Şirkətlər arasında ticarət sazişi imzalanıb

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb.Azərtac xəbər verir ki, lisenziyalı idman ticarətində dünya lideri olan “Fanatics” şirkəti 2018-ci ildən etibarən Qran-Pri həftəsonlarında və onlayn şəkildə yarışın eksklüziv ticarət tərəfdaşı olacaq.Bu əməkdaşlığa imza atmaqla Formula 1 istehlak mallarının artımı istiqamətində böyük addım atmaq niyyətindədir. Şirkətin məqsədlərindən biri də Qran-Pri zamanı, onlayn, eləcə də telefon vasitəsilə alış-veriş edən yarış azarkeşləri üçün fərqli satış kanalları yaratmaqdır.“Fanatics” şirkəti ticarətin həcmini artıraraq, Formula 1, həmçinin Formula 1 üzrə dünya çempionatında iştirak edən komandaların premium məhsullarının və hər Qran-Pri üçün xarakterik olan əşyaların satışını həyata keçirəcək.Formula 1-in kommersiya şöbəsinin icraçı direktoru Şon Breçes əməkdaşlıqla bağlı deyib: “Bütün Qran-prilərdə apardığımız araşdırmalardan məlum oldu ki, azarkeşlər daha səmərəli alış-veriş etmək istəyirlər. İnanırıq ki, bu əməkdaşlıq Qran-Pri zamanı azarkeşlərin növbəsiz şəkildə daha çox çeşidli və keyfiyyətli alış-veriş etmələrinə şərait yaradacaq. Əməkdaşlığın əsas müsbət nəticəsi isə istər Formula 1 brendi altında, istərsə də komandaların təklif etdiyi məhsulların satışında olacaq artımdır”.xeber100.com

May 11, 2018 3:05

İspaniya Çempionatında 36-ci turun oyunları keçirilib

Futbol üzrə İspaniya Çempionatının 36-ci turun oyunları keçirilib.Azərtac xəbər verir ki, günün ilk qarşılaşması "Nou Kamp" stadionunda keçirilib. Vaxtından əvvəl çempion olmuş "Barselona" altıncı yerdə qərarlaşan "Villyareal"ı qəbul edib. Hesabı meydan sahibləri erkən qolla açıb. Oyunun 11-ci dəqiqəsində Filip Koutinyo fərqlənib - 1:0. Dörd dəqiqə sonra Paulinyo hesabı artırıb - 2:0. Birinci hissənin axırıncı dəqiqəsində Leo Messi hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0. Birinci hissə bu hesabla başa çatıb.Fasilədən sonra qonaqlar qollardan birinin əvəzin çıxıblar. N.Sansone adını tabloya yazdırıb - 3:1. Oyunda son nöqtəni Osman Dembele (87,90) qoyub - 5:1. Beləliklə "katalonya"lılar 5:1 hesabı ilə qələbə qazanıb.Digər görüşdə "Real Madrid" klubu "Sevilya"nın qonağı olub. Matçın 26-ci dəqiqəsində meydan sahibləri hesabı Ben Yaderin sayəsində açıblar - 1:0. Birinci hissənin əlavə olunmuş birinci dəqiqəsində Latın fərqlənərək hesabı artırıb - 2:0. Birinci hissə bu hesabla başa çatıb.Oyunun əsas vaxtına altı dəqiqə qalmış üç qol vurulub. Meydan sahiblərinin heyətində Serxiyo Ramosun avtoqolu, qonaqların isə heyətində Borja Mayoral və 11 metrlik cərimə zərbəsindən Serxiyo Ramos fərqlənərək oyunda son nöqtəni qoydular - 3:2.Qeyd edək ki, matçın 58-ci dəqiqəsində madridlilərin kapitanı Serxiyo Ramos 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyib.xeber100.com

May 10, 2018 2:38