Bədii gimnastika üzrə növbəti yarış baş tutacaq

Noyabrın 2-dən 3-dək Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış baş tutacaq. Bu dəfə zərif gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınayacaqlar.Azərtac xəbər verir ki, sayca 25-ci olan çempionatda Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Sərhədçi” Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak edəcəklər.İki gün davam edəcək turnirdə 100-dək gimnastın çıxış edəcəyi gözlənilir. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olacaq. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim edəcəklər və günün sonunda onlar fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.Növbəti yarış gününə isə yeniyetmələr start verəcəklər. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq, yüksək xal almaq üçün çalışacaqlar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lent ilə proqramlarını icra edəcəklər. Beləliklə, turnirin sonunda bütün alətlər üzrə yekun xal əsasında fərdi çoxnövçülükdə fərqlənmiş gimnastlar fəxri kürsüyə yüksələcəklər.xeber100.com

Oktyabr 24, 2018 1:00

UEFA Çempionlar Liqasının üçüncü turuna start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının üçüncü turuna 8 oyunla start veriləcək.Azərtac xəbər verir ki, “E” qrupunda Yunanıstanın AEK komandası doğma meydanda Almaniyanın “Bavariya” kollektivini qəbul edəcək. Qrupun digər oyununda isə Portuqaliya “Benfika”sı səfərdə Hollandiya “Ayaks”ının qonağı olacaq.İki turdan sonra “E” qrupuna aktivlərində 4 xal olan "Ayaks" və "Bavariya" başçılıq edir. “Benfika” 3 xalla üçüncü, xalı olmayan AEK isə dördüncü yerdədir.“F” qrupunda yer alan İngiltərə çempionu “Mançester Siti” səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olacaq. Almaniyada isə “Hoffenhaym”la “Lion” (Fransa) qarşılaşacaq.Bu qrupa 4 xalla “Lion” başçılıq edir, 3 xalla “Mançester Siti” ikinci, “Şaxtyor Donetsk” 2 xalla üçüncü, “Hoffenhaym” isə 1 xalla dördüncü yerdə qərarlaşıb.İki turdan sonra “G” qrupunun dörd xalla liderlik edən Rusiyanın ÇSKA-sı səfərdə İtaliyanın “Roma” komandasının qonağı olacaq. Digər oyunda isə “Real Madrid” İspaniyada qrupun autsayderi “Viktoriya Plzen”i (Çexiya) sınağa çəkəcək.Turun maraq doğuran oyunu İngiltərənin "Old Traford" stadionunda keçiriləcək. Burada “Mançester Yunayted” və “Yuventus” (İtaliya) qarşılaşacaq.Bu komandalar arasında ilk oyun 1972-ci ilə təsadüf edir. Həmin görüş “Qırmızı şeytanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Ümumilikdə isə komandalar 12 dəfə qarşılaşıblar. Hər iki komandanın aktivində 5 qələbə var. İki oyun heç-heçə başa çatıb. Qrupun digər oyununda İspaniya “Valensiya”sı İsveçrənin “Yanq Boyz” kollektivinin qonağı olacaq.Qeyd edək ki, UEFA-nın yeni reqlamentinə əsasən AEK–“Bavariya” və “Yanq Boyz”-“Valensiya” matçları Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.xeber100.com

Oktyabr 23, 2018 11:15

Premyer Liqanın oyunlarının vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunlarının vaxtı müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, doqquzuncu turun oyunları iki günü əhatə edəcək.“Sabah”–“Zirə” görüşü oktyabrın 27-də saat 16:00-da start götürəcək. Həmin gün keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu isə saat 18:00-da başlayacaq.Oktyabrın 28-də baş tutacaq “Səbail” – “Keşlə” matçı saat 15:00-da start götürəcək. Tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Həmin görüşdə turnir cədvəlinin iki lideri - “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Oyun saat 17:00-da başlayacaq.“Sabah”–“Zirə” oyunu “Əlincə Arena”da, “Sumqayıt”–“Qəbələ” qarşılaşması “Dalğa Arena”da, “Səbail”–“Keşlə” matçı “Bayıl Arena”da, “Neftçi”–“Qarabağ” görüşü isə “Bakcell Arena”da keçiriləcək.Qeyd edək ki, səkkiz turdan sonra turnir cədvəlinə 19 xalla “Neftçi” klubu başçılıq edir. Bir oyun az keçirən Ağdamın “Qarabağ” klubu 16 xalla ikinci, aktivində 13 xal olan debütant “Sabah” üçüncü, “Sumqayıt” və “Səbail” klubları 10 xalla dördüncü və beşinci yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (8), “Keşlə” (5) və “Zirə” (4) qərarlaşıblar.xeber100.com

Oktyabr 23, 2018 10:57