04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Australian Open-2019” turnirinin ikinci qarşılaşmasında

Yanvarın 25-də “Australian Open-2019” turnirində kişilər arasında yarımfinal mərhələsinin ikinci qarşılaşmasında Novak Cokoviç və fransalı Lukas Pouille üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Roda Leyver Arena” kortunda keçirilən görüşün hər üç seti serbiyalı Novak Cokoviçin xeyrinə başa çatıb (6:0, 6:2, 6:2). Beləliklə, yanvarın 27-də keçiriləcək finalda ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi qarşılaşacaq. Xatırladaq ki, bir gün əvvəl keçirilən yarımfinal oyunu ispaniyalı Rafael Nadalin qələbəsi ilə başa çatıb. Hazırda Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, “Australian Open” turnirinin beşqat qalibidir.Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.xeber100.com

Yanvar 25, 2019 2:10

Formula 1 çempionatının 2019-cu il mövsümündə

Formula 1 çempionatının 2019-cu il mövsümündə “Force India” bolidinin rəngləri barədə şayiələr dolaşır.Azərtac xəbər verir ki, daha əvvəl “Force India” Keniyanın «SportPesa» bukmeker şirkəti ilə sponsor müqaviləsi imzalayıb. Gözlənildiyinə görə, “SportPesa” əməkdaşlığın birinci ilində “Force India”ya 8 milyon dollar, 2020-ci ildə 10 milyon dollar və əgər 2021-ci ildə bir yerdə işləsələr, 12 milyon dollar ödəyəcək.“Force India”nın indiki baş sponsoru - BWT-nin aqibəti məlum deyil. BWT ilə müqaviləyə görə Formula 1 komandasının bolidinin rəngi çəhrayı olmalı idi.«Sport Business»dən bildiriblər ki, onun mənbəyinin verdiyi məlumata görə, “Force India”nın bolidi göy-çəhrayı rənglərdə olacaq. Əgər bu informasiya gerçəkdirsə, deməli, “Force India” BWT ilə işləməyə davam edir.xeber100.com

Yanvar 25, 2019 2:02

“Neftçi” futbol klubu növbəti yoxlama oyununu keçirib

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” komandası yanvarın 23-də növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, rəqib Çexiyanın “Slovan” kollektivi olub. "Arslan Zeki Demirci" İdman Kompleksində keçirilən görüş Liberets təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.Hesabı 21-ci dəqiqədə Baqali Dabonun ötürməsindən sonra Mirabdulla Abbasov açıb. Lakin 36-cı dəqiqədə Matey Hibş hesabı bərabərləşdirib, 46-cı dəqiqədə isə Yan Mikula “Neftçi” müdafiəçilərinin səhvindən yararlanaraq komandasının qələbə topunu vurub.Qeyd edək ki, bu, “Neftçi”nin ikinci yoxlama oyunu olub. Flaqman ilk görüşündə Rumıniya "Qaz-Metan" klubuna böyük hesabla qalib gəlib - 3:0. Hazırda “Slovan” Çexiya çempionatında 19 oyundan 25 xalla 7-ci pillədə qərarlaşıb.xeber100.com

Yanvar 24, 2019 12:12

Karate üzrə yeni yarış mövsümünə start verilib

Karate üzrə Azərbaycan milli komandası yeni yarış mövsümünə start verib. Qəbələdə təlim-məşq toplanışından sonra yığmamız 18 nəfərlik heyətlə yanvarın 25-27-də Fransanın paytaxtında keçiriləcək “Paris Open” Karate1 Premyer Liqa turnirinə yollanıb.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a verilən məlumata görə, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə baş katib Mirhəsən Seyidov, media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.Medallar uğrunda həlledici görüşlər bazar günü keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi B.Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, “Tokio-2020” və ikinci Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaqlar.xeber100.com

Yanvar 24, 2019 11:59

“Australian Open-2019” turnirinin yarımfinal qarşılaşması keçirilib

“Australian Open-2019” turnirinin qadınlar arasında ikinci yarımfinal qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, Karolina Pliskova (Çexiya) və Naomi Osaka (Yaponiya) üz-üzə gəliblər. Bir saat 53 dəqiqə davam edən gərgin qarşılaşmada yaponiyalı tennisçi Naomi Osaka rəqibini məğlub edib (6:2, 6:4, 4:6).Beləliklə, “Australian Open” turnirinin qadınlar arasında hər iki finalçısı məlum olub. Yanvarın 26-da baş tutacaq final görüşündə Naomi Osaka çexiyalı tennisçi Petra Kvitova ilə qarşılaşacaq.İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Yaponiyalı tennisçi 2018-ci ildə “US Open” turnirin qalibi adını qazanıb. Naomi 25 il ərzində “Australian Open” turnirin final mərhələsinə vəsiqə qazanan yeganə Yaponiya idmançısıdır.Xatırladaq ki, bu gün keçirilən ilk yarımfinal oyununda Petra Kvitova (Çexiya) Danielle Colinslə (ABŞ) qarşılaşıb. Görüş çexiyalı idmançının qələbəsi ilə başa çatıb (7:6, 6:0).“Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.Turnirə yanvarın 27-də yekun vurulacaq.xeber100.com

