04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu müqavilənin müddətini artırıb

Yeni mövsümdə “Neftçi” futbol klubunun əsas komandasına rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.Azərtac xəbər verir ki, İqor Getman 1991-1992-ci, 1998-2007-ci illərdə “Neftçi”də çıxış edib, 236 oyun keçirib və 7 qol vurub. “Neftçi”nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olan Getman müstəqillik dönəmində komandada ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.Bunadək əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.xeber100.com

İyun 14, 2018 11:17

“Keşlə” futbol klubu transferini rəsmiləşdirib

“Keşlə” futbol klubu növbəti transferini rəsmiləşdirib.Azərtac kluba istinadla xəbər verir ki, Azərbaycan kubokunun sahibi Amil Yunanovla danışıqları müsbət yekunlaşdırıb. Hücumçu ilə birillik müqavilə imzalanıb.Qeyd edək ki, A.Yunanov son mövsümü “Sumqayıt”da keçirib.xeber100.com

İyun 14, 2018 11:13

“Real Madrid” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

İspaniyanın "Real Madrid" klubu uzun sürən məşqçi axtarışına son qoyub.Azərtac xəbər verir ki, Madrid təmsilçisi İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqiyə tapşırılıb.52 yaşlı mütəxəssislə üç illik razılıq əldə olunub. Lopeteqi dünya çempionatından sonra komandaya rəhbərlik edəcək. İspaniyalı mütəxəssis 2016-cı ildən milli komandaya rəhbərlik edir. O, bu günə kimə 20 oyunda 14 qələbə qazanıb.Həmçinin mütəxəssis 21 yaşadək (U-21) İspaniya millisi ilə Avropa çempionu adı qazanıb. X.Lopoteqi 2014-cü ildə Portuqaliyanın "Porto" klubunu baş məşqçisi vəzifəsində çalışıb.O, bu posta Zinəddin Zidanı əvəzləyib.xeber100.com

İyun 13, 2018 1:11

“Qəbələ” klubu 2018/2019-cu ilin hazırlığına start verib

“Qəbələ” futbol klubu 2018/2019-cu il mövsümünün hazırlığına start verib. Qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər.Azərtac xəbər verir ki, komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetiriblər.Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaqlar.Xatırladaq ki, iyunun 18-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniyaya təlim-məşq toplanışına yollanacaqlar.xeber100.com

İyun 13, 2018 1:07

Moskvada FIFA-nın 68-ci konqresi keçiriləcək

İyunun 13-də Moskvada FIFA-nın 68-ci konqresi keçiriləcək.Azərtac xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov konqresdə iştirak edəcəklər.xeber100.com

İyun 13, 2018 1:04

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının açılış mərasiminə və ilk oyununa baxmaq üçün 20-dən çox dövlət başçısının Moskvaya gəlməsi nəzərdə tutulub.TASS agentliyi xəbər verir ki, bunu “Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin jurnalistlərə açıqlamasında deyib.“Açılış mərasimini 20-dən çox dövlət başçısı izləyəcək. Dövlət başçılarının açılış matçlarına və dünya çempionatının finalına hər zaman böyük marağı var. Bu böyük bayram sevincini bizimlə bölüşdüklərinə görə hər birimiz çox sevinirik”, - deyə A.Sorokin bildirib.Qeyd edək ki, futbol üzrə dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq. Açılışdan sonra keçiriləcək ilk oyunda ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.xeber100.com

İyun 13, 2018 12:45

İspaniya Kral Futbol Federasiyasının istefa tələbi…

Futbol üzrə dünya çempionatının başlamasına bir gün qalmış İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.Azərtac xəbər verir ki, iyunun 12-də Xilen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmayıb.İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales X.Lopeteqinın dərhal istefasını tələb edib.Bu ölkənin yığma komandasının rəsmi “Twitter” hesabında bildirilib ki, baş məşqçi artıq millinin düşərgəsindən ayrılıb.xeber100.com

İyun 13, 2018 12:42

Boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.Azərtac xəbər verir ki, komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (91 kq-dan yuxarı) isə ikinci yeri tutublar.Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.xeber100.com  

İyun 12, 2018 2:25

“Neftçi” futbol klubu birillik müqavilə imzalayıb

“Neftçi” futbol klubu daha bir transferini rəsmiləşdirib. Komanda Rəşad Eyubovla birillik müqavilə imzalayıb.Azərtac kluba istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın “Çernomorets” və “Metallurq” klubları ilə yanaşı, ölkəmizdə “Simurq”, “Xəzər-Lənkəran”, “Kəpəz” və “Qəbələ”də də çıxış edib.Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.xeber100.com

İyun 12, 2018 2:23

Dünya çempionatında reklam işlərinə 835 milyon xərclənəcək

Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər. “Chinadaily.com.cn” nəşri xəbər verir ki, bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq Çin şirkətləri arasında “Dalian Wanda Group”, texnologiya kompaniyası “Zhidian Yijing Virtual Reality Technology”, məişət avadanlığı istehsalçısı “Hisense Electronics”, mobil telefon cihazları üzrə ixtisaslaşan “Vivo Mobile Communication Technology”, habelə ərzaq və geyim firmaları var.Qeyd edək ki, 8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.xeber100.com

İyun 12, 2018 2:20
    Page 507 of 830« First«...102030...505506507508509...520530540...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az