11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Türkiyə Superliqasının XXVI turunun son oyunu keçirilib

Martın 17-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunun son oyunu keçirilib. İstanbulun “Qalatasaray” klubu səfərdə “Bursaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, “Bursa Böyükşəhər” stadionunda baş tutan oyun gərgin hücumlarla yada qalıb. Görüşdə hesabı 16-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Diafra Sako açıb – 1:0. 42-ci dəqiqədə isə Henri Saivetin qolu sayəsində “Bursaspor” hesabdakı fərqi artırıb – 2:0. Lakin qonaqlar 45-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Badou Ndiaye vurduğu qolla hesabı minimuma endirib. Birinci hissə 2:1 hesabı ilə bitib.İkinci hissədə Mbaye Diaqne 56-cı dəqiqədə onbir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. Sofiane Feqouli isə İstanbul təmsiçisinin qələbə qolunu vurub. Beləliklə qarşılaşma 2:3 hesabı ilə “Qalatasaray”ın qələbəsi ilə bitib. Bu qələbədən sonra “Qalatasaray” 52 xalla 2-ci pillədə qərarlaşıb.xeber100.com

Mart 18, 2019 12:33

Badminton Federasiyasının məlumatı əsasında…

Kubanın paytaxtı Havana şəhərində “XX Giraldilla 2019” turnirinə yekun vurulub.Azərtac Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni mübarizəyə səkkizdəbir final mərhələsindən start verib. Badmintonçumuz ilk görüşündə Lüksemburq idmançısı Robert Mannı 2:0 (21-16,21-17) hesabı ilə məğlub edib. Dörddəbir finalda meksikalı Arturo Hernandez ilə qarşılaşan Ezmi rəqibi üzərində 2:0 (21-19,21-14) hesablı qələbə qazanıb. Ezmi yarımfinalda Kuba təmsilçisi Leodannis Martinez Palasio ilə yarışıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma badmintonçumuzun 2:1 (21-16,19-21,21-19) hesablı qələbəsi ilə başa çatıb. Ezmi həlledici final görüşündə Meksika idmançısı, turnirin 1 nömrəli reytinq favoriti Cob Kastilyo ilə qarşılaşıb. Görüş meksikalı badmintonçunun 2:0 (21-12,21-13) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “XX Giraldilla 2019” turnirinin finalında uduzan Ezmi yarışın gümüş medalına sahib olub.xeber100.com

Mart 18, 2019 12:31

Formula 1 üzrə dünya çempionatına start verilib

Martın 17-də Melbrunda Formula 1 üzrə dünya çempionatına Avstraliya Qran-Prisi ilə start verilib.Azərtac xəbər verir ki, yarışdan əvvəl Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri və pilotlar ötən günü dünyasını dəyişmiş Formula 1-in yarış direktoru Çarli Uaytinqin xatirəsini bir dəqiqlik sükutla yad ediblər.Daha sonra “Albert Park” avtodromunda yeni mövsümün ilk yarışı başlayıb. Uzunluğu 5,303 kilometr olan trasda gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. Onun komanda yoldaşı Luis Hamilton ikinci pillədə qərarlaşıb. İlk üçlüyü “Red Bull Racing”in pilotu Maks Ferstappen qapayıb.Karyerasında dördüncü qələbəsini qazanan V.Bottas ən yaxşı dönməyə görə də hesabına 1 xal yazdırıb.Pilotların sıralamasında 26 xalla V.Bottas birinci, L.Hamilton (18 xal) ikinci, M.Ferstappen (15 xal) üçüncü, Sebastian Fettel (12 xal) dördüncü, Şarl Lekler (10 xal, hər ikisi “Ferrari”) isə beşinci pillədə yer alıblar.Konstruktorlar kubokuna isə 44 xalla “Mercedes” başçılıq edir. “Ferrari” 22 xalla ikinci, “Red Bull Racing” isə 15 xalla üçüncüdür.Növbəti yarış martın 29-31-də Bəhreyndə təşkil olunacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.xeber100.com

