04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

2017/18 mövsümünün rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında 2017/18 mövsümünün rəmzi komandası açıqlanıb.Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıda 18 futbolçu yer alıb.“18-lik”dən səkkizi yarışın qalibi “Real”ın üzvləridir.Qapıçılar: Keylor Navas (“Real”), Alisson bekker (“Roma”);Müdafiəçilər: Serxio Ramos, Marselo, Rafael Varan (hamısı “Real”), Coşua Kimmix (“Bavariya”), Corcio Kyellini (“Yuventus”), Virgil van Diyk (“Liverpul”);Yarımmüdafiəçilər: Kazemiro, Luka Modriç, Toni Kroos (hamısı “Real”), Kevin de Bruyne (“Mançester Siti”), Xames Rodriges (“Bavariya”);Hücumçular: Kriştianu Ronaldo (“Real”), Məhəmməd Salah, Roberto Firmino (hər ikisi “Liverpul”), Edin Dzeko (“Roma”), Lionel Messi (“Barselona”).xeber100.com

May 28, 2018 11:38

2017/18 mövsümünün final oyunu keçirilib

Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.Ardıcıl iki il Avropanın ən güclüsü olan "kral klubu" bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib.Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb."Real"ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb. UEFA Çempionlar Liqası Final 26 may “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1 Qollar: Benzema, 51, Beyl, 64, 83 - Mane, 55 Baş hakim: Milorad Maziç (Serbiya).xeber100.com

May 27, 2018 1:53

Çempionlar Liqasında final oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçiriləcək.Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gələcək.Bir tərəfdə iki ildi kuboku heç kimə verməyən “kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”.12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədirsə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen zədə ucbatından meydana çıxa bilməyəcək. UEFA Çempionlar Liqası Final 26 may 22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə) Baş hakim: Milorad Maziç (Serbiya) Kiyev, Olimpiya stadionu.xeber100.com

May 26, 2018 9:02

“Le Monde” qəzeti yazır…

İsveçrə prokurorluğu UEFA-nın sabiq prezidenti Mişel Platini üzərindən korrupsiya ittihamını geri götürüb.Apa-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.Qərara dəlil-sübutların yetərincə olmadığı göstərilib.Qeyd edək ki, Mişel Platini 2016-ci il, sentyabrın 14-də UEFA prezidenti postunu tərk edib.UEFA-nın keçmiş prezidenti M. Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatterin FİFA-nın etika üzrə Komitəsi tərəfindən futbol sahəsində fəaliyyətdən uzaqlaşdırılması pul köçürməsi ilə bağlıdır. J. Blatter 2011-ci ildə, FİFA prezidenti olduğu dönəmdə FİFA-nın hesabından M. Platininin hesabına 2 milyon İsveç frankı köçürüb. Komitə J. Blatterin M. Platini ilə şifahi razılaşma əsasında bu pul köçürməsinin həyata keçirildiyi barədə sözlərini inandırıcı saymayıb. J. Blatter və M. Platini həmçinin FİFA-nın etika kodeksinin bir sıra bəndlərini pozmaqda günahkar sayılıblar.xeber100.com

May 26, 2018 8:54

UEFA Çempionlar Liqasının final oyununda

Mayın 24-də gecə saatlarında Kiyevdə maskalı şəxslərdən ibarət 20 nəfərlik qrup UEFA Çempionlar Liqasının final oyununa baxmaq üçün Ukrayna paytaxtına gələn “Liverpul” klubunun azarkeşlərinə hücum ediblər.Azərtac-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, qarşıdurma Kiyev restoranlarının birində baş verib. Maskalılar “Liverpul” azarkeşlərinə stol və stulları atmağa başlayıblar. Nəticədə ingilis azarkeşləri başdan və boğazdan ciddi xəsarət alıblar.Polis hücum edənlərdən ikisini və “Liverpul” azarkeşlərindən birini saxlayıb. İngiltərəli azarkeşlər polisə şikayət ərizəsi yazmaqdan imtina ediblər.xeber100.com

May 25, 2018 2:31

Triatlon Federasiyasının məlumatına görə…

Azərbaycan Triatlon Federasiyasında (ATF) “BakuTriClub”un üzvləri ilə görüş keçirilib.ATF-dən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan idmançılarının da iştirak edəcəkləri “Ironman” üzrə qarşıdakı yarışlara hazırlıq məsələləri müzakirə olunub. İdmançılarımızdan Firdovsi Kərimov iyunun 17-də Astanada keçiriləcək “Ironman 70.3” turnirində iştirak edəcək. İyulun 8-də isə idmançılarımız Almaniyada təşkil olunacaq “Ironman” üzrə Avropa çempionatında mübarizə aparacaqlar. Firdovsi Kərimov və digər triatlonçumuz Aleksandr Parxomovski Frankfurtda keçiriləcək beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.Federasiyanın prezidenti Azər Məhərrəmov idmançılara uğurlar arzulayıb.Xatırladaq ki, “BakuTriClub” Azərbaycan Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılıb.xeber100.com

May 25, 2018 2:29

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatında

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının rəsmi mahnısı ictimaiyyətə təqdim olunub.Azərtac xəbər verir ki, “Live It Up” adlanan mahnını tanınmış aktyor amerikalı Uill Smit, həmyerlisi Niki Cem və albaniyalı müğənni Era İstrefi ifa ediblər. Mahnının klipi artıq “YouTube” sosial şəbəkəsində yayımlanıb. Bu mahnı futbol üzrə XXI dünya çempionatının iyunun 15-də Moskvada “Lujniki” stadionunda keçiriləcək açılış mərasimində ifa olunacaq.Dünya çempionatı oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.xeber100.com

May 25, 2018 2:26

Yığma komandalar arasında yoldaşlıq oyunu keçirilib

“Dalğa Arena”da 20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Makedoniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.Azərtac xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Kamran Əliyev vurub.xeber100.com

May 25, 2018 2:17

Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək

Mayın 26-da qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək. İlk iki matçda qalib gələn Azərbaycan millisi üçüncü cəhdində Bolqarıstan yığması ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, mayın 26-da Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Aleksandros Milonakis (Yunanıstan) və Çavdar Marev (Bolqarıstan) idarə edəcəklər.Millimizin yer aldığı qrupun digər görüşündə isə Portuqaliya millisi Ukrayna yığmasını qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.xeber100.com

May 25, 2018 2:14

“Səbail” futbol klubu iki futbolçu ilə yollarını ayırıb

“Səbail” klubu iki futbolçu ilə yollarını ayırıb.Azərtac kluba istinadla xəbər verir ki, Faruk Miya və Yevgeni Koçukun icarə müqaviləsinin müddəti başa çatdığı üçün öz komandalarına qayıdıblar.Hər iki futbolçu Premyer Liqanın 12 oyununda “Səbail”in heyətində iki qol vurub.Qeyd edək ki, Yevgeni Koçuk komanda yoldaşlarının və məşqçi heyətinin rəyinə əsasən, “Mövsümün ən yaxşı oyunçusu” seçilib.xeber100.com

May 25, 2018 2:12
    Page 515 of 830« First«...102030...513514515516517...520530540...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az