06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Almaniya Bundesliqasında XIX turun oyunları davam edir

Bu gün Almaniya Bundesliqasında XIX turun oyunları davam edir. Milli.az bildirir ki, turun görüşləri 3 günü əhatə edir.İlk oyun günündə "Herta" - "Şalke"ni sınağa çəkdi.Şənbə günü 6 qarşılaşma keçirildi. Çempionatın lideri "Borussiya" Dortmundda "Hannover"i qəbul etdi.Digər "Borussiya" da evdə oynayacaq. Mönhenqladbax təmsilçisi "Auqsburq"u sınağa çəkəcək.Turun son günündə 2 duel baş tutacaq. "Bavariya" evdə "Ştutqart"la üz-üzə gəldi.xeber100.com

Yanvar 27, 2019 8:55

“Jirona” futbol klubu “Barselona”nı qəbul edib

İspaniya La Liqası 21-ci turunda "Jirona" doğma meydanda "Barselona"nı qəbul edib. Milli.az bildirir ki, oyun qonaqların 0:2 hesabı ilə qələbə ilə başa çatıb.Matçda hesabı 9-cu dəqiqədə N.Semedo açıb. 51-ci dəqiqədə "Jirona"nın futbolçusu Espinoza ikinci sarı vərəqə alaraq meydandan qovulub. 68-ci dəqiqədə Messi qol vuraraq yükun hesabı müəyyənləşdirib.Beləliklə, "Barselona" 49 xalla birinci, "Jirona" isə 24 xalla 13-cü pillədə qərarlaşıb.xeber100.com

Yanvar 27, 2019 8:42

Asiya Kubokunda finala çıxan komandalar məlum olub

Asiya Kubokunda yarımfinala çıxan komandalar məlum olub. Trend-in məlumatına görə, yarımfinalda Yaponiya İranla, turnir sahibi Qətər isə BƏƏ ilə görüşəcək.Yaponiya Vyetnam üzərində minimal qələbə qazanıb. İran Çini 3:0 hesaı ilə darmadağın edib, BƏƏ Avstraliyanı bir qolla qalib gəlib, Qətər isə Cənubi Koreyanı minimal hesabla məğlub edib.xeber100.com

Yanvar 26, 2019 4:59

“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

"Zirə" heyətinə yeni futbolçu cəlb edib.Milli.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, botsvanalı Mfo Kqasvane ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 24 yaşlı hücumçu daha əvvəl ölkəsinin "Qaborone Yunayted" və CAR-ın "Baroka" klublarında çıxış edib.Kqasvane Botsvana milli komandasının da üzvüdür.xeber100.com

Yanvar 26, 2019 4:49

“Beşiktaş”ın futbolçusu karyerasını Braziliyada davam etdirəcək

"Beşiktaş"ın futbolçusu Vaqner Lav karyerasını Braziliyada davam etdirəcək.Milli.az xəbər verir ki, "Korintians" klubu 34 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Lavla 2020-ci ilə qədər müqavilə imzalanıb.Lav 2018-ci ilin yanvarından "Beşiktaş"da forma geyinirdi.Braziliyalı forvard cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 7 qol vurub.xeber100.com

Yanvar 26, 2019 4:43

Milli Paralimpiya Komitəsinin məlumatına görə…

Parataekvondo üzrə Azərbaycan yığma komandası fevralın 5-6-da Antalyada keçiriləcək dünya çempionatına hazırlaşır.Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) Azərtac-a bildiriblər ki, idmançılarımız təlim-məşq toplanışını Azərbaycan Taekvondo Federasiyasının idman zalında davam etdirirlər.Dünya çempionatında ölkəmizi baş məşqçi Fərid Tağızadənin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Sadiq Həmidov, Emin Nüsrəddinov, İmaməddin Xəlilov (hər üçü 61 kq), Elimxan Manafov, Nicat Müslümov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hamısı 75 kq), Vüsal İsmayılov, Vüqar Adışirinov (hər ikisi 75 kq-dan yuxarı), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) təmsil edəcəklər.xeber100.com

Yanvar 25, 2019 2:15

Cüdo üzrə açıq Bakı birinciliyi davam edir

“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyi davam edir.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən Azərtac-a bildiriblər ki, iki gün davam edəcək paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparır.Yarışın ilk günündə qızların mübarizəsində Şəfiqə Mollazadə (44 kq), Ləman Əhmədova (52 kq) və Günel Quliyeva (63 kq) qızıl medal qazanıblar. Oğlanların yarışında Cavid Piriyev (55 kq), Adil Osmanov (66 kq), İbrahim Ağakişiyev (81 kq) və Emin Qasımov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

Yanvar 25, 2019 2:12

“Australian Open-2019” turnirinin ikinci qarşılaşmasında

Yanvarın 25-də “Australian Open-2019” turnirində kişilər arasında yarımfinal mərhələsinin ikinci qarşılaşmasında Novak Cokoviç və fransalı Lukas Pouille üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Roda Leyver Arena” kortunda keçirilən görüşün hər üç seti serbiyalı Novak Cokoviçin xeyrinə başa çatıb (6:0, 6:2, 6:2). Beləliklə, yanvarın 27-də keçiriləcək finalda ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi qarşılaşacaq. Xatırladaq ki, bir gün əvvəl keçirilən yarımfinal oyunu ispaniyalı Rafael Nadalin qələbəsi ilə başa çatıb. Hazırda Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, “Australian Open” turnirinin beşqat qalibidir.Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.xeber100.com

Yanvar 25, 2019 2:10

Formula 1 çempionatının 2019-cu il mövsümündə

Formula 1 çempionatının 2019-cu il mövsümündə “Force India” bolidinin rəngləri barədə şayiələr dolaşır.Azərtac xəbər verir ki, daha əvvəl “Force India” Keniyanın «SportPesa» bukmeker şirkəti ilə sponsor müqaviləsi imzalayıb. Gözlənildiyinə görə, “SportPesa” əməkdaşlığın birinci ilində “Force India”ya 8 milyon dollar, 2020-ci ildə 10 milyon dollar və əgər 2021-ci ildə bir yerdə işləsələr, 12 milyon dollar ödəyəcək.“Force India”nın indiki baş sponsoru - BWT-nin aqibəti məlum deyil. BWT ilə müqaviləyə görə Formula 1 komandasının bolidinin rəngi çəhrayı olmalı idi.«Sport Business»dən bildiriblər ki, onun mənbəyinin verdiyi məlumata görə, “Force India”nın bolidi göy-çəhrayı rənglərdə olacaq. Əgər bu informasiya gerçəkdirsə, deməli, “Force India” BWT ilə işləməyə davam edir.xeber100.com

Yanvar 25, 2019 2:02

“Neftçi” futbol klubu növbəti yoxlama oyununu keçirib

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” komandası yanvarın 23-də növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, rəqib Çexiyanın “Slovan” kollektivi olub. "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilən görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş hesabı bərabərləşdirib, 46-cı dəqiqədə isə Yan Mikula “Neftçi” müdafiəçilərinin səhvindən yararlanaraq komandasının qələbə topunu vurub.Qeyd edək ki, bu, “Neftçi”nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan" klubuna böyük hesabla qalib gəlib - 3:0. Hazırda “Slovan” Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.xeber100.com

Yanvar 24, 2019 12:12
    Page 438 of 830« First«...102030...436437438439440...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az