04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

PSJ futbol klubu hücumçuya 180 min avro pul cəzası verib

PSJ futbolçusu Kilian Mbappeni cəzalandırıb.Milli.az xəbər verir ki, 20 yaşlı hücumçuya pul cəzası verilib. Buna Mbappenin komandanın iclasına gecikməsi səbəb olub. Paris klubu hücumçuya 180 min avro pul cəzası verib.Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 33 oyuna 29 qol vurub və 15 məhsuldar ötürmə edib.xeber100.com

Mart 16, 2019 6:04

Idman gimnastikası üzrə Dünya Kubokunda güclülər müəyyənləşib

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda hərəkətlərin yekunu üzrə ən güclülər müəyyənləşib.Trend-in məlumatına görə, rusiyalı idmançı Vladislav Polyaşov 15.133 balla bütün rəqiblərini üstələyib.Gümüş medala cüzi xal fərqi ilə (15.100) türkiyəli Fərhad Arıcan sahib olub. Çinli gimnast Hao You isə üçüncü yeri (15.066) tutub.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.xeber100.com

Mart 16, 2019 5:52

Atçılıq Federasiyasının növbəti ümumi yığıncağı keçirilib

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib.Federasiyadan Trend-ə verilən məlumata görə, yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.Federasiyanın vitse-prezidenti Mahir Muradov son 5 il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər barədə, Federasiyanın vitse-prezidenti Elşad Abbasov son 5 il ərzində cıdır üzrə görülmüş işlər barədə, Federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr ediblər.Daha sonra Federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib.Ümumi yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və idarə heyətinin üzvləri təsdiq olunublar.xeber100.com

Mart 16, 2019 5:48

FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir

İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançılarına azarkeşlik edirəm.Bunu Trend-ə Bakıda keçirilən turnirin azyaşlı azarkeşi İsmayıl Əhmədov deyib.İ.Əhmədov artıq iki ildir ki idman gimnastikası ilə məşğul olduğunu bildirib: "Buna görə də mənə gimnastların mübarizəsinə baxmaq maraqlıdır. Bütün Azərbaycan idmançılarına, xüsusən də Murad Ağarzayevə azarkeşlik edirəm. Arzulayıram ki, qızıl medal qazansın".O, final mərhələsində də gimnastlarımıza azarkeşlik edəcəyini vurğulayıb.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.xeber100.com

Mart 15, 2019 7:14

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanan komandalar həm bu mərhələdə, həm də yarımfinalda rəqiblərini tanıyıblar. Püşkün nəticəsi: 1/4 final "Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə) "Vilyarreal" (İspaniya) - "Valensiya" (İspaniya) "Benfika" (Portuqaliya) - "Ayntraxt" (Almaniya) "Slaviya" (Çexiya) - "Çelsi" (İngiltərə) 1/2 final "Napoli" - "Arsenal" – "Vilyarreal" - "Valensiya" "Benfika" - "Ayntraxt" – "Slaviya" - "Çelsi" 1/4 final mərhələsinin oyunları 11-18 aprel, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.xeber100.com

Mart 15, 2019 7:05

Milli Gimnastika Arenasında FIG Dünya Kuboku keçirilir

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.Trend-in məlumatına görə, martın 17-nə qədər davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.Həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.Turnirin ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirəcəklər.Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.xeber100.com

Mart 14, 2019 12:33

“Barselona” futbol klubu “Lion” komandasını qəbul edib

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Barselona” doğma meydanda “Lion”u qəbul edib. Trend-in məlumatına görə, matç 5:1 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.Oyunda hesabı 18-ci dəqiqədə Messi açıb. 31-ci dəqiqədə Koutinyo hesabı artırıb. 58-ci dəqiqədə Tusar qollardan birinin əvəzini çıxıb. 78-ci dəqiqədə Messi daha bir qol vurub. 81-ci dəqiqədə Pike də adını tabloya yazdırıb. Son nöqtəni isə Dembele qoyub.Bununla da, “Barselona” növbəti mərhələyə keçib.xeber100.com

Mart 14, 2019 12:22

“Mançester Siti” yarımmüdafiəçi ilə müqaviləni uzadıb

“Mançester Siti” yarımmüdafiəçi Bernardu Silva ilə müqaviləni uzadıb. Trend-in məlumatına görə, müqavilə 2025-ci ilə qədər qüvvədə olacaq.Xatırladaq ki, Silva “Mançester Siti”yə 2017-ci ildə “Monako”dan transfer olunmuşdu.xeber100.com

Mart 14, 2019 12:14

Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq.Bunu Trend-ə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.M.Ağarzayev bildirib ki, Dünya Kubokunda Olimpiya çempionları, dünya çempionları iştirak edəcək.Özünün qələbə şanslarını qiymətləndirən M.Ağarzayev deyib ki, yaxşı nəticə göstərməyə çalışacaq:“Yarışa hazırlıq yaxşı gedir. Fikrimcə, ən yaxşı nəticələri sərbəst hərəkətlərdə və dayaqla tullanmada əldə edəcəyəm. Mən bu növlərdə ən azı finala çıxmağa ümid edirəm”.Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.xeber100.com

Mart 13, 2019 8:03

“Yuventus” futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsində

İtaliyanın "Yuventus" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid" komandası üzərində qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.Trend-in məlumatına görə, "Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo het-trikə imza atıb. (27, 49 və 86 -cı (penalti) dəqiqələr).Xatırladaq ki, İspaniyada keçirilən ilk oyunda "Atletiko" 2:0 hesablı qələbə qazanıb. Beləliklə, "Yuventus" komandası növbəti mərhələyə adlayıb.Qeyd edək ki, turnirin finalı oyunun 1-də "Metropolitano" stadionunda ("Atletiko Madrid"ə məxsus, İspaniya) keçiriləcək.xeber100.com

Mart 13, 2019 7:56
    Page 424 of 830« First«...102030...422423424425426...430440450...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az