07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Shamkir Chess 2019” superturnirinin növbəti oyunlarında

Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin sonuncu turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, doqquzuncu turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov çexiyalı David Navara ilə qarşılacaqlar.Səkkizinci turda vaxtından əvvəl dünya çempionu adını qazanmış Maqnus Karlsen rusiyalı Aleksandr Qrişuk ilə yarışacaq. Hindistanlı Vişvanatan Anand bolqarıstanlı Veselin Topalov, çinli Dinq Liren Holland Aniş Giri ilə üz-üzə gələcəklər.Səkkiz turdan sonra 6 xal toplayan Maqnus Karlsen dördüncü dəfə “Shamkir Chess 2019”un qalibi olub. Aleksandr Qrişuk, Dinq Liren, Sergey Karyakin hərəyə 4,5 xal, Vişvanatan Anand, David Navara, Teymur Rəcəbov, Veselin Topalov isə 4 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 3, Aniş Girinin 2,5 xalı var.Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirdə birinci yeri tutub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.xeber100.com

Aprel 9, 2019 12:38

Həndbol üzrə beynəlxalq turnir keçiriləcək

Aprelin 10-dan 16-dək Rusiyada həndbol üzrə beynəlxalq turnir keçiriləcək.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda həndbol üzrə qızlardan ibarət seçmə komandamız da iştirak edəcək.Baş məşqçi Vladimir Korotkiy və köməkçi məşqçi Yelena Namaliyevanın rəhbərliyi ilə komandamız Rusiyanın Volqoqrad şəhərinə yollanıb.xeber100.com

Aprel 9, 2019 12:36

Türkiyə Superliqasının XXVII turunun mərkəzi görüşündə…

Aprelin 7-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun mərkəzi görüşündə “Başakşəhər” doğma meydanda “Konyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüşün 50-ci dəqiqəsində “Başakşəhər”in hücumçusu Marsio Mossoro hesabı açıb. Meydan sahibləri 69-cu dəqiqədə qonaqları yenidən məyus ediblər. Edin Viska komandasının ikinci qolunu vurub – 2:0. Görüş elə bu hesabla başa çatıb.Günün digər qarşılaşmalarında "Fənərbağça" səfərdə "Ankaragücü"nün qonağı olub. Gərgin keçən oyunda tərəflər hərəsi bir qol vurmaqla heç-heçəyə razılaşıb – 1:1. "Kasımpaşa" öz meydanında "Ərzurumspor"u 2:1, "Akhisar Bələdiyəspor" isə səfərdə "Göztəpə"ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.Bu oyunlardan sonra “Başakşəhər” 61 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. "Fənərbağça" 32 xalla 13-cü pillədədir.Türkiyə Superliqasında XXVII turun son oyunu aprelin 8-də "Rizəspor" ilə "Beşiktaş" arasında keçiriləcək.xeber100.com

Aprel 8, 2019 12:39

“Shamkir Chess 2019” superturnirində səkkizinci turun oyunları keçiriləcək

Aprelin 8-də qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində səkkizinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, bu turda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri, Teymur Rəcəbov keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand ilə üz-üzə gələcəklər.Turnirin digər partiyalarında rusiyalı Sergey Karyakin norveçli dünya çempionu Maqnus Karlsen, bolqarıstanlı Veselin Topalov çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişuk çexiyalı David Navara ilə qarşılaşacaqlar.Yeddi turdan sonra Maqnus Karlsen 5 xalla liderliyini davam etdirir. Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3,5 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 2,5, Aniş Girinin 2 xalı var.Turnirə aprelin 9-da yekun vurulacaq.Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.xeber100.com

