06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasının final mərhələsində

Futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Real Madrid”-“Yuventus” matçının biletləri rekord müddətə satılıb.Azərtac xəbər verir ki, aprelin 11-də Madriddə təşkil olunacaq matça biletlərin hamısı 8 dəqiqə ərzində satılıb.Madrid klubunun 80 min tamaşaçı tutumuna malik “Santyaqo Bernabeu” stadionunda “Yuventus”un azarkeşləri üçün 4 min yer ayrılıb.Bu komandalar arasında ilk oyun aprelin 3-də Turində keçiriləcək.xeber100.com

Mart 27, 2018 12:50

Futbol üzrə növbəti yoldaşlıq oyunları keçiriləcək

Bu gün futbol üzrə yığma komandalar arasında növbəti yoldaşlıq oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan milli komandası Makedoniya ilə üz-üzə gələcəyi halda, qardaş ölkə Türkiyə yığması Monteneqro ilə münasibətləri aydınlaşdıracaq.Dünya çempionatına ev sahibliyi edəcək Rusiya turnirin favoritlərindən sayılan Fransa ilə qarşılaşacaq. Günün ən maraqlı qarşılaşması isə İspaniya ilə Argentina, Almaniya və Braziliya yığmaları arasında olacaq. İngiltərə isə İtaliya millisi ilə yoldaşlıq oyuna çıxacaq.xeber100.com

Mart 27, 2018 12:47

“Los Angeles Galaxy” klubunun məlumatı

“Mançester Yunayted” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da, "Los Angeles Galaxy" klubunda davam etdirəcək.Apa-nın məlumatına görə, bu barədə məlumat klubun “Tvitter” səhifəsində verilib.36 yaşlı futbolçu və klub arasında razılaşmanın detalları hələ ki, açıqlanmır.2016-cı ildə PSJ-dən “Mançester Yunayted”ə keçən, “qırmızı şeytan”ların heyətində 28 matçda 17 qol vuran Zlatan İbrahimoviç bu günlərdə İngiltərə klubu ilə yollarını ayırıb. Cari mövsümdə Z.İbrahimoviç İngiltərə premyer liqasında cəmi 5 oyun keçirib.xeber100.com

Mart 25, 2018 11:29

Avropa çempionatı keçiriləcək

Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanın Tırqu-Jiu şəhərində baş tutacaq yarışda millimiz də iştirak edəcək.Azərbaycan yığmasının məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Belə ki, kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar. Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.Qeyd edək ki, bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.xeber100.com

Mart 24, 2018 9:22

Milli komandalar yoldaşlıq oyunlarında

Dünyanın bir sıra milli komandaları yoldaşlıq oyunlarında öz güclərini sınayıblar.Apasport.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərin bir çoxunun diqqəti millimizin Belarusla matçından sonra Türkiyə yığmasında olub. Qardaş ölkə təmsilçisi İrlandiya ilə üz-üzə gəlib. Mirça Luçeskunun komandası minimal hesablı qələbəyə sevinib. DÇ-2018-ə ev sahibliyi edəcək Rusiya doğma meydanda Braziliyaya uduzub.Almaniya – İspaniya, Argentina – İtaliya, Hollandiya – İngiltərə və Portuqaliya – Misir matçları da diqqət mərkəzində olub.xeber100.com

Mart 24, 2018 8:21

İsveçrə çempionatının 24-cü turunda…

Türk əsilli isveçrəli baş məşqçi Murat Yakın ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, “Qrasshopers”in çalışdırıcısı hakimi söydüyü üçün cəzalandırılıb.İsveçrə çempionatının 24-cü turunun “Lozanna” ilə oyununda insident zamanı hakimi təhqir edən Yakın 3 matçda texniki zonadan komandasını idarə edə bilməyəcək.Maraqlıdı ki, həmin görüşdə eyni səbəbdən Muradın kiçik qardaşı və köməkçisi Hakan Yakın da cəzalandırılıb. Onun uzaqlaşdırılma müddəti isə 5 matç olub.xeber100.com

Mart 21, 2018 1:32

Şahmat turnirində II dövrəyə start verilib

Berlində şahmat tacına iddiaçıların turnirində II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın VIII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb. İddiaçılar turniri: VIII tur Aleksandr Qrişuk (2767, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya) - 1:0 Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5 Liren Dinq (2769, Çin) - Levon Aronyan (2794, Ermənistan) - 0.5:0.5 Uesli So (2799, ABŞ) - Fabiano Karuana (2784, ABŞ) - 0.5:0.5 Turnir cədvəli: Karuana - 5.5 xal; Məmmədyarov – 5; Qrişuk - 4.5; Dinq - 4; Kramnik, Karyakin - 3.5; Aronyan, So – 3 İlk turda rəqibini qara fiqurlarla məğlub edən təmsilçimiz bu dəfə “ağ”larla oynayıb. Lider Fabiano Karuananın Uesli So ilə heç-heçəsindən yararlana bilməyən Şəhriyar da matçı bərabərə bitirərək liderlik şansını əldən verib.xeber100.com

Mart 21, 2018 1:19

SGS şirkəti yoxlamanın nəticələrini açıqlayıb

İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət bununla bağlı təbrik məktubu göndərib.Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundu. Həmçinin o da vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2018-19-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.xeber100.com

Mart 20, 2018 6:00

İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib

Martın 18-də futbol üzrə İtaliya A seriyasında 29-cu turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Milan” doğma meydanda “Kiyevo”nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Milan” 11 oyundur ki, məğlub olmur.“Roma” isə səfərdə “Krotone”nın qapısına iki cavabsız qol vurub.“Yuventus” səfərdə “Spal”ın qonağı olub, matç gərgin anlarla yadda qalıb. Oyunda hesab açılmayıb - 0:0.Tura "Lazio" - "Bolonya" və "Napoli" - "Genoya" oyunlarından sonra yekun vurulacaq.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Sampdoriya” – “İnter” - 0:5. “Bonevento” – “Kalyari” - 1:2. “Verona” – “Atalanta” - 0:5. “Torino” – “Fiorentino” - 1:2 “Udineze” – “Sasuolo” - 1:2.xeber100.com

Mart 19, 2018 2:37

Şahmat üzrə iddiaçılar turnirinin yeddinci turunda

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirinin yeddinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya idmançısı Aleksandr Qrişukla qarşılaşıb.Azərtac xəbər verir ki, oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster görüşdə xalları yarı bölüb. Hazırda onun aktivində 4,5 xal var.Turun digər görüşlərində isə ABŞ şahmatçısı Fabiano Karuana Ermənistan təmsilçisi Levon Aronyana, Sergey Karyakin (Rusiya) Uesli Soya (ABŞ) qalib gəlib. Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin) qarşılaşmasında şahmatçılar xalları yarı bölüblər.Yeddi turdan sonra azərbaycanlı şahmatçı turnir cədvəlində 2-ci pilləni tutur. ABŞ təmsilçisi Fabiano Karuana 1-ci, rusiyalı qrossmeyster Vladimir Kramnik 3-cü yerdədir.Növbəti turda Ş.Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.Turnir martın 28-dək davam edəcək.xeber100.com

Mart 19, 2018 2:33
    Page 545 of 830« First«...102030...543544545546547...550560570...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az