07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu daha bir transfer həyata keçirib

"Neftçi" PFK daha bir transfer həyata keçirib.Trend klubun saytına istinadən məlumat verir ki, moldovalı futbolçu Petru Raku ilə mövsümün sonunadək müqavilə bağlanıb.31 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.Qeyd edək ki, sonuncu klubu "Şerif” (2017-2018) olan P.Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib.xeber100.com

Fevral 16, 2019 3:01

Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilir

Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir.Trend-in məlumatına görə, turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək.xeber100.com

Fevral 16, 2019 2:56

BATE futbol klubu “Arsenal” komandasına qalib gəlib

Belarusun BATE futbol klubu Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Arsenal" komandasına qalib gəlib.Trend-in məlumatına görə, Borisovda keçirilən matç 1:0 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 45-ci dəqiqədə Stanislav Draqun vurub.Oyunun 56-cı dəqiqədə Aleksandr Lyakazettin vurduğu qol oyundan kənar vəziyyət olduğundan qeydə alınmayıb. Oyunun sonlarında (85-ci dəqiqə) Lyakazaett kobud oyuna görə meydandan çıxarılıb.Bu oyun komandalar arasında keçirilən 3-cü oyun olub. Daha öncə, komandalar Avropa Liqasının 2017-2018-ci il mövsümündə qrup mərhələsi çərçivəsində qarşılaşıblar. Hər iki oyunda "topçular" qalib gəlib (6:0, 4:2).xeber100.com

Fevral 15, 2019 7:17

2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün…

Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər.Trend-in məlumatına görə, dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar.Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur.Qeyd edək ki, sonuncu - 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək.xeber100.com

Fevral 15, 2019 7:13

UEFA Avropa Liqasının final mərhələsi çərçivəsində

Fevralın 14-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsi çərçivəsində 15 oyun keçiriləcək.Azərtac xəbər verir ki, 8 oyunu Bakı vaxtı ilə saat 21:55-də, qalan 7-si isə saat 00:00-da başlayacaq.Mərhələnin oyunları aşağıdakılardır: 21:55. "Krasnodar" (Rusiya) – "Bayer" (Leverkuzen, Almaniya) 21:55. "Slaviya" (Praqa, Çexiya) - "Genk" (Belçika) 21:55. "Latsio" (İtaliya) - "Sevilya" (İspaniya) 21:55. "Rapid" (Vyana, Avstriya) - "İnter" (İtaliya) 21:55. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) 21:55. "Renn" (Fransa) – "Betis" (İspaniya) 21:55. BATE (Belarus) - "Arsenal" (İngiltərə) 21:55. "Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Ukrayna) 00:00. "Brügge" (Belçika) - "Zalsburq" (Avstriya) 00:00. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) 00:00. "Seltik" (Şotlandiya) - "Valensiya" (İspaniya) 00:00. "Sportinq" (Portuqaliya) - "Villyareal" (İspaniya) 00:00. "Sürix" (İsveçrə) - "Napoli" (İtaliya) 00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 00:00. "Şaktyor" (Donetsk, Ukrayna) - "Ayntraxt" (Frankfurt, Almaniya) Qeyd edək ki, bu mərhələnin ilk oyununda “Fənərbağça” doğma azarkeşlər önündə Rusiyanın “Zenit” klubunu 1:0 hesabı ilə üstələyib.Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.xeber100.com

Fevral 14, 2019 12:52

Stolüstü tennis üzrə paytaxt kuboku yarışları start götürəcək

Sabah Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə açıq paytaxt kuboku yarışları start götürəcək.Azərtac xəbər verir ki, turnirdə ölkəmizi qızların yarışında Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mehriban Dadaşova, Mərziyyə Nürmatova, Arzu Aslanova və Zemfira Mikayılova təmsil edəcəklər. Oğlanların mübarizəsində isə Emin Məmmədov, Məhəmməd İbrahim Ansari, Kənan Pənahov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov iştirak edəcəklər.İdmançılarımız beynəlxalq turnirə məşqçi Fərhad İsmayılov və Səbinə Batmanovanın rəhbərliyi ilə qatılacaqlar.Yarışa fevralın 17-də yekun vurulacaq.xeber100.com

Fevral 14, 2019 12:37

“France Football” jurnalının seçimi əsasında…

Dünyanın nüfuzlu idman nəşrlərindən olan “France Football” jurnalı futbol üzrə SSRİ yığmasının və Moskvanın “Dinamo” komandasının üzvü Lev Yaşini futbol tarixinin ən yaxşı qapıçı seçib.Azərtac xəbər verir ki, ilk üçlükdə ingiltərəli Qordon Benks və italiyalı Dino Zoff yer alıblar. İtaliyalı daha bir qolkiper, hazırda “Paris Sen-Jermen”də çıxış edən Canluici Buffon isə dördüncü pillədə qərarlaşıb. Buffon hazırda yaşıl meydanlarda çıxış edən qapıçılar arasında liderdir. Almaniyalı qapıçı Manuel Noyer beşinci, ispaniyalı İker Kasilyas isə səkkizincidir.Lev Yaşin yeganə qapıçıdır ki, “Qızıl top”a sahib olub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə “Dinamo” klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədov, 1966-cı il dünya çempionatında isə Anatoli Banişevski ilə birgə heyətdə yer alıb. Futbolçu 1986-cı ildə Olimpiya ordeninə və iki il sonra FIFA-nın qızıl ordeninə layiq görülüb.xeber100.com

Fevral 14, 2019 12:33

Kikboksinq üzrə Azərbaycan birinciliyi start götürəcək

Fevralın 14-də Şağan Olimpiya İdman Kompleksində kikboksinq üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi start götürəcək.Azərtac xəbər verir ki, ölkə birinciliyində paytaxt və regionlardan 500-ə yaxın idmançı mübarizə aparacaq.Yarışlara fevralın 17-də yekun vurulacaq.xeber100.com

Fevral 14, 2019 12:27

Premyer Liqasının növbəti turunun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasının 18-ci turunun oyun cədvəli müəyyənləşib.Milli.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək. Bütün qarşılaşmalar "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.Azərbaycan Premyer Liqası, 18-ci tur 23 fevral 14:00 Qəbələ - Keşlə Qəbələ şəhər stadionu 16:30 Sabah - Qarabağ "Əlincə Arena" 24 fevral 16:00 Neftçi - Səbail 8-ci km stadionu 18:30 Sumqayıt - Zirə Sumqayıt şəhər stadionu.xeber100.com

Fevral 13, 2019 2:33

“Roma” futbol klubu “Portu”klubunu qəbul edib

Çempionlar Liqasının 1/8 final matçının birinci oyununda “Roma” doğma meydanda “Portu”nu qəbul edib. Trend-in məlumatına görə, görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.“Roma”nın oyunçusu Zanyolo 70 və 76-cı dəqiqələrdə fərqlənib. Buna cavab olaraq “Portu”nun futbolçusu Adrian 79-cu dəqiqədə qollardan birinin əvəzini çıxıb. Lakin qonaq komanda məğlubiyyətlə razılaşmalı olub.Cavab matçı 6 martda Portuda keçiriləcək.xeber100.com

Fevral 13, 2019 2:29
    Page 433 of 831« First«...102030...431432433434435...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az