“Pxençan-2018” Paralimpiya Oyunlarının dördüncü günündə…

Martın 12-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının dördüncü günündə 9 dəst medalın sahibləri müəyyənləşib.Azərtac xəbər verir ki, paralimpiyaçılar sərbəst xizəkçilik və snoubord yarışlarında medallar uğrunda yarışıblar.Oyunların dördüncü günündə sonubordun kross növü yarışları keçirilib.Krossun “SB-LL1” kateqoriyasında qadınların mübarizəsində ilk iki pilləni ABŞ idmançıları tutublar. Brenna Hukabi birinci, Emi Purdi ikinci olublar. İlk üçlüyü Fransa təmsilçisi Sisile Hernandez tamamlayıb.Kişilərin “SB-UL” kateqoriyasında Avstraliya təmsilçisi Simon Patmore “Pxençan-2018”in qalibi olub. İtaliya idmançısı Manuel Pozzerle yarışı ikinci, ABŞ atleti Mayk Minor isə üçüncü pillədə başa vurublar.“SB-LL2” kateqoriyasında qadınların yarışlarında Niderland paralimpiyaçıları Bibian Mentel-Spi və Liza Bunşoten ilk iki pillədə yer alıblar. İspaniyalı Astrid Fina Paredes bürünc medal qazanıb.Kişilərin “SB-LL1” kateqoriyasında ABŞ atleti Mayk Şultz fərqlənib. Niderland təmsilçisi Kris Vos ikinci, digər ABŞ idmançısı Noah Elliott isə üçüncü olublar.“SB-LL2” kateqoriyasında kişilərin mübarizəsində finlandiyalı Matti Suur-Hamari Paralimpiya çempionu adını qazanıb. ABŞ idmançısı Keit Qabel gümüş, yaponiyalı Qurimu Narita bürünc medal əldə ediblər.Sərbəst xizəkçilik yarışlarında kişilərin 20 kilometr məsafəyə ayaq üstə mübarizəsində ukraynalı İqor Reptyux 44 dəqiqə 52 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Fransalı Benjamin Daviet və Norveç xizəkçisi Hakon Olsrud ilk üçlüyü tamamlayıblar.Görmə qabiliyyəti zəif olan kişilərin 20 kilometr məsafəyə yarışlarında Kanada idmançısı Brayn MkKiver 46 dəqiqə 2 saniyə nəticə ilə Paralimpiya çempionu olub. Belarus təmsilçiləri Yuri Xolub gümüş, fransalı Tomas Klarion isə bürünc medal qazanıblar.Görmə qabiliyyəti zəif olan qadınların 15 kilometr məsafəyə mübarizəsində belaruslu Svetlana Saxanenko 49 dəqiqə 11 saniyə nəticə ilə çempion adına sahib olub. Ukrayna xizəkçisi Oksana Şişkova gümüş, Paralimpiya bayrağı altında çıxış edən rusiyalı atlet Mixalina Lisova isə bürünc medal əldə ediblər.Qadınların 15 kilometr məsafəyə ayaq üstə mübarizəsində Rusiya idmançıları - Yekaterina Rumyantseva (49 dəqiqə 37 saniyə) və Anna Milenina ilk iki yerdə qərarlaşıblar. Ukraynalı Ludmila Liaşenko isə yarışda üçüncü olub.“Ağ Paralimpiada”nın dördüncü gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 6 qızıl, 5 gümüş və 4 bürünc medal var. Ümumilikdə 21 ölkədən idmançılar medalçılar arasında yer alıblar.Fransa (3-3-3) ikinci, Ukrayna (3-2-4) üçüncü, Rusiya (3-2-1) dördüncü, Kanada (3-1-3) isə beşinci pillədə qərarlaşıb.xeber100.com

Mart 13, 2018 12:02

Avropa Velosipedçilər Birliyinin məlumatı

İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) yeni prezidenti seçilib. İstanbulda təşkil olunan sayca 31-ci Konqresdə quruma üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, UEC-in Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də qatılıb.Azərtac xəbər verir ki, bunadək Avropanın ali velosiped qurumunun vitse-prezidenti vəzifəsində olan Rokko Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, UEC-in keçmiş prezidenti David Lappartyenin ötən ilin sentyabrında Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.Rokko Kattaneonun prezident seçilməsindən sonra boş qalan vitse-prezident postu danimarkalı Henrik Jess Yansenə həvalə edilib. Bundan başqa, britaniyalı Alasdair Maklennan UEC-in Rəhbər Komitəsinin üzvlüyünə qəbul edilib.Qeyd edək ki, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsi biri qurumun prezidenti olmaqla 7 nəfərdən ibarətdir və qitədə velosiped idmanı ilə bağlı bütün mühüm qərarlar məhz onlar tərəfindən verilir.Konqres zamanı Rokko Kattaneonun təklifi ilə David Lappartyen UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 2019-cu ilin martında İtaliyanın paytaxtı Romada olacaq.xeber100.com

Mart 13, 2018 11:45