Yanvar 24, 2019 11:56

“Tata Steel Masters 2019” turnirində

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Tata Steel Masters 2019” turnirində sabah on birinci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, 10 turun nəticəsinə görə, Teymur Rəcəbov 5 xalla 6-7-ci, Şəhriyar Məmmədyarov 4 xalla 12-13-cü yerləri bölüşürlər.Şəhriyar Məmmədyarovu növbəti turda Santoş Viditlə qarşılaşma gözləyir. Digər təmsilçimiz Teymur Rəcəbov dünya şahmat tacının sahibi Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovu ilk beşlikdən 1 pillə ayırır. Dünya çempionu Maqnus Karlsen isə 7 xalla turnir cədvəlinin lideridir. Ondan yarım xal geridə olan Aniş Giri ikinci pillədə qərarlaşıb.Bu gün şahmatçılar üçün istirahət günü olduğundan növbəti turun oyunlarına sabah start veriləcək.xeber100.com

Yanvar 24, 2019 11:53

“Qalatasaray” futbol klubu “Boluspor”un qonağı olub

Türkiyə Kubokunda 1/8 finalın oyunları keçirilir.Milli.Az xəbər verir ki. "Qalatasaray" səfərdə I Liqa klubu "Boluspor"un qonağı olub. Qarşılaşma "cim bom"un minimal hesablı qələbəsiylə başa çatıb.Bu komandalar arasında cavab oyunu gələn həftə İstanbulda baş tutacaq. "Boluspor" - "Qalatasaray" 0:1 Qol: Selçuk İnan, 42 (pen).xeber100.com

Yanvar 23, 2019 2:38

İngiltərə Premyer Liqasının 23-cü turunda

"Tottenhem"in futbolçusu Dele Alli zədələnib.Milli.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Fulhem"lə matçda zədə alıb.Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.Qeyd edək ki, Allidən öncə komandanın əsas qol silahı Harri Keyn sıradan çıxmışdı.xeber100.com

Yanvar 23, 2019 2:31

“Beşiktaş” futbol klubunun rəsmi açıqlamasına əsasən…

"Beşiktaş"dan ayrılmaq istədiyi deyilən Rikardo Kuarejma ilə bağlı klubdan rəsmi açıqlama verilib.Milli.az xəbər verir ki, "qartallar"ın rəsmisi Ahmed Kavalcı, 35 yaşlı futbolçunun rəhbərliyə ayrılmaq istədiyi barədə heç bir şey demədiyini bildirib:"Kuarejmanın sosial şəbəkə hesablarından komandadan ayrılacağının siqnalını verdiyini deyirlər. Hər kəs bunu deyir, amma onun mənə hansısa müraciəti olmayıb. Bizə, "mən getmək istəyirəm" demədi. Nə baş məşqçi Şenol Günəşə, nə də hansısa klub rəsmisinə bu barədə bir şey deyib".Klub rəsmisi qış transfer dövründə ediləcək transferlər barədə də məlumat verib:"Baş məşqçi komandadan ayrılacaq futbolçu olsa, onun əvəzləyicisini almağı deyib. Bu mövsüm üçün hansısa axtarışımız yoxdur, gələn mövsüm üçün isə hər mövqeyə diqqət edirik.Rayan Babelin yerinə futbolçu alınmayacaq, baş məşqçimizin belə bir tələbi yoxdur".xeber100.com

Yanvar 23, 2019 2:23

“Barselona” klubunun yeni futbolçusu təqdim olundu

Kevin-Prins Boatenq artıq "Barselona"nın yeni futbolçusu kimi təqdim olunub.Azərtac bildirir ki, qanalı futbolçu yeni komanda yoldaşı Lionel Messini dünyanın ən yaxşı oyunçusu adlandırıb."Messi dünyanın ən yaxşı oyunçusudur. Bu doğrudan da belədir. Son on ildə o, bunu sübut edib", - deyə futbolçu əlavə edib.xeber100.com

Yanvar 23, 2019 2:16
    Page 439 of 830« First«...102030...437438439440441...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az