BMX növü üzrə dünya çempionatının ikinci gününə start verilib

İyunun 6-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci gününə start verilib. Dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.Azərtac xəbər verir ki, mundialın ikinci günündə yeniyetmə (Challenge) və həvəskarlar arasında daha bir neçə kateqoriyada qaliblər müəyyənləşəcək.Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas bu gün mübarizəyə qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu mundial isə Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.Qeyd edək ki, çempionatın birinci günündə yeniyetmələr (“Challenge”), həvəskarlar və veteranlar arasında 14 yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.xeber100.com

İyun 6, 2018 12:53

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürüb

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Veloparkda (Şıxov) keçirilən mötəbər yarışda 43 ölkənin 1500-dən artıq idmançısı mübarizə aparacaq.Proqrama əsasən saat 09:30-da çempionatın rəsmi açılış mərasimi təşkil olunub. Tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi şəxslər iştirak ediblər.Mərasimi giriş sözü ilə açan Eyyubov belə mötəbər yarışların ölkəmizə həvalə edilməsinin səbəblərindən danışıb. O bildirib ki, beynəlxalq qurumların bizə etimadı Azərbaycanın gündən-günə çiçəklənməsinin və sürətli inkişafından irəli gəlir.Natiq indiyədək ölkəmizdə təşkil olunan mötəbər turnirlərdən, o cümlədən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyimizdən söhbət açıb. Onun sözlərinə görə, bütün idman növlərinə qayğı ilə yanaşan cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Təşkilat Komitəsi bu dünya çempionatının da yüksək səviyyədə təşkilini təmin edəcək.Eyyubov çıxışını bitirdikdən sonra mundialı açıq elan edib.Ardınca “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.Qeyd edək ki, dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar.İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.xeber100.com

İyun 5, 2018 9:13