04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb

Ostin avtodromunda Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb.Azərtac xəbər verir ki, yarışların qalibi ümumi hesabda üçüncü mövqe tutan “Ferrari” komandasının pilotu Kimi Raykkonendir. 15 xal toplayan Lyuis Hemilton finiş xəttinə üçüncü çatıb. Çempion titulu uğrunda mübarizədə onun əsas rəqibi Sebastyan Fettel isə 12 xalla dördüncü yeri tutub. Onun bu mövsümün çempionu olmaq üçün nəzəri şansı qalır. Hazırda Fettel Hemiltondan 70 xal geridədir.Konstruktorlar Kuboku yarışlarında “Mersedes”in “Ferrari” üzərində üstünlüyü isə 66 xal azalıb.xeber100.com

Oktyabr 22, 2018 1:48

Həndbol Federasiyasının məlumatına görə…

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəyə start verilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, ilk turda keçirilən “Təhsil”–“Məhsul” görüşü daha maraqlı alınıb. Gözlənildiyi kimi gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. “Təhsil” rəqibə ciddi müqavimət göstərməsinə baxmayaraq, məğlubiyyətlə barışmalı olub – 25:28.Günün digər oyununda isə ölkə çempionu “Bakı” gözlənildiyi kimi “U-16” komandası üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular daha təcrübəli rəqibə 14:54 hesabı ilə uduzublar.xeber100.com

Oktyabr 22, 2018 1:46

Cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə iclas keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) kişilərdən ibarət cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə iclas keçirilib.AMPK-dən Azərtac-a bildiriblər ki, Komitənin prezidenti İlqar Rəhimovun sədrlik etdiyi iclasda noyabrda Portuqaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Tokioda XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul olunub.Paralimpiyaçı kişi cüdoçulardan ibarət milli komanda “Neftçi” İdman Klubunun dəstəyi ilə noyabrın 13-19-da Portuqaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.xeber100.com

Oktyabr 22, 2018 1:41

Budapeştdə keçirilən dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, üçüncü yarış günündə iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub.Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev (70 kq) böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarı ilə başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub.Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov (97 kq) mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib güləşçimiz dörddəbir finala yüksəlib.“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Tatyana Omelçenko (59 kq) ilk mərhələdə rusiyalı rəqibi ilə bacarmayıb.xeber100.com

Oktyabr 22, 2018 1:37

İtaliya çempionatının 9-cu turunda

İtaliya çempionatının 9-cu turunda "Yuventus" "Cenoa" ilə heç-heçə oynayıb.Milli.az bildirir ki, 1:1 hesabı ilə bitən görüşdə hesabı Kriştianu Ronaldu açıb. Qonaqların heyətində Daniel Besa fərqlənib.Bu heç-heçə "Yuventus"un İtaliya çempionatındakı 8 oyunluq qələbə seriyasına son qoyub.xeber100.com

Oktyabr 21, 2018 9:19

“Monaco”nun məşqçisi İngiltərə klubuna başçılıq edə bilər

"Monaco"nun keçmiş baş məşqçisi Leonardo Jardim İngiltərə klubuna başçılıq edə bilər.Milli.az xəbər verir ki, Fransa çempionatına uğursuz başladıqdan sonra "Monaco"dan istefaya göndərilən Leonardo Jardim İngiltərə klubuna keçə bilər. Təcrübəli mütəxəssis Premyer Liqada 16-cı pillədə qərarlaşan "Southampton" klubuna keçə bilər.Xatırladaq ki, Jardim "Monaco"dan öncə "Sporting", "Olympiacos" və "Braga" kimi klubların baş məşqçisi olub.xeber100.com

Oktyabr 21, 2018 9:12

Almaniya Bundesliqasında ən yaxşı futbolçunun adı açıqlanıb

Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.Milli.az bildirir ki, ötən ayın ən yaxşı futbolçusu Dortmund "Borussiya"sının kapitanı Marko Roys seçilib. Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.Roys Bundesliqada çıxdığı 7 qarşılaşmada 4 qol vurub və 4 məhsuldar ötürmə edib.xeber100.com

Oktyabr 20, 2018 9:54

Topaz Premyer Liqasının VIII turunda

Topaz Premyer Liqasının VIII turunda "Səbail"ə evdə 1:0 hesabı ilə qalib gələn "Qarabağ"a texniki məğlubiyyət veriləcək.Milli.Az bildirir ki, buna Ağdam təmsilçisinin oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub.Belə ki, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Amma bu, məşqçilər korpusunun diqqətindən yayınıb və gənc müdafiəçi meydana çıxıb."Qarabağ"a texniki məğlubuyyətin verilməsi AFFA-nın İntizam Komitəsinin növbəti həftə keçiriləcək iclasında rəsmiləşəcək.Qeyd edək ki, cari mövsümdə ilk belə hadisə "Zirə" ilə bağlı olub. Maraqlıdı ki, onda da rəqib "Səbail" idi və texniki qələbə qazanmışdı.xeber100.com

Oktyabr 20, 2018 9:47

“Bayer Leverkuzen” futbol klubu yeni müqavilə imzalayıb

“Bayer Leverkuzen” futbol klubu müdafiəçi Tin Edvay ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, xorvatiyalı futbolçunun müqavilə müddəti 2023-cü il iyunun 30-dək uzadılıb.Futbolçu bildirib ki, “Bayer” həmişə məni dəstəkləyib. Ən çətin anlarımda məni tək qoymayıb. Mən özümü “Bayer”də evdəki kimi hiss edirəm. Komandamızın gözəl gələcəyi var və biz birlikdə böyük uğurlara imza ata bilərik.Edvay “Bayer”ə 2015-ci ildə “Roma”dan keçib. Xorvatiyalı müdafiəçi cari mövsüm Almaniya klubunun heyətində 4 oyunda meydana çıxıb.xeber100.com

Oktyabr 19, 2018 1:24

2019-cu il Formula 1 yarışlarının cədvəli məlum olub

2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub.Azərtac Barselonadakı trasın rəsmi tvitter səhifəsinə istinadla xəbər verir ki, 2019-cu ilin mövsümqabağı testləri hər biri 4 gün davam edəcək iki sessiyadan ibarət olacaq.Birinci sessiya 2019-cu il fevralın 18-dən 21-dək, ikinci sessiya isə fevralın 26-dan martın 1-dək keçiriləcək. Beləliklə, gələn il mövsümqabağı testlərin formatı 2018-ci ildə istifadə edilən formatdan əsla fərqlənməyəcək. Hərçənd, bu sessiyaların İspaniyadan Bəhreynə keçirilə biləcəyi barədə söhbətlər gedirdi.2016-cı il mövsümündən başlayaraq mövsümqabağı testləri eksklüziv olaraq Kataloniyadakı tras qəbul edir.Onu da qeyd edək ki, 2019-cu il mövsümündə ilk Qran-Pri yarışları mövsümqabağı testlər başa çatandan cəmi iki həftə sonra – martın 15-dən 17-dək Avstraliyada keçiriləcək.xeber100.com

Oktyabr 19, 2018 1:21
    Page 469 of 830« First«...102030...467468469470471...480490500...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az