08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Atletika üzrə beynəlxalq turnir keçirilib

Minskdə atletika üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, yarışda ölkəmizi 10 atlet təmsil edib.Üç təkanla tullanma yarışlarında milli komandamızın üzvü Səid Nəcəfzadə 14 metr 98 santimetr nəticə ilə gümüş medala sahib olub.“Ümid” idman klubunun yetirməsi olan S.Nəcəfzadə yarışa şəxsi məşqçisi Elvin Əliyevin rəhbərliyi altında hazırlaşıb.Turnirdə 10 ölkədən 250-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.xeber100.com

Fevral 26, 2018 12:05

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunları başa çatıb

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.Apa-nın "Apasport.az" saytına istinadən verdiyi məlumata görə, Cənubi Koreyada keçirilən 4 illiyin ən böyük qış idman yarışı bir sıra rekordlarla yadda qalıb.Belə ki, “Ağ Olimpiada”da “qızıl” qazanan ölkələrin sayında da rekord təkrarlanıb. Ötən gün finlandiyalı xizəkçi Yivo Niskanen çempion olmaqla ölkəsinin adını ən az bir qızıl medal qazananların siyahısına yazdırıb. Bununla da Pxençxanda himni səslənən 22-ci ölkə Finlandiya olub.Bu isə Soçi-2014 Olimpiadasında qeydə alınan rekordun təkrarı olub.Qeyd edək ki, turnirin ən çox medal qazanan ölkəsi Norveçdir. Skandinaviyalılar ümumilikdə 39 (14 qızıl, 14 gümüş və 11 bürünc) medalla bütün rəqiblərini qabaqlayıblar. İkinci yeri Almaniya (31 – 14,10, 7), üçüncü yeri isə Kanada (29 – 11, 8, 10) tutub.xeber100.com

Fevral 25, 2018 7:03

XXIII Qış Olimpiya Oyunları davam edir

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir.Apasport.az saytının məlumatına görə, ötən gün nüfuzlu turnirdə rekord qeydə alınıb.Belə ki, kişilər arasında biatlon estafet yarışlarında Norveç komandası gümüş medal qazanıb. Bu, şimallıların sözügedən yarışda 37-ci medalı olub. 13 “qızıl”, 14 “gümüş” və 10 “bürünc” əldə edən Skandinaviya təmsilçisi sıralamada da birinci yerə yüksəlib. Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekorduna ortaq olub. Həmin Olimpiya Oyunlarında ABŞ yığması da 37 (9-15-13) “qənimət” əldə etmişdi.Qeyd edək ki, Cənubi Koreyada hazırda davam edən “Ağ Olimpiada”nın iki yarış günü qalıb.xeber100.com

Fevral 24, 2018 5:36

Avropa Liqasının 1/16 final mərhələsində

Avropa Liqasının (AL) 1/16 final mərhələsində cavab matçlarının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, UEFA-nın apardığı səsvermənin qalibi “Latsio”nun hücumçusu Çiro İmmobile olub.“Styaua” ilə qarşılaşmada (5:1) het-trikə imza atan İmmobile oyunla yanaşı, həftənin qəhrəmanı seçilib. Azarkeşlər arasında aparılan sorğunun qalibi olan forvard 49% səs toplayıb.Onu “Milan”ın hücumçusu Fabio Borini (32%) və “Atletiko”nun forvardı Kevin Qameyro (15%) izləyib.xeber100.com

Fevral 24, 2018 5:26

Avropa Liqası turnirinin final mərhələsi çərçivəsində

Avropa Liqası turnirinin onaltıdabir final mərhələsi çərçivəsində keçirilən “Atletik Bilbao”-“Spartak” oyunundan əvvəl azarkeşlər arasında qanlı toqquşmalar baş verib.Səhər saatlarından başlayaraq radikal rus azarkeşlərin törətdiyi qanunsuzluqlar böyüyərək kütləvi hal alıb. Azarkeşlər oyunun keçiriləcəyi “San-Mames” stadionunun ətrafındakı kafe və barlara hücum edərək yerlilərlə əlbəyaxa olub, şüşə butulkalarla insanlara xəsarət yetiriblər.Oyun öncəsi baş verən toqquşmalar zamanı 5 rus azarkeş həbs olunub. Matçın gedişində isə yenə də rus azarkeşlərin qanunsuz davranışları səbəbindən oyun bir müddət dayandırılıb. Hadisələrin qarşını almaq üçün 800-dən çox yerli polis cəlb edilib.Son məlumatlara görə, 4 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.xeber100.com