Mart 18, 2019 12:28

“Barselona” futbol klubunun hücumçusu yeni rekorda imza atıb

İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi yeni rekorda imza atıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu martın 18-də “Barselona”nın “Real Betis”lə oyununda 477-ci qələbəsini qazanıb. Bu qələbə ilə Lionel Messi Xavi Hernandezi qabaqlayıb. Hernandezin aktivində 476 qələbə var. “Barselona”da bu göstəriciyə görə üçüncü yerdə isə sabiq yarımmüdafiəçi Andres İniesta (459) yer alıb.“Betis”lə oyunu Lionel Messinin Kataloniya klubundakı 674-cü qarşılaşması olub. Bu nəticə ilə o Andreas İniestaya çatıb. “Barselona”da ən çox oyun keçirən futbolçu isə Xavi Hernandezdir (767).Messi 2004-cü ildən “Barselona”nın heyətində forma geyinir. Argentinalı hücumçu İspaniya çempionatının 9, İspan Super Kubokunun 8, İspaniya kubokunun 6, Çempionlar Liqasının 4, UEFA Super Kubokunun və dünya klublar çempionatının 3 dəfə qalibi olub.Qeyd edək ki, Lionel Messi cari mövsümdə İspaniya çempionatında 26 oyun keçirib və 29 qol vurub.xeber100.com

Mart 18, 2019 12:26

Boksçular arasında Avropa çempionatına yekun vurulub

Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev (+91) Avropa çempionu adına layiq görülüb. Boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurka 5:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub.Xatırladaq ki, turnirin əvvəlki günlərində Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) bürünc medala sahib olublar.Beləliklə, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü yerdə qərarlaşıb. Yarışda Rusiya boksçuları (7 qızıl) birinci, Bolqarıstan idmançıları (2 qızıl, 1 gümüş) ikinci, Ukrayna təmsilçiləri (1 qızıl, 3 bürünc) isə üçüncü yeri tutublar.xeber100.com

Mart 18, 2019 12:07

İdman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların dördüncü - sonuncu gününə start verilib.Trend-in məlumatına görə, bu gün final mərhələsində kişi idmançılar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə hərəkətlər üzrə ən güclülər müəyyənləşəcək. Qadın gimnastlar arasında isə gimnastika tiri və sərbəst hərəkətlərin yekunu üzrə qaliblər məlum olacaq.Azərbaycanı final mərhələsində Marina Nekrasova (gimnastika tiri) təmsil edir.Günün sonunda mükafatlandırma mərasimi keçiriləcək.xeber100.com

Mart 17, 2019 2:24

İtaliya A Seriyasında “Milan” – “İnter” derbisi təxirə düşüb

İtaliya A Seriyasında sabah keçiriləcək "Milan" - "İnter" derbisi baş tutmadan təxirə düşüb.Milli.az xəbər verir ki, Milan derbisi bilet satışı üzrə İtaliya rekordunu qırıb. Belə ki, artıq oyuna 5,7 milyon avroluq bilet satılıb.Bundan əvvəlki rekord ötən mövsümün ikinci yarısında keçirilən "İnter" - "Yuventus" oyununda qeydə alınmışdı. Həmin matça 5,29 milyon avro bilet satılmışdı.Rekordun qırılmasına səbəb ölkə xaricindən gəlmiş şəxslərə 4 min biletin satılmasıdı.xeber100.com

Mart 17, 2019 2:18

“Vulverhempton” futbol klubu “Mançester Yunayted”i qəbul edib

İngiltərə Kubokunun ¼ final mərhələsində “Vulverhempton” doğma meydanda “Mançester Yunayted”i qəbul edib. Trend-in məlumatına görə, hesab 2:1 ev sahibi komandanın qələbəsi ilə başa çatıb.Oyunda qolları Ximenes (70-ci dəq.), Dioqu Jota (76-cı dəq.) və Reşford (95-ci dəq.) vurub.Bununla da, “Vulverhempton” yaımfinala adlayıb, “Mançester Yunayted” isə ikinci oyun ardaarda məğlubiyyətə uğrayıb.xeber100.com

Mart 17, 2019 2:06

“Yuventus” komandası “Çelsi”nin futbolçusu ilə maraqlanır

"Yuventus" "Çelsi"nin futbolçusu Nqolo Kante ilə maraqlanır.Milli.az xəbər verir ki, Turin klubu 27 yaşlı yarımmüdafiəçini yayda transfer etmək istəyir.Kante ilə "Real" və PSJ-nin də maraqlandığı iddia olunur.Qeyd edək ki, Kante bu mövsüm 42 matçda 4 qol vurub, eyni sayda qolun ötürməsini verib.xeber100.com

Mart 16, 2019 6:11

PSJ futbol klubu hücumçuya 180 min avro pul cəzası verib

PSJ futbolçusu Kilian Mbappeni cəzalandırıb.Milli.az xəbər verir ki, 20 yaşlı hücumçuya pul cəzası verilib. Buna Mbappenin komandanın iclasına gecikməsi səbəb olub. Paris klubu hücumçuya 180 min avro pul cəzası verib.Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 33 oyuna 29 qol vurub və 15 məhsuldar ötürmə edib.xeber100.com

Mart 16, 2019 6:04
    Page 424 of 831« First«...102030...422423424425426...430440450...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az