04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə 2018-2019-cu il mövsümündə yeni rekord qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018-2019-cu il mövsümündə yeni rekord qeydə alınıb.Azərtac xəbər verir ki, “Səbail” klubunun futbolçusu Ədilxan Qarəhmədov cari mövsümdə meydana çıxan ən gənc futbolçu olub. Çempionatın XIX turunda “Sumqayıt” ilə keçirilən matçda (0:0) zədələnən Vüqar Bəybalayevi əvəzləyən Ə.Qarəhmədov Premyer Liqada debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib. Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turda “Qarabağ” ilə matçda debüt edən Ş.Seyidov meydana 17 yaş 326 günlüyündə çıxmışdı.xeber100.com

Mart 4, 2019 11:39

“Real Madrid” futbol klubu “Barselona” komandasını qəbul edib

İspaniya Çempionatının 26-cı turu çərçivəsində “Real Madrid” klubu “Barselona” komandasını qəbul edib.Trend-in məlumatına görə, “Santiaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun sahibi İvan Rakitiç olub (26-cı dəqiqə).Xatırladaq ki, fevralın 28-də komandalar İspaniya Kuboku çərçivəsində qarşılaşıb. “Real Madrid”in meydanında keçirilən matçda kataloniyalılar sevinib – 0:3.Beləliklə, “Barselona” bir həftə ərzində artıq ikinci dəfə əzəli rəqibi “Real Madrid” üzərində qələbə qazanır.26 turdan sonra “Barselona” 60 xalla birinci, “Real” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Mart 3, 2019 1:13

İngiltərə Çempionatının 29-cu turu çərçivəsində

"Tottenhem" futbol klubu İngiltərə Çempionatının 29-cu turu çərçivəsində "Arsenal"la görüşüb.Trend-in məlumatına görə, yeni arenanın tikilməsi ilə əlaqədar olaraq "Tottenhem"in ev oyunlarını keçirdiyi "Uembli" stadionuna bu oyunu izləyəmə 81 mindən çox azarkeş gəlib.London derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Tottenhem"in heytində Harri Keyn (74-cü dəqiqə), "Arsenal"dan isə Aaron Remzi (16-cı dəqiqə) fərqləniblər. Oyunun 90-cı dəqiqəsində "Arsenal"ın futbolçusu Pyer-Erik Obameyanq 11-metrlik cərimə zərbəsini reallaşdıra bilməyib.Qeyd edək ki, komandalar arasında 164 oyun keçirib, onlardan 66-da "Arsenal", 52-də isə "Tottenhem" qalib gəlib.29 turdan sonra "Tottenhem" 61 xalla üçüncüdür, "Arsenal" isə 57 xalla dördüncü pillədə qərarlaşıb.xeber100.com

Mart 3, 2019 1:01

“Paris Sen-Jermen” futbol klubu yeni müqavilə imzalayıb

Fransanın "Paris Sen-Jermen" futbol klubu "Accor Live Limitless" otellər şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb.Milli.az bildirir ki, müqaviləyə əsasən şirkət hər il Paris təmsilçisinə 60 milyon avro ödəyəcək. Klubun futbolçuları üzərində "ALL" yazılan loqonun olduğu forma ilə meydana çıxacaqlar.Qeyd edək ki, Paris klubunun cari mövsümdəki sponsoru Birləşmiş Ərəb Əmirliklərinin "Fly Emirates" hava yolları şirkətidir.xeber100.com

Mart 2, 2019 4:04

Velosiped İdmanı Federasiyasının məlumatı

Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İran İslam Respublikasının Kerman şəhərində keçiriləcək “Kerman Turu”nda mübarizə aparacaq.Martın 2-də start götürəcək 4 günlük yarışda həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcək. Bundan başqa, ev sahibi İran “Kerman Turu”nda 4 komanda ilə təmsil olunacaq.İştirakçılar martın 2-də keçiriləcək 1-ci mərhələdə 44 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti 3 gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsi keçiriləcək.xeber100.com

