11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan 5 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.Milli komandalarda, həmçinin qitə miqyaslı klub turnirlərində 6 və daha çox qol vuranların cədvəlinə 32 futbolçu düşə bilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 4 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 14 top var. 2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətər yığmasında 2, “Əl-Sədd”də 9 qola sevinən hücumçu ümumilikdə 11 dəfə rəqib qapısına yol tapıb. 3-cü pillədə ispaniyalı Byenvenido Maranyondu. O, Filippinin “Seres Neqros” klubunda 10 qol vurub.Avropada çıxış edənlər arasında ən yaxşı nəticə portuqaliyalı Kriştianu Ronaldoya məxsusdu. O, 7-ci sırada qərarlaşıb. O, ümumilikdə 8 - yığmada 2, İspaniya “Real”ında 6 dəfə fərqlənib.Qeyd edək ki, Azərbaycan millisi və klubları bu il keçirilən beynəlxalq matçlarda 4 qol vurub. Hər topu bir oyunçu vurduğundan bu “dördlük”də fərqlənən yoxdur.xeber100.com

İyun 5, 2018 8:38

Qılıncoynatma üzrə açıq Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Azərbaycan Texniki Universitetinin idman zalında qılıncoynatma üzrə açıq Bakı çempionatı keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda şpaqa növü üzrə qadınlar arasında Ülkər Hümbətli, sablyada Sevinc Bünyatova, rapira növündə isə Elmira Xudaverdiyeva birinci olublar.Çempionatda kişilər arasında şpaqada Barat Quliyev, sablyada isə Cavanşir Ağakişiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.xeber100.com

İyun 4, 2018 1:09

Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib

Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıblar.Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurublar. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.xeber100.com

İyun 4, 2018 1:06

2018-ci il dünya çempionatının qrup mərhələsində

Münxenin “Bavariya” komandasının və Almaniya futbol yığmasının qapıçısı Manuel Noyer tibbi müayinədən keçərək, Rusiyada təşkil olunacaq dünya birinciliyinin oyunlarında iştirak üçün həkimlərin icazəsini alıb.AZƏRTAC “Bild” saytına istinadla xəbər verir ki, 32 yaşlı almaniyalı qolkiper ayaq zədəsi aldığından praktiki olaraq, 2017/2018-ci il mövsümündə iştirak etməyib. Noyerin Avstriya ilə yoldaşlıq görüşündə (1:2) iştirakından sonra milli komandanın baş məşqçisi Yoahim Lev Manuel futbolçunun dünya çempionatına gedib-getməyəcəyi barədə hələ qəti qərar qəbul etmədiyini bildirib.2018-ci il dünya çempionatının qrup mərhələsində Almaniya yığması Meksika, İsveç və Cənubi Koreya komandaları ilə mübarizə aparacaq.xeber100.com

İyun 4, 2018 1:03

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə…

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Silahlı Qüvvələr Gününə həsr olunmuş full kempo üzrə açıq paytaxt turniri keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, turnirdə 14 klubdan 200-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.Yarışın nəticələrinə görə, “Toğrul İK” komanda hesabında birinci olub. “Şuşa KN” yarışı ikinci, “Lökbatan KN” isə üçüncü pillədə başa vurublar.Turnirdə qalib gələn idmançılar BŞGİBİ-nin diplom və medalları ilə təltif olunublar.xeber100.com

İyun 4, 2018 12:54

“Barselona” futbol klubu fransalı müdafiəçi ilə müqaviləni uzadıb

“Barselona” futbol klubu fransalı müdafiəçi Samuel Umtiti ilə müqaviləni uzadıb.Azərtac xəbər verir ki, Katalonya klubu 25 yaşlı müdafiəçi ilə 2025-ci ilədək sözləşmə imzalayıb.Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildə Fransanın “Lion” klubundan “Barselona”ya transfer olub. Fransa millisinin üzvü cari mövsüm İspaniya çempionatında 25 oyunda meydana start heyətində çıxıb.xeber100.com

