...412413414415416...420430440...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az