11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

İngilis müdafiəçi “Derbi Kounti” komandasına transfer olunub

Amerikanın “Los Anceles Qalaksi” futbol klubunu iki ay əvvəl tərk etmiş ingilis müdafiəçi Eşli Koul İngiltərənin “Derbi Kounti” komandasına transfer olunub.Azərtac xəbər verir ki, klub rəhbərliyi 38 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Müdafiəçini “Derbi Kounti”yə klubun məşqçisi Frank Lampard dəvət edib.Xatırladaq ki, Koul və Lampard uzun müddət İngiltərə millisi və “Çelsi” klubunda birgə çıxış ediblər. Müdafiəçi İngiltərə millisinin heyətində 107 oyuna çıxıb.xeber100.com

Yanvar 22, 2019 11:25

“Tata Steel Masters-2019” turnirində növbəti tura start veriləcək

Bu gün “Tata Steel Masters-2019” turnirində doqquzuncu turun partiyalarına start veriləcək.Azərtac xəbər verir ki, növbəti partiyalarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Yan Kşiştov Duda, Teymur Məmmədov isə Vladimir Fedoseevlə mübarizə aparacaq.Bundan əvvəlki turda Ş.Məmmədyarov hindistanlı Vişvanatan Ananda məğlub olub. Bu, şahmatçımızın Hollandiyada ikinci məğlubiyyəti idi. Təmsilçimiz altıncı turda dünya şahmat tacının sahibi Maqnus Karlsenə də uduzub. Ümumiyyətlə, Hollandiya turnirinin sonuncu üç turunda Şəhriyar cəmi 0,5 xal toplamağa nail olub.Yarışda inamlı oyunu ilə seçilən Teymur Rəcəbov isə xallarının sayını 4,5-ə çatdırmaqla turnir cədvəlində xeyli irəliləyərək 6-cı pillədə qərarlaşıb. İlk beşlikdə isə Maqnus Karlsen, Vişvanatan Anand (hərəyə 5,5 xal), Yan Nepomnyaşi, Dinq Liren və Aniş Giri (hərəyə 5 xal) qərarlaşıblar.xeber100.com

Yanvar 22, 2019 11:17

“Mançester Yunayted” futbol klubu yeni müqavilə imzalayıb

İngiltərənin “Mançester Yunayted” futbol klubu Skott Maktominay ilə yeni müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 22 yaşlı şotlandiyalı müdafiəçi ilə yeni müqavilə 2023-cü ilədək imzalanıb. Müdafiəçinin müqaviləni 2024-cü ilədək uzatmaq imkanı var.Maktominay cari mövsümdə “Mançester Yunayted” klubunun heyətində 8 oyunda iştirak edib. Şotlandiya millisinin heyətində isə 5 oyun keçirib.xeber100.com

Yanvar 22, 2019 11:11

Güləş Federasiyasının məlumatına görə…

Yanvarın son 10 günündə yeniyetmə güləşçilər arasında zona birincilikləri keçiriləcək.Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda təşkil olunacaq.Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi baş tutacaq.Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək. Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.xeber100.com

Yanvar 21, 2019 3:57

İngiltərə Premyer Liqasında növbəti tur başa çatıb

İngiltərə Premyer Liqasında 23-cü tur başa çatıb.Milli.Az xəbər verir ki, "Mançester Siti" səfərdə "Haddersfild"ə 3:0 hesabı ilə qalib gəlib.Premyer Liqanın turnir cədvəlinə 60 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 56 xalla 2-ci, "Tottenhem" 51 xalla 3-cü, "Çelsi" 47 xalla 4-cüdür. 11 xalı olan "Haddersfild" 20-ci yerdə qərarlaşıb."Haddersfild" - "Mançester Siti" - 0:3.Qollar: Danilo, 18, Rahim Sterlinq, 54, Leroy Sane, 56.xeber100.com

Yanvar 21, 2019 3:54

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində

İtaliya A Seriyasının 20-ci turu çərçivəsində oyunlar keçirilib. Turun mərkəzi görüşündə “Napoli” doğma meydanda “Latsio”nu qəbul edib.Trend-in məlumatına görə, oyun ev sahibi komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 34-cü dəqiqədə Kalyexon açıb. Üç dəqiqə sonra Milik hesabı artırıb. “Latsio”nun oyunda yeganə qolunu 65-ci dəqiqədə İmmobile vurub.Bununla da, “Napoli” 47 xalla ikinci, “Latsio” isə 32 xalla beşinci pillədə qərarlaşıb.Turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: Frozinone – Atalanta 0:5 Fiorentina – Sampdoriya 3:3 Spal – Bolonya 1:1 Kalyari – Empoli 2:2.xeber100.com

Yanvar 21, 2019 3:45

“Barselona” futbol klubu “Leqanes”i qəbul edib

İspaniya La Liqasında 20-ci turun daha 5 oyunu keçirilib.Milli.Az xıbır verir ki, lider "Barselona" doğma meydanda "Leqanes"i qəbul edib. Görüşdə hesabı 32-ci dəqiqədə kataloniyalıların yarımmüdafiəçisi Usman Dembele açıb. Qonaqlar ikinci hissənin əvvəlində tarazlığı bərpa etsələr də, Luis Suares 71-ci dəqiqədə "Barsa"nı önə çıxarıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Lionel Messi qoyub.Qeyd edək ki, 20 turdan sonra "Barselona" 46 xalla liderdir. İkinci sıradakı "Atletiko"nun 41 xalı var. "Real" 36 xalla 3-cüdür. "Leqanes" isə 22 xalla 14-cü yerdədir"Barselona" - "Leqanes" 3:Qollar: Usman Dembele, 32, Luis Suares, 72. Lionel Messi, 90 - Martin Braytvayt, 57.xeber100.com

Yanvar 21, 2019 3:40

İngiltərə Premyer Liqasının 23-cü tur matçında

İngiltərə Premyer Liqasının 23-cü tur matçında "Arsenal""Çelsi" üzərində qələbə qazanıb.Milli.az xəbər verir ki, hesab 2:0 olub.Qolalrın müəllifi Aleksandr Lyakazett (14)və Loran Koselni (39)olub. 23 oyundan sonra "Çelsi" 47 xalla 4-cü, "Arsenal" isə 44 xalla 5-cidir.xeber100.com

Yanvar 20, 2019 11:21

“Cardiff” futbol klubu yeni futbolçu transfer edib

İngiltərə Premyer Liqasında çıxış edən "Cardiff" yeni futbolçu transfer edib.Milli.az xəbər verir ki, "Nantes"in hücumçusu Emiliano Sala uelslilərin formasını geyinəcək.28 yaşlı futbolçu ilə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. "Cardiff" rəhbərliyi transferin məbləğini gizli saxlayaraq açıqlamasa da, Salanın klub tarixinin ən bahalı futbolçusu olduğunu elan edib.Qeyd edək ki, Sala cari mövsüm "Nantes"də keçirdiyi 19 matçda 12 qol vurub.xeber100.com

Yanvar 20, 2019 11:17

PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda

PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda "Genqam"ı 9:0 hesabı ilə darmadağın edib.Milli.Az report-a istinadən bildirir ki, Parisin "Park de Prens" stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian Mbappe və Edinson Kavani isə het-trik edib.Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. "Genqam" 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.xeber100.com

Yanvar 20, 2019 11:11
    Page 441 of 831« First«...102030...439440441442443...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az