Tennisçilər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb

2004-cü il təvəllüdlü və azyaşlı tennisçilər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.Azərtac xəbər verir ki, turnirdə qızların qoşa yarışlarında Ləman Abdülhəmidova-Fidan İranpur dueti birinci yeri tutub. Zemfira Mikayılova-Xədicə Əbilzadə cütlüyü ikinci, Arzu Aslanova-Mərziyyə Nürmətova dueti isə üçüncü yerə layiq görülüb. Oğlanların qoşa yarışlarında isə ilk üçlükdə Kənan Pənahov-Xaliq Becanov, Emin Məmmədov-Rüstəm Hacılı, Hüseyn Eylazov-Toğrul Məhəmmədov qərarlaşıblar. Qarışıq qoşa yarışlarda Kənan Pənahov–Ləman Abdülhəmidova, Emin Məmmədov–Səbinə Məmmədova, Hüseyn Eylazov–Fatimə Cəfərova fəxri kürsüdə yer alıblar.Qızların şəxsi yarışlarında Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova və Arzu Aslanova ilk üç yerə sahib olub. Oğlanların şəxsi mübarizəsində isə Emin Məmmədov, Kənan Pənahov, Adil Əhmədzadə fərqləniblər.Komanda yarışlarında isə oğlanlar arasında “Bakı 1” komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. “Bakı 2”, “Sumqayıt 1” komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların mübarizəsində “Şəki” komandası birinci yerə layiq görülüb. “Sumqayıt 1” və “Sumqayıt 2” komandaları sonrakı iki pillədə yer alıblar.Ölkə birinciliyinin bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov qalib və mükafatçıları təbrik edib.Fəxri kürsüdə yer alan idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın medal, kubok və mükafatları təqdim olunub.xeber100.com

Aprel 5, 2019 12:20

Beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib

“İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib.Azərbaycan Milli Paralimpiya Komitəsindən (MPK) Trend-ə verilən məlumata görə, 13-14 may 2019-cu il tarixlərindən Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.MPK prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan Komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 13 idmançı təmsil edəcək. Bunlar Murad Əliyev (60kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyevdir (+100 kq).Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək. Qadın idmançılarımızı bunlardır: Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq).Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək.Təşkilat komitəsinin iclasında, həmçinin o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq.xeber100.com

Aprel 3, 2019 7:31