Milli Karate Federasiyasının məlumatı

Karate üzrə Azərbaycan milli komandasının üzvləri aprelin 6-8-də Mərakeş Krallığının paytaxtı Rabatda keçiriləcək Karate-1 Premyer Liqa turnirində mübarizə aparacaqlar.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində 18 idmançımız gücünü sınayacaq.Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətə milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev, qadınlardan ibarət milli komandanın böyük məşçqisi Anar Allahverdiyev, məşqçilər Rəşad Hüseynov və Denis Morozov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov daxil ediliblər.Məşqçilər heyəti Avropa çempionatından əvvəlki son hazırlıq turnirində fərdi kata və kumite, eləcə də komanda kata yarışlarında 18 idmançıya şans verib. Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdulayev (ikisi də 84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (üçü də 84 kq-da yuxarı) fərdi kumite yarışlarında mübarizə aparacaqlar. Qadınların yarışında Nuranə Əliyeva, Fidan Teymurova (ikisi də 50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) çıxış edəcəklər.Kata turnirində Roman Heydərov fərdi, komanda yarışlarında isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət medallar uğrunda qüvvələrini sınayacaqlar.Premyer Liqa turnirində 75 ölkədən 545 idmançı mübarizə aparacaq.xeber100.com

Aprel 3, 2018 11:44

UEFA Çempionlar Liqasında final mərhələsinə start veriləcək

Aprelin 3-də UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İspaniyanın “Real” klubunu qəbul edəcək. Komandalar indiyədək 20 dəfə qarşılaşıblar. Komandalar sonuncu dəfə 2017-ci ildə üz-üzə gəliblər. “Millennium” stadionunda Çempionlar Liqasının final mərhələsinə təsadüf edən görüşdə “Real” 4:1 hesabı ilə qalib gəlib. Turinlilərin heyətində cəzalı olan Medhi Benatiya və Miralem Pyaniç bu görüşü buraxacaq. Zədəli Aleks Sandronun da meydana çıxacağı sual altındadır. “Real”da isə kapitan Serxio Ramos zədə səbəbindən oyunu buraxa bilər. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmanın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.Günün digər oyununda isə İspaniyanın “Sevilya” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasının qəbul edəcək. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk qarşılaşmasında Almaniya təmsilçisi favorit hesab olunur. Lakin münxenlilər son beş İspaniya səfərindən əliboş dönüb.“Sevilya”da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. “Bavariya” isə uzun müddətdir zədəli olan Manuel Noyer və Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək. Oyunu Daniele Orsatonun rəhbərliyi altında italiyalı hakimlər briqadası idarə edəcək. Ona Rikkardo Di Fiore və Lorenzo Manganelli kömək edəcəklər. Davide Massa və Antonio Domato əlavə hakimlər, Alessandro Djalatini isə dördüncü hakim olacaq.Qeyd edək ki, dörddəbir final mərhələsinin digər oyunları aprelin 4-də keçiriləcək. “Liverpul” “Mançester Siti”ni, “Barselona” isə “Roma”nı qəbul edəcək.xeber100.com

Aprel 3, 2018 11:41