07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının açılış mərasiminə və ilk oyununa baxmaq üçün 20-dən çox dövlət başçısının Moskvaya gəlməsi nəzərdə tutulub.TASS agentliyi xəbər verir ki, bunu “Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin jurnalistlərə açıqlamasında deyib.“Açılış mərasimini 20-dən çox dövlət başçısı izləyəcək. Dövlət başçılarının açılış matçlarına və dünya çempionatının finalına hər zaman böyük marağı var. Bu böyük bayram sevincini bizimlə bölüşdüklərinə görə hər birimiz çox sevinirik”, - deyə A.Sorokin bildirib.Qeyd edək ki, futbol üzrə dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq. Açılışdan sonra keçiriləcək ilk oyunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.xeber100.com

İyun 13, 2018 12:45

İspaniya Kral Futbol Federasiyasının istefa tələbi…

Futbol üzrə dünya çempionatının başlamasına bir gün qalmış İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.Azərtac xəbər verir ki, iyunun 12-də Xilen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmayıb.İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales X.Lopeteqinın dərhal istefasını tələb edib.Bu ölkənin yığma komandasının rəsmi “Twitter” hesabında bildirilib ki, baş məşqçi artıq millinin düşərgəsindən ayrılıb.xeber100.com

İyun 13, 2018 12:42

Boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.Azərtac xəbər verir ki, komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (91 kq-dan yuxarı) isə ikinci yeri tutublar.Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.xeber100.com  

İyun 12, 2018 2:25

“Neftçi” futbol klubu birillik müqavilə imzalayıb

“Neftçi” futbol klubu daha bir transferini rəsmiləşdirib. Komanda Rəşad Eyubovla birillik müqavilə imzalayıb.Azərtac kluba istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın “Çernomorets” və “Metallurq” klubları ilə yanaşı, ölkəmizdə “Simurq”, “Xəzər-Lənkəran”, “Kəpəz” və “Qəbələ”də də çıxış edib.Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.xeber100.com

İyun 12, 2018 2:23

Dünya çempionatında reklam işlərinə 835 milyon xərclənəcək

Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər. “Chinadaily.com.cn” nəşri xəbər verir ki, bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq Çin şirkətləri arasında “Dalian Wanda Group”, texnologiya kompaniyası “Zhidian Yijing Virtual Reality Technology”, məişət avadanlığı istehsalçısı “Hisense Electronics”, mobil telefon cihazları üzrə ixtisaslaşan “Vivo Mobile Communication Technology”, habelə ərzaq və geyim firmaları var.Qeyd edək ki, 8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.xeber100.com

İyun 12, 2018 2:20

“Bolonya”nın hücumçusu karyerasını “Napoli”də davam etdirəcək

“Bolonya”nın hücumçusu Simyone Verdi karyerasını “Napoli”də davam etdirəcək.Azərtac xəbər verir ki, “Napoli” uzun sürən danışıqlardan sonra nəhayət 25 yaşlı futbolçu ilə anlaşıb.Verdi yeni klubu ilə beşillik müqavilə imzalayıb. İtaliya mətbuatı bu transferin “Napoli”yə 25 milyon avroya başa gəldiyini iddia edir.Qeyd edək ki, ötən mövsüm “Bolonya”nın forması ilə 34 matçda çıxan Verdi 10 qol vurub və bir o qədər də komanda yoldaşlarına məhsuldar ötürmə verib.xeber100.com

İyun 12, 2018 2:14

Futbol üzrə Braziliya milli komandası sonuncu yoxlama görüşündə

Futbol üzrə Braziliya milli komandası sonuncu yoxlama görüşündə böyük hesabla qələbə qazanıb.Azərtac xəbər verir ki, beş qat dünya çempionu Braziliya komandası Avstriya millisinin qonağı olub. Qarşılaşma 3:0 braziliyalıların qələbəsi ilə başa çatıb. Oyunda Qabriyel Xesus, Neymar və Filip Koutinyo fərqləniblər. Bu yoldaşlıq görüşü Braziliya milli komandası üçün sonuncu olub.xeber100.com

İyun 11, 2018 12:43

Kanada Qran-Prisinə yekun vurulub

Formula 1 üzrə Kanada Qran-Prisinə yekun vurulub.Azərtac xəbər verir ki, qalib adını “Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel qazanıb. Finlandiyalı Valtteri Bottas (“Mercedes”) ikinci, “Red Bull” komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yerin sahibi olub.Karyerasında 50-ci qələbəni qazanan S.Fettel “Mersedes” komandasının britaniyalı pilotu Luis Hemiltonu ümumi hesabda qabaqlayıb.Qeyd edək ki, növbəti Qran-Pri Fransada iyunun 22-24-də keçiriləcək.xeber100.com

İyun 11, 2018 12:36

“Qəbələ” klubu dörd yoxlama oyununda gücünü sınayacaq

“Qəbələ” futbol klubunun mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib. 2017/2018-ci il mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verəcək.Azərtac kluba istinadla xəbər verir ki, Qəbələdə bir araya gələcək “qırmızı-qaralar” iyunun 18-dək məşqlərini doğma arenada keçirəcəklər. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.Komanda UEFA Avropa Liqası ilə start verəcəyi 2018/2019-cu il mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ”nin təlim-məşq toplanışı iyulun 7-dək davam edəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.xeber100.com

İyun 11, 2018 12:33

Qallini dünya kuboku yarışlarına yekun vurulub

Macarıstanın paytaxtı Budapeştdə 15 yaşadək futbolçular arasında Qallini dünya kuboku yarışlarına yekun vurulub. “Qəbələ”nin U-15 komandası turnirin sonuncu günündə iki matç keçirib.Azərtac xəbər verir ki, 5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi “Kavolano” olub. “Qırmızı-qaralar” bu görüşdə böyük hesablı qələbə qazanıblar – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədov və Ümüd Həmzəyev hərəyə 1 qol vurublar.“Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın “Uypeşt” klubu ilə görüşüb. Rəqibinə 0:2 hesabı ilə uduzan komandamız turniri 6-cı pillədə başa vurub.Yarışın qalibi adına isə İtaliya “Udineze”si yiyələnib.xeber100.com

İyun 11, 2018 12:27
    Page 508 of 831« First«...102030...506507508509510...520530540...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az