Kolumbiya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Futbol üzrə Kolumbiya millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Baş məşqçi Xose Nestor Pequerman 35 oyunçuya dəvət yollayıb.Azərtac xəbər verir ki, heyətdə qapıçılar - İvan Arboleda ("Benfild", Argentina), Xose Cuadrado ("Caldas"), David Ospina (“Arsenal”, İngiltərə), Camilo Vargas (“Deportivo Kali”), müdafiəçilər - Santiaqo Arias (“PSV”, Hollandiya), Farid Diaz (“Olimpiya”, Paraqvay), Frank Fabra (“Boka Xuniors”, Argentina), Stefan Medina (“Monterre”, Meksika), Erri Mina (“Barselona”, İspaniya), Bernardo Espinosa, Joan Mojika (hər ikisi – “Girona”, İspaniya), Oskar Murillo (“Pacuka”, Meksika), Davinson Sancez (“Tottenxem”, İngiltərə), Villiam Tecillo (“Leon”, Meksika), Kristian Zapata (“Milan”, İtaliya), yarımmüdafiəçilər - Abel Aguilar (“Deportivo Cali”), Vilmar Barrios, Edvin Kardona, Sebastian Perez (hamsı – “Boka Xuniors”, Argentina), Juan Kuadrado (“Juventus”, İtaliya), Gustavo Cuellar (“Flamenqo”, Braziliya), Cefferson Lerma (“Levante”, İspaniya), Giovanni Moreno (“Şanqai Şenxua”, Çin), Juan Quintero (“River Pleyt”, Argentina), Xames Rodriqez (“Bavariya”, Almaniya), Karlos Sancez (“Espanyol”, İspaniya), Mateus Uribe (“Amerika”, Meksika ), hücumçular - Karlos Bakka (“Villarreal”, İspaniya), Miqel Borja (“Palmeyras”, Braziliya), Radamel Falkao (“Monako” Fransa), Xose Isquerdo (“Brayton”, İngiltərə), Luis Muriel (“Sevilla”, İspaniya), Cimmi Xara, Teofilo Qutyerrez (hər ikisi “Atletiko Junior” Braziliya) və Duvan Zapata (“Sampdoria”, İtaliya) yer alıblar.Qeyd edək ki, Kolumbiya yığması Rusiyada keçiriləcək dünya çempionatında Polşa, Seneqal və Yaponiya ilə eyni qrupda mübarizə aparacaq.xeber100.com

May 15, 2018 12:28

İspaniya La Liqasının 37-ci turu çərçivəsində

İspaniya La Liqasının 37-ci turu çərçivəsində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı "Estadio Valensiya" stadionunda qeydə alınıb. "Levante" "Barselona" klubunu 5:4 hesabı ilə məğlub edib. Hesabı meydan sahibləri 9-cu dəqiqədə açıblar. Boatenq fərqlənib- 1:0. Qarşılaşmanın 30-cu dəqiqəsində Boatenq dublun rəsimləşdirib -2:0. Birinci hissəyə yeddi dəqiqə qalmış qonaqlar hesabı minimuma endirə biliblər. Filip Koutinyo adını tabloya yazdırıb -2:1. Birinci hissə elə bu hesabla başa çatıb.Fasilədən dərhal sonra 46-cı dəqiqədə katalonyalıları əks hücümda yaxalayan meydan sahibləri hesab arasındakı fərqi üç topa çatdırıb. Enis Barthi fərqlənib - 3:1. Qoldan üç dəqiqə sonra Boatenq özünün üçüncü komandasının dördüncü qolun vurub - 4:1. Matçın 56-cı dəqiqəsində Enis Barthidə dublun rəsimləşdirib- 5:1. Qalan dəqiqələrdə "Barselona" klubu üç qol vursada məğlubiyyətdən qaça bilməyib. Qolları F.Koutinyon (2), Luis Suarez vurub- 5:4. Beləliklə 36 oyunu meydandan qələbə ilə ayrılan "Barselona" səfərdə "Levante"ya 5:4 hesabı ilə məğlub olub."Real Madrid" isə doğma meydanda "Selta Viqo" komandasının qapısından altı cavabsız top keçirib. Oyunda 13-cü və 30-cu dəqiqəsində Qaret Bayl, İsko (32), Əşrəf Həkimi (52), S.Qomez (74-avtoqol) və Toni Kros (81) fərqləniblər."Atletiko" isə səfərdə "Xetafe" klubuna minimal hesabla qalib gəlib. Oyunda yeganə qolun müəllifi Koke olub.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Real Sosyedad” – “Leganes” - 3:2 “Alaves” – “Atletik Bilbao” - 3:1 “Deportivo” – “Villyareal” - 2:4 “Eybar” – “Las Palmas” - 1:0 “Girona” – “Valensiya” - 0:1 “Real Betis” – “Sevilya” - 2:2 “Espanyol” – “Malaqa” – 4:1. Beləliklə 37 turdan sonra İspaniya La Liqasının turnir cədvəlinə çempionluğunu vaxtından əvvəl təmin edən “Barselona” 90 xalla başçılıq edir. “Atletiko Madrid” 78 xalla ikinci, “Real Madrid” 75 xalla üçüncü, “Valensiya” isə 70 xalla dördüncü sırada qərarlaşıblar.Qeyd edək ki, İspaniya çempionatının son turu mayın 19-da və 20-də keçiriləcək.xeber100.com

May 14, 2018 2:47

“Yuventus” klubu 34-cü dəfə İtaliya çempionu adını qazanıb

“Yuventus” klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.Azərtac xəbər verir ki, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub. 37-ci turda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən “Qoca Sinyora” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.“Yuventus”un ən yaxın izləyicisi “Napoli” səfərdə “Sampdoriya”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı məğlub edib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri qalıb.Nəticədə “ağ-qaralar” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran “Roma” isə bürünc medal qazanmaq şansını son tura saxlayıb.UEFA Avropa Liqasına düşmək uğrunda mübarizə aparan "Milan" və "Atalanta" üz-üzə qəlib. Oyunda hesabı qonaqlar açıblar. Yanik Kesi fərqlənib - 1:0. Matçın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Masiello adını tabloya yazdırıb - 1:1. Beləliklə görüş 1:1 hesabı ilə başa çatıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Bonevento” – “Genoya” - 1:0 “İnter” – “Sasuolo” - 1:2 “Bolonya” – “Kievo” - 1:2 “Fiorentino” – “Kalyari” - 0:1 “Verona” – “Udineze” - 0:1 “Torino” – “Spal” - 2:1 Beləliklə 37 turdan sonra İtaliya A Seriyasının bitməsinə bir tur qalmış çempionluğunu təmin edən “Yuventus” 92 xalla turnir cədvəlinə başçılıq edir. “Napoli” 88 xalla ikinci, “Roma” 74 xalla üçüncü, “Lazio” isə 72 xalla dördüncü sırada qərarlaşıblar.Qeyd edək ki, İtaliya çempionatının son turu mayın 19-da və 20-də keçiriləcək.xeber100.com

May 14, 2018 2:39