08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə Region Liqası turnirinin finalçıları müəyyənləşib

AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqası turnirinin finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin yarımfinal mərhələsinin oyunları keçirilib. Sumqayıtın “Uğur” komandası “Füzuli” kollektivini 3:0 hesabı ilə məğlub edib. “Araz” (Naxçıvan)–“Energetik” (Mingəçevir) qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və “Energetik” (5:4) finala vəsiqə qazanıb.Beləliklə, mayın 22-də saat 18:00-da Bayıl stadionunda keçiriləcək final oyununda “Energetik” və “Uğur” komandaları qarşılaşacaqlar. “Araz” və “Füzuli” komandaları həmin gün saat 14:00-da keçiriləcək oyunda üçüncü pillənin sahibini müəyyənləşdirəcəklər.xeber100.com

May 21, 2018 12:45

“Barselona” klubunun hücumçusu mükafatlandırılıb

“Barselona” klubunun hücumçusu Lionel Messi 2017-2018-ci il mövsümünün ən yaxşı bombardiri kimi mükafatlandırılıb.Azərtac xəbər verir ki, argentinalı forvard öz karyerası ərzində beşinci dəfə “Qızıl buts” mükafatı alıb.Mükafatı ona “Barselona” klubunda axırıncı oyununa çıxan Andres İnyesta sonuncu turda “Real Sosyedad”la keçirilən qarşılaşmada təqdim edib.“Qızıl buts” mükafatına beşinci dəfə sahib olmaq üçün L.Messi ötən La Liqa oyunlarında 34 qol vurub. O, həmin mükafatı daha əvvəl 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (34 qol) il mövsümlərində qazanıb.xeber100.com

May 21, 2018 12:43

U-14 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub

Binə stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, mövsümün son oyununda “Mançester Yunayted” və “Keşlə” komandaları üz-üzə gəliblər. Rəqibini 4:2 hesabı ilə məğlub edən “Mançester Yunayted” liqanın qalibi olub. Üçüncü yeri isə “Qarabağ” komandası tutub.Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.“Kəpəz” komandasının üzvü Nahid Tanrıverdiyev 58 qolla liqanın ən məhsuldar futbolçusu olub. Tərxan Mehmanlı (“Qarabağ”) turnirin ən yaxşı qapıçısı, Nicat Quliyev isə (“Mançester Yunayted”) ən yaxşı oyunçusu seçilib.“Qarabağ”, “Keşlə” və “Mançester Yunayted” komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar, qalib komandaya kubok təqdim edilib.xeber100.com

May 21, 2018 12:37

Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə çempionatı keçirilib.Azərtac xəbər verir ki, çempionatda 90 qılıncoynadan medallar uğrunda mübarizə aparıb.Yarışın ilk günündə sablya və rapira növündə qaliblər müəyyənləşib. Sablya yarışlarında qadınların mübarizəsində Sevil Bünyatova, kişilər arasında Abdulla Həsənov qızıl medal qazanıblar. Rapira növündə qadınların mübarizəsində Elmira Xudaverdiyeva, kişilərin yarışında isə Cavanşir Ağakişiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Çempionatın ikinci günündə kişilər arasında şpaqa yarışlarında Barat Quliyev, qadınların mübarizəsində isə Elmira Xudaverdiyeva birinci olublar.Qaliblər diplom və medallarla təltif olunublar.xeber100.com

May 21, 2018 12:30

UEFA Çempionlar Liqası gücləndirilmiş iş rejiminə keçib

Kiyev polisi mayın 26-da “Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqası finalının astanasında gücləndirilmiş iş rejiminə keçib.NewsOne telekanalı xəbər verir ki, həmin gün Ukrayna paytaxtının küçələrində asayişi azı 10 min polis təmin edəcək. Polis qüvvələrindən əlavə, Ukrayna Milli Qvardiyasının döyüşçüləri, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da şəhərdə təhlükəsizliyin təmin edilməsinə çəlb ounacaqlar.Finalın bilavasitə iştirakçıları – “Real” və “Liverpul” klublarını isə UEFA-nın Təhlükəsizlik Xidməti və milli polis dəstələri qoruyacaq.Qeyd edək ki, Ukrayna hökuməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına 50 minə yaxın qonağın gələcəyini gözləyir.xeber100.com

May 21, 2018 12:27

“Qalatasaray” klubu Çempionlar Liqasının qrupuna yüksəlib

Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün XXXIV turun son 4 qarşılaşması baş tutub.Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb.Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə “sarı-qırmızılar”a çempionluq qazandırıb.“Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. “Fənərbaxça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. “Başakşəhər” bürünc mükafata yiyələnibsə, “Sivasspor”u darmadağın edən “Beşiktaş” medalsız qalıb.xeber100.com

