Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.Milli.az bildirir ki, turun ilk görüşündə "Keşlə" ilə "Qəbələ" üz-üzə gəlib. Ötən turda doğma meydanda "Qarabağ"a uduzan "Qəbələ" Bakı səfərindən azı heç-heçəylə qayıtmağı hədəfləmişdi. Amma bölgə klubu daha inamlı çıxış edərək, bu oyundan qələbə ilə ayrılıb.Günün son matçında "Qarabağ" debütant "Sabah"ı sınağa çəkib. "Köhlən atlar"ı noyabrın 29-da "Sportinq"lə Avropa Liqasının matçı gözləyir. Bəlkə də, həmin oyuna görə Qurban Qurbanovun komandası özünü çox yormamağa çalışıb. Amma "Sabah"ın asan rəqib olmadığını da unutmaq olmaz. Qarşılaşma isə heç-heçə başa çatıb.Turun qalan iki oyunu bazar günü keçiriləcək.Lider "Neftçi" bu turda "qardaş"ı "Səbail"lə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda hər iki komandanın turnir cədvəlindəki mövqeyi yaxşıdır. "Neftçilər" zirvədə yer alıbsa, "Səbail" 3-cü pillədə qərarlaşıb. Amma bu oyunda "qardaşlar"dan biri, ya da ikisi də xal itirməyə məcburdur.Tura "Zirə" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Nazim Süleymanovun qalmaqallı şəkildə "kimyaçılar"dan ayrılmasından sonra "sükan arxasına" Ayxan Abbasov keçib. Abbasov "Sumqayıt"ın baş məşqçi postunda ilk "imtahan"ını məhz keçmiş komandası "Zirə"yə qarşı matçda verəcək.xeber100.com

Noyabr 24, 2018 8:13

Karate üzrə 26-cı Azərbaycan çempionatı start götürüb

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında 26-cı Azərbaycan çempionatı start götürüb.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən 34 klubdan 522 karateçi mübarizə aparır.Yarışların birinci günündə karateçilər şəxsi (+18 kq), kata (+16 kq) və kumite yarışlarında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində kişilər arasında 60, 67, 75, 84, +84, qadınların yarışında isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində ən güclülər müəyyənləşəcək.Noyabrın 24-də çempionatın açılış mərasimi keçiriləcək. Həmin gün yeniyetmə və gənclərin yarışında şəxsi kata və kumite yarışlarında oğlanlar 40, 45, 50, 55, +55, qızlar isə 42, 47, +47 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmə karateçilərin yarışında oğlanlar 52, 57, 63, 70, +70, zərif cinsin nümayəndələri isə 47, 54, +54 kiloqram çəki dərəcələrində qalib adı uğrunda qarşılaşacaqlar.Şəxsi kata yarışlarının startı yarışın sonuncu gününə - noyabrın 25-nə təsadüf edəcək. Həmin gün gənclərin yarışında oğlanlar 55, 61, 68, 76, +76, qızlar isə 48, 53, 59, +59 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Bundan başqa, 21 yaşadək gənclər arasında oğlanların mübarizəsində 60, 67, 75, 84, +84, qızların yarışında 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.xeber100.com

Noyabr 23, 2018 2:22