Beynəlxalq idman turniri keçiriləcək

İyunun 16-da Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçiriləcək.Azərtac xəbər verir ki, ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran “Mübarizlər” layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayacaqlar.Ötənilki yarışdan fərqli olaraq bu mövsümdə “Mübarizlər” layihəsində hər iki formatda iştirak edənlər üçün pul mükafatı nəzərdə tutulub. Yarışın ümumi mükafat fondu 15 min manatdır. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanacaqlar. Bundan əlavə, fəal iştirakçılar çoxlu sayda qiymətli hədiyyələrlə təltif ediləcəklər.Hər iki format üçün avtopark, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və soyunub-geyinmə otaqları nəzərdə tutulub. Fiziki formasından asılı olmayaraq, yarışda arzu edən hər kəs iştirak edə bilər.Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur. Dünyanın ən məşhur trendlərdən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirləri ilə ünsiyyət yaratmaq üçün gənclərə bu unikal şansdan istifadə etmək təklif olunur.Yarışda iştirak etmək üçün biletləri “Iticket” kassalarından əldə etmək mümkündür.xeber100.com

İyun 8, 2018 3:33

Milli Atçılıq Festivalı çərçivəsində…

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində iyunun 7-də çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin yarımfinal mərhələsinə start verilib.Azərtac xəbər verir ki, yarımfinalda “Sərhədçi”, “Polad”, “Buta Qolden” və “Omar” kollektivləri mübarizə aparırlar. İlk görüşdə “Polad” və “Omar” komandaları qarşılaşırlar. Günün ikinci oyununda isə “Buta Qolden” və “Sərhədçi” komandaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar.Turnirdə üçüncü yer uğrunda oyun və final görüşü iyunun 9-da keçiriləcək. Yarışın mükafat fondu 50 min manatdır.İyunun 2-də start götürən Milli Atçılıq Festivalına bu ayın 17-də yekun vurulacaq. Festivalın birinci günündə Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 İllik Yubiley Kuboku” turniri keçirilib.Festival çərçivəsində iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club”u təmsil edəcək.xeber100.com

İyun 7, 2018 11:46