04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qalatasaray” klubu Çempionlar Liqasının qrupuna yüksəlib

Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün XXXIV turun son 4 qarşılaşması baş tutub.Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb.Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə “sarı-qırmızılar”a çempionluq qazandırıb.“Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. “Fənərbaxça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. “Başakşəhər” bürünc mükafata yiyələnibsə, “Sivasspor”u darmadağın edən “Beşiktaş” medalsız qalıb.xeber100.com

May 20, 2018 3:40

Çempionlar Liqasının qrup mərhələsində

“Atletiko” Çempionlar Liqasında ağır qrupda yer almışdı. Üstəlik, heyətlə bağlı problemləri də var idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər belçikalı sabiq futbolçu Manu Fernandesə məxsusdu.“Atletiko”nun Avropa Liqasının qalibi olması dünyanın bir çox idman mediasının diqqətini çəkib. Madridlilərin uğuruna Belçikada da biganə qalmayıblar. Fernandes isə bununla bağlı yerli KİV-lərin birində məqalə dərc edib. O, yazısında “Atletiko”nun uğurunu dəyərləndirib.Hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən 60 yaşlı idman mütəxəssis ispanların Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdiyi oyunları da xatırlayıb: “Az qala “Qarabağ”la oyunları unudacaqdım. Azərbaycan klubu ilə qarşılaşmalarda İspaniya təmsilçisi xal itkilərinə məruz qaldı. Hətta deyərdim ki, “Qarabağ”a qarşı həmin oyunlar fəlakət idi. Lakin qışda bəzi yüksək səviyyəli futbolçuların kollektivə qatılması isə madridlilər daha da gücləndi. Dieqo Kostanın həmin vaxt meydana çıxmadığını xüsusi vurğulamaq lazımdı”.Qeyd edək ki, “Atletiko” finalda “Marsel” üzərində 3:0 hesablı qələbə qazanıb.xeber100.com

May 19, 2018 8:25

Voleybolçular arasında Qızıl Avropa Liqasına start verilib

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi də turnirdə ilk oyununa çıxıb.A qrupunda yer alan yığmamızın ilk rəqibi Ukrayna olub. Faiq Qarayevin komandası Bakıda keçirilən görüşə uğursuz başlasa da, əzmkarlıq nümayiş etdirib.Belə ki, ilk setdə uduzan millimiz oyunda dönüş yaradıb. Nəticədə komandamız meydanı 3:1 hesablı qələbə ilə tərk edib.Qeyd edək ki, A qrupunun digər oyununda isə Bolqarıstan Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.xeber100.com

May 19, 2018 8:18

Stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın təqviminə idmanın 6 növü - şahmat, stolüstü tennis, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, badminton daxil edilib.Çempionatın stolüstü tennis idman növü üzrə yarışları “Şüa” İdman Kompleksində keçirilib.Kişi və qadınlar arasında yarışda fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İdman Akademiyasının komandası qalxıb.Azərbaycan Tibb Universitetinin tələbələri ikinci, Bakı Dövlət Universitetinin komandası isə yarışı üçüncü pillədə başa vurublar.xeber100.com

May 18, 2018 1:42

Fransa millisi futbol üzrə heyətini açıqlayıb

Fransa millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Didye Deşam 28 futbolçuya dəvət göndərib.Heyətdə qapıçılar - Alfons Areola (“PSJ”, Fransa), Huqo Loris (“Tottenxem”, İngiltərə), Stiv Mandanda (“Marsel”, Fransa), müdafiəçilər – Lukas Hernandez (“Atletiko Madrid”, İspaniya), Prensel Kimpembe (“PSJ”, Fransa), Benjamin Mendi (“Mançhester Siti”, İngiltərə), Benjamin Pavar (“Stuttqart”, Almaniya), Adil Rami (“Marsel”, Fransa), Cibril Sidibe (“Monako”, Fransa), Samuel Umtiti (“Barselona”, İspaniya), Rafael Varan (“Real Madrid”, İspaniya) yarımmüdafiəçilər - Nqolo Kante (“Çelsi”, İngiltərə), Blais Matuidi (“Yuventus”, İtaliya), Steven Nzonzi (“Sevilya”, İspaniya), Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Korenten Toliso (“Bavariya”, Almaniya) hücumçular – Usman Dembele (“Barselona”, İspaniya), Nabil Fekir (“Lion”, Fransa), Oliviyer Qiru (“Arsenal”, İngiltərə), Antuan Qrizmann (“Atletiko Madrid”, İspaniya), Toma Lemar (“Monako”, Fransa), Kiliyan Mbappe (“PSJ”, Fransa) və Floriyan Toven (“Marsel”, Fransa) yer alıblar.Qeyd edək ki, Fransa yığması Rusiyada keçiriləcək dünya çempionatında Avstraliya, Peru və Danimarka ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

May 18, 2018 1:39

Güləşçilər arasında Avropa çempionatı davam edir

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar.Çempionatda ölkəmizin idman şərəfini Nihad Quluzadə (48 kq), Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq), Sərxan Məmmədov (110 kq) və Eldar Məmmədov (80 kq) qoruyacaqlar.Məlumat üçün bildirək ki, Avropa çempionatı oktyabrın 12-dən 14-dək Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kiloqram çəkidə 3 idmançı olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

