Beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib

“İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib.Azərbaycan Milli Paralimpiya Komitəsindən (MPK) Trend-ə verilən məlumata görə, 13-14 may 2019-cu il tarixlərindən Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.MPK prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan Komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 13 idmançı təmsil edəcək. Bunlar Murad Əliyev (60kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyevdir (+100 kq).Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək. Qadın idmançılarımızı bunlardır: Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq).Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək.Təşkilat komitəsinin iclasında, həmçinin o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq.xeber100.com

Aprel 3, 2019 7:31

“Shamkir Chess 2019” superturnirində üçüncü turun partiyaları başlayıb

Aprelin 2-də qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində üçüncü turun partiyaları başlayıb.Azərtac xəbər verir ki, üçüncü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Vişvanatan Anand, Teymur Rəcəbov isə ağ fiqurlarla Çin təmsilçisi Dinq Liren ilə üz-üzə gəlirlər.Turun digər oyunlarında Sergey Karyakin (Rusiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Aleksandr Qrişuk hollandiyalı Aniş Giri, çexiyalı David Navara isə norveçli Maqnus Karlsen ilə qarşılaşırlar.İki turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.xeber100.com

Aprel 2, 2019 1:01