07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qara Qartal”ların baş məşçi postuna namizədlər açıqlanıb

Məlum olduğu kimi, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Türkiyə millisini çalışdıracaq. Mövsümün sonunadək həm İstanbul klubuna, həm də milli komandaya başçılıq edəcək mütəxəssis son turdan sonra "Beşiktaş"dan ayrılacaq.Milli.Az xəbər verir ki, Türkiyə mediası "Qara Qartal"ların baş məşçi postuna namizədləri açıqlayıb. Həmin siyahını təqdim ediri: Sergen Yalçın - "Alanyaspor" Quti Hernandes - "Beşiktaş"da köməkçi məşqçi Okan Buruk - "Çaykur Rizəspor" Antonio Konte - İşsiz Erol Bulut - Yeni Malatyaspor Tayfun Korkut - İşsiz Rza Çal?mbay - İşsiz Mehmet Özilek – işsiz.xeber100.com

Mart 20, 2019 5:15

“Ayaks” klubu idman direktoru ilə müqaviləni uzadıb

“Ayaks” futbol klubu idman direktoru M.Overmarsla müqaviləni uzadıb. Trend-in məlumatına görə, müqavilə 2024-ə qədər uzadılıb.Xatırladaq ki, Overmars “Ayaks”da 1992-1997-ci illərdə çıxış edib. Niderland çempionatında 135 matçda 36 qol vurub.Qeyd edək ki, idman direktoru vəzifəsinə 2012-ci ildən təyin olunub.xeber100.com

Mart 20, 2019 5:00

Həndbol Federasiyasının məlumatına görə…

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, qızıl medallara namizədlərdən sayılan “Azəryol” bu dəfə “Qarabağ” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsinin sonunda “Azəryol” komandası azarkeşlərini sevindirməyi bacarıb – 26:23.“Gənclər Birliyi”ni sınağa çəkən turnir cədvəlinin lideri “Azərsu” isə böyük hesabla (49:23) qələbə qazanıb.Hazırda hər birinin 32 xalı olan “Azərsu” və “Azəryol” komandaları 1-2-ci yerləri bölüşdürürlər. Bir oyun az keçirən “Azərsu” ilk pillədədir. Üçüncü pillədə yer alan “Qarabağ”ın 16 xalı var. Yeddi xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-5-ci pillələrdə qərarlaşıblar. Autsayder “Gənclər Birliyi”nin aktivində xal yoxdur.xeber100.com

Mart 19, 2019 12:48

“Çelsi”nin futbolçusu İngiltərə millisinə çağırılıb

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoi ilk dəfə İngiltərə millisinə çağırılıb.Azərtac xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb.Bildirilir ki, on səkkiz yaşlı yarımmüdafiəçi “Avro-2020"nin seçmə mərhələsində Çexiya və Monteneqro ilə oyunlar üçün milliyə dəvət edilib.Bundan başqa, zədələnən "Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou heyətdən kənarlaşdırılıb.Qeyd edək ki, İngiltərə millisi martın 22-də Çexiya, üç gün sonra isə Monteneqro ilə qarşılaşacaq.xeber100.com

Mart 19, 2019 12:46

Şahmat üzrə ikinci turun oyunları keçirilir

Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, ikinci turda Azərbaycan şahmatçılarından Rauf Məmmədov israilli Yahav Emanuel, Eltac Səfərli latviyalı İlya Semyenovs, Məhəmməd Muradlı Serbiya təmsilçisi Stefan Tadiç, Kənan Qarayev Türkiyə idmançısı Batu Anqun, Ülvi Sadıqov israilli Elie Milikov, Cahandar Azadəliyev isə Sloveniya təmsilçisi Laura Unukla qarşılaşır.Qitə çempionatının birinci turunda Eltac Səfərli heç-heçə edib. Digər şahmatçılarımız isə məğlub olublar.On bir turdan ibarət çempionat İsveçrə sistemi üzrə keçirilir.xeber100.com

Mart 19, 2019 12:44

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununa 13 min bilet satılıb.Azərtac  xəbər verir ki, oyunun keçiriləcəyi Zaqrebdəki “Maksimir” stadionu 35 min tamaşaçı tutumuna malikdir.Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib: “Ümid edirəm ki, oyun günü “Maksimir”də azarkeşlərin dəstəyini hiss edəcəyik. Çünki bizim buna ehtiyacımız var. Çox istərdim ki, hava yağışlı olmasın və stadion azarkeşlərlə dolu olsun”.Qeyd edək ki, Xorvatiya-Azərbaycan oyunu martın 21-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.xeber100.com