May 18, 2018 1:35

Portuqaliya millisi cüdo üzrə dünya çempionatında

Portuqaliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 10 portuqaliyalı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusa dünya çempionatında qadınların yarışında Joana Dioqo, Katarina Kosta (hər ikisi 48 kq), Joana Ramos, Mariana Esteves (hər ikisi 52 kq), Telma Monteyra (57 kq), Yaxima Ramires (70 kq) və Patrisiya Sampayo (78 kq) şans verəcəklər.Kişilərin mübarizəsində Qonsalo Mansino (60 kq), Joao Krisostomo, Sergey Olenik (hər ikisi 66 kq), Xorxe Fernandes, Nuno Saraiva (hər ikisi 73 kq), Anri Equtidze (81 kq), Joao Martino, Tyaqo Rodriqes (hər ikisi 90 kq) və Xorxe Fonseka (100 kq) birincilik uğrunda mübarizə aparacaq.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com

May 18, 2018 1:33

Seneqal millisinin genişləndirilmiş heyəti açıqlanıb

Seneqal millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Alyu Sisse 23 futbolçuya dəvət göndərib.Heyətdə qapıçılar - Abdulaye Diallo (“Renn”, Fransa), Hadim Ndiaye (“Horoya”, Qvineya), Alfred Qomis (“Spal”, İtaliya), müdafiəçilər – Kalida Kulibali (“Napoli”, İtaliya), Kara Mbodja (“Anderlext”, Belçika), Lamin Gassama (“Alanyaspor”, Türkiyə), Musa Vaqe (“Eipen”, Belçika), Yusuf Sabali (“Bordo”, Fransa), Saliu Sis (“Angers”, Fransa), Salif Sane (“Hannover”, Almaniya), yarımmüdafiəçilər - Papa Aliune Ndiaye (“Stok Siti”, İngiltərə), Şeyx Ndoye (“Birminqem”, İngiltərə), Şeyku Kuyate (“Vest Xem”, İngiltərə), Alfred Ndiaye (“Villareal”, İspaniya), Idriss Geye (“Everton”, İngiltərə), hücumçular – Mama Biram Diuf (“Stok Siti”, İngiltərə), Diafra Sako, Ismaila Sarr (hər ikisi – “Renn”, Fransa), Mussa Konate (“Amiyen”, Fransa), Balde Keita (“Monako”, Fransa), Mussa Sov (“Bursaspor”, Türkiyə), Sadio Mane (“Liverpul”, İngiltərə) və Mbaye Nianq (“Torino”, İtaliya) yer alıblar.Qeyd edək ki, Seneqal yığması Rusiyada keçiriləcək dünya çempionatında Polşa, Yaponiya və Kolumbiya ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

May 18, 2018 1:28

Ukrayna Futbol Federasiyasının məlumatına görə…

UEFA Çempionlar Liqasının mayın 26-da Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar gələn həftə Ukrayna paytaxtına 100 min əcnəbinin gəlməsi gözlənilir.Bu barədə Azərtac-a açıqlamasında Ukrayna Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.Oyun günü “Borispol” aeroportuna əlavə olaraq 100 çarter reysi ilə hərəkət edən təyyarələrin eniş etməsi gözlənilir. Təkcə həmin gün Kiyevə 20 min azarkeş təşrif buyuracaq. Çarter reysi ilə gələn təyyarələr mayın 27-də səhər saat 07:00-dək aeroportda qalacaq.Final oyunu ilə əlaqədar mayın 24-dən Kiyevin mərkəzi hissələrində başlayacaq futbol festivalı mayın 26-da axşam saat 20:00-dək davam edəcək.UEFA Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” komandaları üz-üzə gələcəklər.xeber100.com

May 18, 2018 1:08

“Summer Chess Classic 2018” beynəlxalq turniri keçirilir

Sent-Luisdə dairəvi sistem üzrə “Summer Chess Classic 2018” beynəlxalq turniri keçirilir. İki dairədən ibarət turnirin hər dairəsində on qrossmeyster mübarizə aparır.Azərtac  xəbər verir ki, iştirakçıların sırasında Azərbaycan qrossmeysteri Vasif Durarbəyli də var.“Summer Chess Classic 2018”in üç turundan sonra “A” turnirində Vasif Durarbəyli (Azərbaycan) və Varujan Akobian (ABŞ) liderlik edir. Onların hər biri 3 xal toplayıb. Samuel Sevian (Sent-Luis) onlardan 0,5 xal geri qalır. “B” turnirində ən yaxşı nəticəni 2,5 xal toplamış Kamil Draqun (Polşa) göstərib. Cəmil Can Əli Mərəndi (Türkiyə), Andrey Stukopin (Rusiya) və Alexandro Ramires (ABŞ) ondan 0,5 xal geri qalır.xeber100.com

May 18, 2018 1:02
    Page 519 of 830« First«...102030...517518519520521...530540550...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az