Şahmat festivalı Sankt-Peterburqda start götürəcək

Ənənəvi şahmat festivalı olan Mixail Çiqorin Memorialı oktyabr ayında Sankt-Peterburqda keçiriləcək. Sayca 25-ci dəfə təşkil olunacaq yarışma kişi şahmatçılar arasında Rusiya Kubokunun mərhələsi və dünyanın ən iri turnirlərindən biridir.Azərtac xəbər verir ki, yubiley festivalında dünyanın 20 ölkəsinin şahmatçıları, o cümlədən bir çox məşhur Kaissa ustaları mübarizə aparacaqlar. Yarışlarda hərəsi 3 dəfə Çiqorin Memorialının qalibləri olmuş qrossmeysterlər Sergey Volkov və Kirill Alekseyenko iştirak edəcəklər.Çiqorin Memorialına, həmçinin FIDE versiyası üzrə dünya çempionu, beynəlxalq qrossmeyster Aleksandr Xalifman və vitse-çempion, beynəlxalq qrossmeyster Qata Kamski qatılacaqlar.Sabah XXV şahmat festivalı Sankt-Peterburqda blits-turnirlə açılacaq. Əsas turnir olan Rusiya Kuboku mərhələsi İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Blitsdə 300 şahmatçı, o cümlədən 32 qrossmeyster mübarizə aparacaq. Azərbaycanlı şahmatçılar – beynəlxalq usta Kamal Ağasıyev, FIDE ustası Altay Eynullayev, həmçinin Vüsal Abbasov, Atilla Eynullayev, Fərid Mustafayev, Kamal İsfəndiyarlı, Emin Xəlilov və Fikrət Yusifzadə iştirakçıların siyahısındadırlar.Çiqorin Memorialı oktyabrın 26-dan noyabrın 5-dək “Park Krestovski” otelində keçiriləcək.Vaxta nəzarət - 90 dəqiqə üstəgəl ilk gedişdən başlayaraq hər bir gediş üçün 30 saniyədir.xeber100.com

Oktyabr 26, 2018 12:51

Budapeştdə güləş üzrə dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın beşinci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qatılıb. Azərbaycan güləşçilərindən ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında Olimpiya çempionu olan Şimali Koreya təmsilçisi ilə çətin qarşılaşmadan qalib ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisi ilə mübarizə aparacaq.Anjela Doroqanın (53 kq) da startı parlaq alınıb. Yığmamızın üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və güləşçimiz məğlub olub. Rəqib finala çıxdığından Anjela təsəlliverici görüşə qatılıb və qazaxıstanlı idmançıya məğlub olub.Alyona Kolesnik (57 kq) ilk mərhələdə son Olimpiya və ikiqat dünya çempionu ilə üz-üzə gəlib. Güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala çıxdığı üçün Alyona təsəlliverici görüşdə iştirak hüququ qazanıb və Hindistan təmsilçisinə uduzub.Elmira Qəmbərovanın (62 kq) Bolqarıstan təmsilçisi ilə görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib. Ancaq rəqibin finaladək irəliləməsi güləşçimizə təsəlliverici görüşdə özünü göstərmək imkanı verib. E.Qəmbərova təsəlliverici görüşdə çinli rəqibinə də yenilib.xeber100.com

Oktyabr 25, 2018 1:50