Futbol üzrə Qazaxıstan millisi Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyətini açıqlayıb.Azərtac xəbər verir ki, baş məşqçi Stanimir Stoilov oyuna 24 futbolçu dəvət edib.Heyətdə qapıçılar - Nenad Eriç ("Astana"), Vladimir Plotnikov ("Kayrat"), müdafiəçilər - Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Yevgeni Postnikov, Abzal Baysebekov (hamısı "Astana), Qafurjan Suyumbayev, Stanislav Lunin, Yan Voroqovski, Nuralı Alip (hamısı "Kayrat"), yarımmüdafiəçilər - Serikjan Mujikov, Baxtiyor Zaynutdinov (hər ikisi "Astana"), Bauırjan İslamxan, Maqomed Paraqulqov, İslambek Kuat, Georgi Jukov (hamısı "Kayrat"), Maksim Fedin ("Tobol"), Yerkebulan Tunqışbayev ("Ordanbası"), hücumçular - Roman Murtazayev, Aleksey Şetkin (hər ikisi "Astana"), Vyaçeslav Şvıryov ("Kayrat"), Bauırjan Turısbek ("Tobol") və Yerkebulan Seydaxmet ("Ufa", Rusiya) yer alıblar.Qeyd edək ki, Qazaxıstan millisi iyunun 1-də Astanada toplaşacaq. Oyun isə iyunun 5-də “Astana Arena”da təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.xeber100.com