May 20, 2018 3:40

Çempionlar Liqasının qrup mərhələsində

“Atletiko” Çempionlar Liqasında ağır qrupda yer almışdı. Üstəlik, heyətlə bağlı problemləri də var idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər belçikalı sabiq futbolçu Manu Fernandesə məxsusdu.“Atletiko”nun Avropa Liqasının qalibi olması dünyanın bir çox idman mediasının diqqətini çəkib. Madridlilərin uğuruna Belçikada da biganə qalmayıblar. Fernandes isə bununla bağlı yerli KİV-lərin birində məqalə dərc edib. O, yazısında “Atletiko”nun uğurunu dəyərləndirib.Hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən 60 yaşlı idman mütəxəssis ispanların Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdiyi oyunları da xatırlayıb: “Az qala “Qarabağ”la oyunları unudacaqdım. Azərbaycan klubu ilə qarşılaşmalarda İspaniya təmsilçisi xal itkilərinə məruz qaldı. Hətta deyərdim ki, “Qarabağ”a qarşı həmin oyunlar fəlakət idi. Lakin qışda bəzi yüksək səviyyəli futbolçuların kollektivə qatılması isə madridlilər daha da gücləndi. Dieqo Kostanın həmin vaxt meydana çıxmadığını xüsusi vurğulamaq lazımdı”.Qeyd edək ki, “Atletiko” finalda “Marsel” üzərində 3:0 hesablı qələbə qazanıb.xeber100.com

May 19, 2018 8:25

Voleybolçular arasında Qızıl Avropa Liqasına start verilib

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi də turnirdə ilk oyununa çıxıb.A qrupunda yer alan yığmamızın ilk rəqibi Ukrayna olub. Faiq Qarayevin komandası Bakıda keçirilən görüşə uğursuz başlasa da, əzmkarlıq nümayiş etdirib.Belə ki, ilk setdə uduzan millimiz oyunda dönüş yaradıb. Nəticədə komandamız meydanı 3:1 hesablı qələbə ilə tərk edib.Qeyd edək ki, A qrupunun digər oyununda isə Bolqarıstan Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.xeber100.com

May 19, 2018 8:18

Stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın təqviminə idmanın 6 növü - şahmat, stolüstü tennis, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, badminton daxil edilib.Çempionatın stolüstü tennis idman növü üzrə yarışları “Şüa” İdman Kompleksində keçirilib.Kişi və qadınlar arasında yarışda fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İdman Akademiyasının komandası qalxıb.Azərbaycan Tibb Universitetinin tələbələri ikinci, Bakı Dövlət Universitetinin komandası isə yarışı üçüncü pillədə başa vurublar.xeber100.com

May 18, 2018 1:42

Fransa millisi futbol üzrə heyətini açıqlayıb

Fransa millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Didye Deşam 28 futbolçuya dəvət göndərib.Heyətdə qapıçılar - Alfons Areola (“PSJ”, Fransa), Huqo Loris (“Tottenxem”, İngiltərə), Stiv Mandanda (“Marsel”, Fransa), müdafiəçilər – Lukas Hernandez (“Atletiko Madrid”, İspaniya), Prensel Kimpembe (“PSJ”, Fransa), Benjamin Mendi (“Mançhester Siti”, İngiltərə), Benjamin Pavar (“Stuttqart”, Almaniya), Adil Rami (“Marsel”, Fransa), Cibril Sidibe (“Monako”, Fransa), Samuel Umtiti (“Barselona”, İspaniya), Rafael Varan (“Real Madrid”, İspaniya) yarımmüdafiəçilər - Nqolo Kante (“Çelsi”, İngiltərə), Blais Matuidi (“Yuventus”, İtaliya), Steven Nzonzi (“Sevilya”, İspaniya), Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Korenten Toliso (“Bavariya”, Almaniya) hücumçular – Usman Dembele (“Barselona”, İspaniya), Nabil Fekir (“Lion”, Fransa), Oliviyer Qiru (“Arsenal”, İngiltərə), Antuan Qrizmann (“Atletiko Madrid”, İspaniya), Toma Lemar (“Monako”, Fransa), Kiliyan Mbappe (“PSJ”, Fransa) və Floriyan Toven (“Marsel”, Fransa) yer alıblar.Qeyd edək ki, Fransa yığması Rusiyada keçiriləcək dünya çempionatında Avstraliya, Peru və Danimarka ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

May 18, 2018 1:39
    Page 519 of 831« First«...102030...517518519520521...530540550...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az