Mart 19, 2019 12:38

Türkiyə Superliqasının XXVI turunun son oyunu keçirilib

Martın 17-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunun son oyunu keçirilib. İstanbulun “Qalatasaray” klubu səfərdə “Bursaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, “Bursa Böyükşəhər” stadionunda baş tutan oyun gərgin hücumlarla yada qalıb. Görüşdə hesabı 16-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Diafra Sako açıb – 1:0. 42-ci dəqiqədə isə Henri Saivetin qolu sayəsində “Bursaspor” hesabdakı fərqi artırıb – 2:0. Lakin qonaqlar 45-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Badou Ndiaye vurduğu qolla hesabı minimuma endirib. Birinci hissə 2:1 hesabı ilə bitib.İkinci hissədə Mbaye Diaqne 56-cı dəqiqədə onbir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. Sofiane Feqouli isə İstanbul təmsiçisinin qələbə qolunu vurub. Beləliklə qarşılaşma 2:3 hesabı ilə “Qalatasaray”ın qələbəsi ilə bitib. Bu qələbədən sonra “Qalatasaray” 52 xalla 2-ci pillədə qərarlaşıb.xeber100.com

Mart 18, 2019 12:33

Badminton Federasiyasının məlumatı əsasında…

Kubanın paytaxtı Havana şəhərində “XX Giraldilla 2019” turnirinə yekun vurulub.Azərtac Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni mübarizəyə səkkizdəbir final mərhələsindən start verib. Badmintonçumuz ilk görüşündə Lüksemburq idmançısı Robert Mannı 2:0 (21-16,21-17) hesabı ilə məğlub edib. Dörddəbir finalda meksikalı Arturo Hernandez ilə qarşılaşan Ezmi rəqibi üzərində 2:0 (21-19,21-14) hesablı qələbə qazanıb. Ezmi yarımfinalda Kuba təmsilçisi Leodannis Martinez Palasio ilə yarışıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma badmintonçumuzun 2:1 (21-16,19-21,21-19) hesablı qələbəsi ilə başa çatıb. Ezmi həlledici final görüşündə Meksika idmançısı, turnirin 1 nömrəli reytinq favoriti Cob Kastilyo ilə qarşılaşıb. Görüş meksikalı badmintonçunun 2:0 (21-12,21-13) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “XX Giraldilla 2019” turnirinin finalında uduzan Ezmi yarışın gümüş medalına sahib olub.xeber100.com

Mart 18, 2019 12:31

Formula 1 üzrə dünya çempionatına start verilib

Martın 17-də Melbrunda Formula 1 üzrə dünya çempionatına Avstraliya Qran-Prisi ilə start verilib.Azərtac xəbər verir ki, yarışdan əvvəl Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri və pilotlar ötən günü dünyasını dəyişmiş Formula 1-in yarış direktoru Çarli Uaytinqin xatirəsini bir dəqiqlik sükutla yad ediblər.Daha sonra “Albert Park” avtodromunda yeni mövsümün ilk yarışı başlayıb. Uzunluğu 5,303 kilometr olan trasda gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. Onun komanda yoldaşı Luis Hamilton ikinci pillədə qərarlaşıb. İlk üçlüyü “Red Bull Racing”in pilotu Maks Ferstappen qapayıb.Karyerasında dördüncü qələbəsini qazanan V.Bottas ən yaxşı dönməyə görə də hesabına 1 xal yazdırıb.Pilotların sıralamasında 26 xalla V.Bottas birinci, L.Hamilton (18 xal) ikinci, M.Ferstappen (15 xal) üçüncü, Sebastian Fettel (12 xal) dördüncü, Şarl Lekler (10 xal, hər ikisi “Ferrari”) isə beşinci pillədə yer alıblar.Konstruktorlar kubokuna isə 44 xalla “Mercedes” başçılıq edir. “Ferrari” 22 xalla ikinci, “Red Bull Racing” isə 15 xalla üçüncüdür.Növbəti yarış martın 29-31-də Bəhreyndə təşkil olunacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.xeber100.com

Mart 18, 2019 12:28

“Barselona” futbol klubunun hücumçusu yeni rekorda imza atıb

İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi yeni rekorda imza atıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu martın 18-də “Barselona”nın “Real Betis”lə oyununda 477-ci qələbəsini qazanıb. Bu qələbə ilə Lionel Messi Xavi Hernandezi qabaqlayıb. Hernandezin aktivində 476 qələbə var. “Barselona”da bu göstəriciyə görə üçüncü yerdə isə sabiq yarımmüdafiəçi Andres İniesta (459) yer alıb.“Betis”lə oyunu Lionel Messinin Kataloniya klubundakı 674-cü qarşılaşması olub. Bu nəticə ilə o Andreas İniestaya çatıb. “Barselona”da ən çox oyun keçirən futbolçu isə Xavi Hernandezdir (767).Messi 2004-cü ildən “Barselona”nın heyətində forma geyinir. Argentinalı hücumçu İspaniya çempionatının 9, İspan Super Kubokunun 8, İspaniya kubokunun 6, Çempionlar Liqasının 4, UEFA Super Kubokunun və dünya klublar çempionatının 3 dəfə qalibi olub.Qeyd edək ki, Lionel Messi cari mövsümdə İspaniya çempionatında 26 oyun keçirib və 29 qol vurub.xeber100.com

Mart 18, 2019 12:26
    Page 423 of 831« First«...102030...421422423424425...430440450...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az