Fevral 23, 2018 3:03

Taekvondo üzrə çempionata yekun vurulub

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” idman klubunun təmsilçiləri də uğurla çıxış ediblər.Azərtac xəbər verir ki, iki gün davam edən çempionatda klubun yetirmələri 4 medal qazanıblar.Çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Məcid Sofiyev (54 kq) və Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub. Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı üçüncü pillədə başa vurub.Beləliklə, “Qəbələ”nin idmançıları 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.xeber100.com

Fevral 23, 2018 2:58

Güllə atıcılığı üzrə XI respublika turniri keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə fevralın 23-də Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə “Mahir nişançı” XI respublika turniri keçirilib.Azərtac xəbər verir ki, tələbələr arasında təşkil olunan turnirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov çıxış edərək ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən, dünya ictimaiyyətinin hadisəyə münasibətindən və bu soyqırımının beynəlxalq aləmin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.Çıxışlardan sonra yarışlara start verilib.Turnirdə 23 ali təhsil müəssisəsindən 100-ə yaxın tələbə iştirak edib. Hər biri beş nəfərdən ibarət komandalar dəqiq atəş açmaq bacarıqlarını yerinə yetiriblər.“Mahir nişançı” XI respublika turnirinin qalibləri Gənclər və İdman Nazirliyinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.xeber100.com

Fevral 23, 2018 2:45

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində

Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Zirə” hazırlığını Bakı Olimpiya Stadionunda davam etdirir.Azərtac xəbər verir ki, komandanın hazırlığında qonaqları olub. Belə ki, “Autizmlilərin İdman Klubu İctimai Birliyi”nin üzvləri “Zirə”nin düşərgəsinə baş çəkiblər. Autizm sindromundan əziyyət çəkən uşaqlar futbolçularla məşq edib, daha sonra baş məşqçi Ayxan Abbasov oyunçulara sözügedən sindrom haqda danışıb.Qeyd edək ki, indi dünyada hər 68 uşaqdan biri autizmli doğulur. Autizmin dünyada nədən qaynaqlandığı bəlli olmadığı üçün bu gün onun tibb sahəsində heç bir müalicə üsulu yoxdur. Reabilitasiya yolu isə ancaq idmandan keçir.xeber100.com

Fevral 23, 2018 2:40

“Barselona” futbol klubu yeni müqavilə imzalayıb

“Barselona” futbol klubu Serji Roberto ilə müqaviləni yeniləyib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu 2022-ci ilədək “Barselona”nın heyətində çıxış edəcək.Klub rəhbərliyi futbolçu üçün yeni təzminat qiyməti də müəyyənləşdirib. Hansısa klub İspaniya millisinin üzvünü vaxtından əvvəl transfer etmək istəsə, bunun üçün 500 milyon avro ödəməli olacaq.Qeyd edək ki, 2010-cu ildən Kataloniya təmsilçisində çıxış edən futbolçu 115 oyun keçirib.xeber100.com

Fevral 23, 2018 2:38

“Real Madrid”in yarımmüdafiəçisi komandası ilə yollarını ayıracaq

İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Qaret Beyl yayda komandası ilə yollarını ayıracaq.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, Beyl cari mövsümdə “Real”ın heyətində ilk 11-likdə yer ala bilmədiyi üçün klub ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam veriləcək.Klub rəhbərliyi də öz növbəsində Beylin aldığı zədələrə görə matçları buraxmasından narazıdır.Xatırladaq ki, Beyl 2013-cü ildə 100 milyon avro müqabilində İngiltərənin “Tottenhem” klubundan transfer edilib. Futbolçunun klub ilə müqaviləsi 2022-ci ilin yayınadəkdir.xeber100.com

Fevral 23, 2018 2:34
    Page 557 of 831« First«...102030...555556557558559...570580590...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az