İyun 4, 2018 12:51

Meksika milli komandasının yekun heyəti açıqlanıb

Futbol üzrə Meksika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Xuan Karlos Osoriyo açıqladığı heyətdə aşağıdakı futbolçular yer alıblar:Qapıçılar - Xesus Korona (“Kruz Azul”), Alfredo Talavera (“Toluka”, Meksika), Qilyermo Ocoa (“Standart”, Belçika), müdafiəçilər - Edson Alvarez (“Amerika”, Meksika), Uqo Ayala (“Tiqres”, Meksika), Xesus Qalyardo (“Unam”, Meksika), Miqel Layun (“Sevilya”, İspaniya), Ektor Moreno (“Real Sosyedad”, İspaniya), Dieqo Reyes (“Portu”, Portuqaliya), Karlos Solsedo (“Ayntraxt”, Almaniya), yarımmüdafiəçilər - Marko Fabian (“Ayntraxt”, Almaniya), Xonas Dos Santos, Djovani Dos Santos (hər ikisi – “Los Anqeles”, ABŞ), Andreas Quardado (“Betis”, İspaniya), Hektor Herera (“Porto”, Portuqaliya) Rafayel Markez (“Atlas”, Meksika), hücumçular - Xavyer Akino (“Tiqres”, Meksika), Xavyer Hernandez (“Vest Xem”, İngiltərə), Raul Ximenez (“Benfika”, Portuqaliya), Irvinq Losano (“PSV”, Hollandiya), Oribe Peralta (“Amerika”, Meksika), Karlos Vela (“Anqeles”, ABŞ), İsa Manuyel Korona (“Porto”, Portuqaliya).Qeyd edək ki, Meksika yığması mundialda “F” qrupunda Almaniya, İsveç və Koreya Respublikası milliləri ilə mübarizə aparacaq.xeber100.com

İyun 4, 2018 12:48

Ciu-citsu Federasiyasının məlumatına görə…

Azərbaycan idmançıları Polşanın Qlivitse şəhərində keçirilən ciu-citsu üzrə Avropa çempionatında uğurla çıxış ediblər.Azərbaycan Ciu-citsu Federasiyasından Azərtac-a bildiriblər ki, Avropa çempionatında ölkəmiz üç idmançı ilə təmsil olunub.Təmsilçimiz Vüqar Cəfərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Millimizin digər üzvü Elşən İbişov finaladək inamla irəliləyib. Ancaq həlledici görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənib.Ruslan Seyidov isə əlindən zədə aldığı üçün yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.xeber100.com

İyun 4, 2018 12:13

“Fənərbaxça” futbol klubu 37-ci prezidentini seçib

“Fənərbaxça”da prezident seçkiləri keçirilib."CNN Turk" xəbər verir ki, bu gün “Ülkər Stadionu”nda baş tutan səsvermədə iki namizəd başqanlıq üçün mübarizə aparıb.Keşmiş prezident Aziz Yıldırımla Ali Koçun gərgin mübarizəsini ikinci qazanıb. Türkiyənin ən zəngin iş adamlarından olan Ali Koç 16 092 səs toplayaraq “Fənərbaxça”-nın 37-ci prezidenti seçilib. Sabiq prezident Aziz Yıldırım isə 4 644 səs toplaya bilib.Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri 20 ildir ki, fasiləsiz olaraq “Fənərbaxça” prezidenti idi.xeber100.com

İyun 3, 2018 8:02

“Yuventus” futbol klubu yeni müqavilə imzalayıb

“Roma”nın yarımmüdafiəçisi Lorenço Pelleqrini komandasını dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Yuventus” onun xidmətində maraqlıdı.Turin klubu 21 yaşlı futbolçunu “Latsio”da çıxış edən Sergey Milinkoviç-Saviçin alternativi qismində görür. “Yuventus” artıq Pelleqrininin agenti ilə müqavilənin şəxsi detallarını razılaşdırıb.Daha öncə “Arsenal”ın da italiyalı xavbek ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.Qeyd edək ki, geridə qalan mövsümdə İtaliya A Seriyasında 28 matçda meydana çıxan Pelleqrini 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

İyun 2, 2018 12:54
    Page 512 of 831« First«...102030...510511512513514...520530540...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az