Türkiyə Superliqasının X turunun növbəti görüşü keçirilib

Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasının X turunun növbəti görüşü keçirilib. Çempionluğa əsas namizədlərdən olan “Qalatasaray” səfərdə “Yeni Malatyaspor”la qarşılaşıb.Azərtac xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən matçda turnir cədvəlində üçüncü pillədə yer alan İstanbul təmsilçisi 0:2 hesabı ilə məğlub olub.Baş hakim Halis Özkahyanın idarə etdiyi oyunda hesabı 35-ci dəqiqədə Mitçell Donaldın vurduğu qolla meydan sahibləri açıblar. İlk hissə “Yeni Malatyaspor”nın 1:0 üstünlüyü ilə başa çatıb. Fasilədən sonra “Yeni Malatyaspor” qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi ikiyə çatdırıb. Bu dəfə Adem Büyük penalti zərbəsini dəqiq yerinə yetirib.Hesabında 19 xal olan “Qalatasaray” komandası üçüncü sırada qərarlaşıb. Eyni xala malik olan “Kasımpaşa” isə top fərqinə görə turnir cədvəlində ikinci yeri tutur. “Başakşəhər” komandası 21 xalla çempionatın vahid lideridir. “Antalyaspor” 17 xalla dördüncü, “Trabzonspor” 15 xalla beşinci pillədədir.Ötən gün oynanılan “BŞB Ərzurum” - “Kasımpaşa” (1:1) və “Antalyaspor -“Trabzonspor” (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib. “Konyaspor” – “Başakşehir” matçında isə qonaqlar üstün olublar - 0:1.Bu gün keçirilmiş digər görüşdə “Kayserispor” komandası “Sivasspor”a 2:0 hesabı ilə qalib gəlib.Tura oktyabrın 29-da oynanılacaq “Beşiktaş” – “Rizespor” və “Akhisarspor” – “Göztəpə” matçları ilə yekun vurulacaq.“Qalatasaray” növbəti turda noyabrın 2-də əzəli rəqibi “Fənərbağça”nı “Türk Telekom” stadionunda qəbul edəcək.xeber100.com

Oktyabr 29, 2018 11:10

İtaliya çempionatının 10-cu turun növbəti oyunları keçirilib

Oktyabrın 28-də İtaliya çempionatının 10-cu turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun maraq doğuran oyunu "San Siro" stadionunda keçirilib. "Sampdoriya" klubu "Milan"nın qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Rossoneri"lərin heyətində Patrik Kutrone, Qonsalo Hiquayin və Suso, qonaqlardan isə Rikardo Saponara və Fabio Quagliarella fərqləniblər.Turun mərkəzi qarşılaşmasında isə "Napoli" və "Roma" klubları arasında oynanılıb. Bu görüşdə qalib müəyyənləşməyib (1:1)."Karlo Kastellani" stadionunda keçirilən qarşılaşmada son çempion "Yuventus" autsayder "Empoli" klubunun qonağı olub. Görüş "qoca sinyora"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı meydan sahibləri açıb. Rəqib qapısına topu 28-ci dəqiqədə Francesko Kaputo vurub. Fasiləyə üstün yollanan "Empoli" qarşılaşmanın ikinci hissəsində qapısında iki qol görüb. Hər iki qolun müəllifi turinlilərin yeni transferi Kriştiano Ronaldo olub. Bu dubl sahəsində portuqaliyalı hücumçu İtaliya çempionatında qollarının sayını 7-yə çatdırıb. Ronaldo bombardirlərin siyahısında "Genoa"nın polşalı hücumçusu Kşiştof Piontekdən sonra ikinci yerdədir.Turun digər oyunları belə nəticələnib: "Atalanta"-"Parma" - 3:0 "Torino"-"Fiorentino" - 1:1 "Sassuolo"-"Bolonya" - 2:2 "Kalyari"-"Kyevo" - 2:1 "Genoa"-"Udineze" - 2:2 SPAL-"Frosinone" - 0:3. Qeyd edək ki, tura bu gün keçiriləcək "Lazio"-"İnter" oyunu ilə yekun vurulacaq.xeber100.com

Oktyabr 29, 2018 11:01