Futbol üzrə Panama millisinin ilkin heyəti açıqlanıb

Futbol üzrə Panama millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Ernan Dario Qomez 23 futbolçuya dəvət göndərib.Heyətdə qapıçılar - Xose Kalderon (“Corrilyo”, Panama), Xayme Penedo (“Dinamo”, Rumıniya), Aleks Rodriqez (“San Francisko”, ABŞ), müdafiəçilər – Felip Baloy (“Munisipal”, Qvatemala), Xarold Kaminqs (“San Xose”, ABŞ), Erik Davis (“Dunayska Streda”, Slovakiya), Fidel Eskobar (“Nyu York Red Bull”, ABŞ), Adolfo Macado (“Xyusten”, ABŞ), Mixayel Murillo (“Nyu York Red Bull”, ABŞ), Luis Ovale (“Olimpiya”, Qonduras), Roman Torres (“Sietl”, ABŞ), yarımmüdafiəçilər – Edqars Barsenas (“Tapacula”, Meksika), Armando Kuper (“Universidad De Çili”, Çili), Anibal Godoy (“San Xose”, ABŞ), Qabriel Qomez (“Bucaramanqa”, Kolumbiya), Valentin Pimentel (“Plasa Amador”,Panama), Alberto Kintero (“Universitariyo”, Peru), Xose Luis Rodriqez (“Genk”, Belçika), hücumçular - Abdiyel Aroyo (“Alaxuyelens”, Kosta Rika), Ismayel Diaz (“Deportivo”, İspaniya), Blas Perez (“Monisipal”, Qvatemala), Luis Texada (“Sport Boys”, Peru), Gabriel Torres (“Uacipato”, Çili) yer alıblar.Qeyd edək ki, Panama yığması dünya çempionatında Belçika, İngiltərə və Tunis ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

May 31, 2018 12:50

“Böyük Moskva reqatası” yarışlarında…

Azərbaycan da daxil olmaqla səkkiz ölkədən 750-yə yaxın idmançı avarçəkmə üzrə “Böyük Moskva reqatası” yarışlarında iştirak etmək üçün müraciət ediblər.Yarışların baş hakimi Pavel Melnikov mətbuat konfransında deyib: “Builki reqatada səkkiz ölkə iştirak edəcək. Hələlik 750-yə yaxın idmançı bu tədbirdə iştirak etmək arzusunu bildirib. Bütün müraciətlər operativ şəkildə işlənilir. Ümidvaram ki, mübarizə gərgin olacaq, yarışların qalibi isə ədalətli və güzəştsiz şəkildə müəyyən olunacaq”.Azərtac xəbər verir ki, Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Aleksey Svirinin sözlərinə görə, təşkilatçılar bu reqatanın əvvəlki statusunu qaytarmaq üçün hər cür səy göstərəcəklər. O deyib: “Bu yarışlar beynəlxalq federasiyanın təqviminə daxildir. Ənənələrə hörmət əlaməti olaraq heç bir idmançı böyük Moskva reqatasına laqeyd qalmayıb. Hazırda bu turnir öz statusunu bir qədər itirib, lakin Rusiya və dünya miqyaslı reqatanın sovet dövründə qazandığı səviyyəyə yenidən çıxması üçün hər cür səy göstərəcəyik”.Xatırladaq ki, “Böyük Moskva reqatası” iyunun 1-dən 3-dək Moskvadakı “Krılatskoye” avarçəkmə kanalında keçiriləcək. Bu il reqatada Rusiya, Azərbaycan, Belarus, Latviya, Litva, Moldova, Estoniya və Ermənistan komandaları iştirak edəcəklər.xeber100.com

May 30, 2018 11:14