Mart 2, 2019 3:57

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

Martın 8-15-də ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında VIII dünya birinciliyi keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışa milli komandamız da qatılacaq.Dünya birinciliyində baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq) və Rəhman Kazımov (+102 kq) nəyə qadir olduğunu nümayiş etdirəcəklər.Qeyd edək ki, dünya birinciliyin 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.xeber100.com

Mart 1, 2019 7:39

“Qalatasaray”ın baş məşqçisi yeni müqavilə imzalayıb

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim dünən sonuncu dəfə müqavilə imzalayıb.Milli.az xəbər verir ki, "cim-bom"la sözləşmə müddətini 2024-cü ilə qədər uzadan təcrübəli mütəxəssis həmin tarixdən sonra karyerasını bitirəcək.Ancaq 66 yaşlı çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu. Belə ki, o, məhz 2024-cü ildən etibarən rəhbər vəzifədə çalışmaq üçün hərəkətə keçəcək. Terimin müqavilə müddəti bitər-bitməz "Qalarasaray"da prezident seçkiləri olacaq. O da həmin seçkilərdə namizədliyini irəli sürmək niyyətindədi.Hər şey planlaşdırılan məcrada getsə, Fatih Terim 70 yaşında "sarı-qırmızılılar"ın prezidenti seçiləcək.xeber100.com

Mart 1, 2019 7:34

“Valensiya” futbol klubu “Betis”ə qalib gəldi

Copa Del Rey (İspaniya Kuboku) turnirində “Valensiya” doğma meydanda da “Betis”ə qalib gələ bildi. Trend-in məlumatına görə, oyun 1:0 hesanı ilə başa çatıb.Oyunda yeganə qolu 56-cı dəqiqədə hücumçu Rodriqo vurub.Bununla da 25 mayda keçiriləcək final matçında “Berselona” ilə “Valensiya” üz-üzə gələcək.xeber100.com

Mart 1, 2019 7:26

İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gətirilib

Fevralın 27-də İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gətirilib.Azərtac xəbər verir ki, “Barselona” klubu “El Klassiko”da əzəli rəqibi “Real Madrid”i səfərdə böyük hesabla (3:0) məğlubiyyətə uğradaraq İspaniya Kubokunun finalına yüksəlib. Kataloniya təmsilçisinin heyətində Luiz Suares dubl edib, digər qolu isə Rafael Varan öz qapısına vurub.Kataloniyada keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşdığından, “Barselona” finala vəsiqə qazanan tərəf olub.Digər finalçının adına isə bu gün “Valensiya”-“Betis” matçından sonra aydınlıq gələcək. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesabı ilə başa çatıb.xeber100.com

Fevral 28, 2019 12:27

“Aeroflot Open” şahmat turniri başa çatıb

Moskvada ənənəvi “Aeroflot Open” şahmat turniri başa çatıb.Azərtac xəbər verir ki, B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub. On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.Yarışda daha bir şahmatçımızın çıxışı uğurlu olub. Vüqar Əsədli altı xalla doqquzuncu olub. Bundan başqa, Aydın Süleymanlı 5,5 xal toplayaraq 21-ci pillədə qərarlaşıb. B qrupunda mübarizə aparan digər təmsilçilərimiz Xanım Balacayeva 4 xal, Read Səmədov və Ülviyyə Fətəliyeva hərəyə 3 xal toplayıblar.B kateqoriyasında turnirin qalibi 7,5 xalla ukraynalı qrossmeyster Stanislav Boqdanoviç olub.Yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov 5 xal, Eltac Səfərli 4 xal toplayıblar. Bu qrupda qalib adını estoniyalı Kaido Kulaots qazanıb.Doqquz turdan ibarət olan ənənəvi “Aeroflot Open” şahmat turniri A, B və C kateqoriyaları üzrə İsveçrə sistemi ilə keçirilib.xeber100.com

Fevral 28, 2019 12:25
    Page 428 of 830« First«...102030...426427428429430...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az