Aprel 8, 2019 12:37

Badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən 2009-2011-ci il təvəllüdlü badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, 5 nömrəli Bakı peşə liseyində keçirilən yarışda 18 oğlan və 12 qız mübarizə aparıb. Yarışda beş kateqoriya üzrə qaliblər müəyyənləşib. Şəxsi yarışlarda oğlanlardan Murad İbrahimli, qızlardan isə Əminə İsmayılova birinci olublar. Qoşa yarışlarda Murad İbrahimli – Əmirxan İmanov və Zəhra Rüstəmova – Əminə İsmayılova cütlükləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qarışıq-qoşa yarışlarda isə Murad İbrahimli – Əminə İsmayılova cütlüyü qalib gəlib.Qaliblər hədiyyə, diplom və medallarla təltif olunub.xeber100.com

Aprel 8, 2019 12:32

Güləş Federasiyasının məlumatına görə…

Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turniri keçirilib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda gənclərdən ibarət yığmamızın üzvü Zaur Əliyev (55 kq) gümüş medal qazanıb.Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov bu yarışda ədaləti qoruyub.xeber100.com

Aprel 8, 2019 12:30

“Yuventus” futbol klubu “Milan”ı qəbul edib

Futbol üzrə İtaliya Çempionatının 31-ci turu çərçivəsinə "Yuventus" klubu "Milan"ı qəbul edib.Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qaliblərin heyətində fərqlənənlər Paulo Dibala (60-cı dəqiqə, penalti) və Moyze Kin (84-cü dəqiqə) olublar. "Milan"ın yeganə qolunu isə 39-cu dəqiqədə Kşiştof Pyontek vurub.Qeyd edək ki, "Yuventus" 84 xalla İtaliya Çempionatının lideridir, "Milan" isə 52 xalla dördüncüdür.xeber100.com

Aprel 7, 2019 9:49

İspaniya Çempionatının 31-ci turu çərçivəsində

"Barselona" futbol klubu İspaniya Çempionatının 31-ci turu çərçivəsində "Atletiko Madrid"i qəbul edib.Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Oyunda ilk qol yalnız 85-ci dəqiqədə vurulub, Luis Suarez fərqlənib. Cəmi bir dəqiqə sonra Lionel Messi hesabda fərqi artıtırıb - 2:0.Beləliklə, 31 turdan sonra "Barselona" 73 xalla birincidir, aktivində 62 xal olan "Atletiko Madrid" isə kataloniyalıların ən yaxın izləyicisidir.xeber100.com

Aprel 7, 2019 1:44

Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.Milli.az xəbər verir ki, turun mərkəzi görüşü "Qəbələ" ilə "Qarabağ" arasında baş tutacaq."Qarabağ" çempionluq mübarizəsi apardığı "Neftçi" ilə xalını bərabərləşdirmək üçün qələbə qazanmalıdır.Günün digər görüşündə isə "Sabah" "Səbail"i qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda yarışan "Səbail" 3-cü pillədəki mövqeyini gücləndirmək üçün qalib gəlməyə çalışacaq. 14:00. "Qəbələ" - "Qarabağ" Bu mövsüm digər oyunların nəticələri: 1:4, 1:3, 1:2 16:30. "Sabah" - "Səbail" Bu mövsüm digər oyunların nəticələri: 0:0, 0:4, 0:1.xeber100.com

Aprel 7, 2019 1:37

İngiltərə Premyer Liqasının 33-cü turunda

"Liverpul" İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Sauthempton"u 3:1 hesabıyla məğlub edib.Milli.az xəbər verir ki, sözügedən qarşılaşmada "Liverpul"un hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb. Komandasının 2-ci qolunu vuran misirli futbolçu Premyer Liqada 50-ci qoluna imza atıb.Salah "Liverpul" formasıyla Premyer Liqada 50 qol vurmağı ən tez bacaran futbolçu ünvanını qazanıb. O, buna 69-cu oyununda nail olub. Salahdan əvvəl Premyer Liqada 50 qol səddinə ən tez çatan "Liverpul"lu Fernando Torres idi. İspan hücumçu 72-ci Premyer Liqa matçında 50-ci qoluna imza atmışdı.xeber100.com

Aprel 6, 2019 5:45
    Page 416 of 831« First«...102030...414415416417418...430440450...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az