Qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq

İyulun 19-dan 27-dək Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq. Mundialda Azərbaycan millisinin də iştirakı nəzərdə tutulub.Azərtac xəbər verir ki, çempionatda qılıncoynatmanın rapira, sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında 12 dəst medal sahibini tapacaq.İki mindən artıq qılıncoynadanın iştirak edəcəyi yarışa dünyanın titullu idmançılarının qatılacağı gözlənilir.İndiyədək Usi şəhəri atıcılıq üzrə dünya kuboku, beynəlxalq veloyürüş, gənclər arasında kamandan oxatma üzrə dünya çempionatı, həndbol üzrə beynəlxalq turnir və marafona ev sahibliyi edib.Usi bələdiyyəsinin idman bürosunun direktoru Janq Honq dünya çempionatının bu şəhərdə keçirilməsini böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Usi bir çox beynəlxalq idman yarışları və mədəni tədbirlərə ev sahibliyi edib. İlk dəfədir ki, belə irimiqyaslı turnirə ev sahibliyi edəcəyik. Bu, Usinin turizm potensialının təbliği istiqamətində uğurlu addım olacaq.Çinin Usi şəhəri 2015-ci ilin noyabrında Beynəlxalq Qılıncoynatma Federasiyasının iclasında dünya çempionatını keçirməyə ev sahibi seçilib. Belə ki, Usi səslərin 69-nu toplayaraq Yaponiyanın Fukuoka şəhərini üstələyib.Qılıncoynatma üzrə Olimpiya çempionu çinli Ley Şen ölkəsinin yenidən dünya çempionatına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. “Son 10 ildir dünya çempionatlarında iştirak edirəm. 2016-cı il dünya çempionatı istisna olmaqla, yarışlar Avropada təşkil olunurdu. Sevindirici haldır ki, 10 ildən sonra Çin yenidən dünya çempionatına ev sahibliyi edəcək”, - deyə çinli qılıncoynadan əlavə edib.“London-2012” Yay Olimpiya Oyunlarının, Asiya Oyunlarının və dünya çempionatının ikiqat qalibi iyulda təşkil olunacaq mundiala ciddi hazırlaşdığını diqqətə çatdırıb.Qeyd edək ki, ötən il dünya çempionatına Almaniyanın Leypsiq şəhəri ev sahibliyi edib. Yarışda 14 ölkədən idmançılar mükafatçılar sırasında yer alıblar. Ən çox medalı İtaliya millisi qazanıb – 4 qızıl, 1 gümüş və 4 bürünc.xeber100.com

İyun 1, 2018 1:14

Futbol üzrə Çempionlar Liqasının finalında

Futbol üzrə Çempionlar Liqasının finalında İngiltərənin “Liverpul” komandasının və Misir yığmasının hücumçusu Məhəmməd Salahın zədələnməsinə səbəb olan Madridin “Real” klubunun müdafiəçisi Serxio Ramosu və onun ailə üzvlərini ölümlə hədələyirlər.Azərtac bu barədə Cope.es saytına istinadla xəbər verir.Ramosla mübarizədə Məhəmməd Salahın çiyin oynağının bağları zədələnib və o, mayın 26-da Kiyevdə keçirilən final oyununun 31-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub. Nəticədə İngiltərə klubu rəqibinə 1:3 hesabı ilə uduzub.Ramosun həmin epizoddakı hərəkəti mətbuatda və sosial şəbəkələrdə qəzəb dalğası yaradıb. Qahirədə minə yaxın azarkeş İspaniya səfirliyinin qarşısında aksiya keçirib. Hadisədən sonra Ramos və ailəsi ölümlə təhdid edilməyə başlayıb və nəticədə futbolçu və yaxınları telefon nömrələrini dəyişməyə məcbur olub.Salahi zədələdiyinə görə Ramosu cəzalandırması üçün FIFA və UEFA-ya tələbin yer aldığı petisiyanı gün ərzində 300 mindən çox insan imzalayıb. Həmçinin misirli vəkil Bassem Vahba ispaniyalı müdafiəçiyə qarşı 1 milyard avro həcmində iddia qaldırıb.Mayın 30-da Misirin Futbol Assosiasiyası Salahın zədəsinin sağalması üçün təxminən üç həftə lazım gələcəyini və onun iyunun 14-də Rusiyada start götürəcək futbol üzrə dünya çempionatında oynaya biləcəyini bildirib. Misir yığması qrup mərhələsində ev sahibi Rusiya, həmçinin Uruqvay və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.xeber100.com

İyun 1, 2018 12:51

Futbol üzrə Panama millisinin ilkin heyəti açıqlanıb

Futbol üzrə Panama millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Ernan Dario Qomez 23 futbolçuya dəvət göndərib.Heyətdə qapıçılar - Xose Kalderon (“Corrilyo”, Panama), Xayme Penedo (“Dinamo”, Rumıniya), Aleks Rodriqez (“San Francisko”, ABŞ), müdafiəçilər – Felip Baloy (“Munisipal”, Qvatemala), Xarold Kaminqs (“San Xose”, ABŞ), Erik Davis (“Dunayska Streda”, Slovakiya), Fidel Eskobar (“Nyu York Red Bull”, ABŞ), Adolfo Macado (“Xyusten”, ABŞ), Mixayel Murillo (“Nyu York Red Bull”, ABŞ), Luis Ovale (“Olimpiya”, Qonduras), Roman Torres (“Sietl”, ABŞ), yarımmüdafiəçilər – Edqars Barsenas (“Tapacula”, Meksika), Armando Kuper (“Universidad De Çili”, Çili), Anibal Godoy (“San Xose”, ABŞ), Qabriel Qomez (“Bucaramanqa”, Kolumbiya), Valentin Pimentel (“Plasa Amador”,Panama), Alberto Kintero (“Universitariyo”, Peru), Xose Luis Rodriqez (“Genk”, Belçika), hücumçular - Abdiyel Aroyo (“Alaxuyelens”, Kosta Rika), Ismayel Diaz (“Deportivo”, İspaniya), Blas Perez (“Monisipal”, Qvatemala), Luis Texada (“Sport Boys”, Peru), Gabriel Torres (“Uacipato”, Çili) yer alıblar.Qeyd edək ki, Panama yığması dünya çempionatında Belçika, İngiltərə və Tunis ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

May 31, 2018 12:50