03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Futbol Federasiyası müvəqqəti transfer qadağası qoyub

Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin "Qalatasaray" klubuna müvəqqəti transfer qadağası qoyub. Türkiyə KİV-ləri xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir. Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə çatıb. Yarımmüdafiəçi 18 min 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq. Qeyd edək ki, Lukas Torreyra cari mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir.xeber100.com

Yanvar 15, 2023 1:25

Yanvarın 17-22-də boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. Azərbaycan Boks Federasiyası xəbər verir ki, 14 ölkənin qatılacağı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında güclərini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.xeber100.com  

Yanvar 15, 2023 1:22

Həndbolçulardan ibarət Böyük Britaniya millisi növbəti qələbəsini qazanıb

Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb. Komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib. Qeyd edək ki, britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər - 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib. Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.xeber100.com

Yanvar 15, 2023 1:18

“Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regional liqasında çıxış edir. Rəqib ötən mövsümü 12-ci yerdə başa vurub. Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı sonuncu görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.xeber100.com

Yanvar 14, 2023 1:54

“Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq

Antalyada təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq. Komanda Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qeyd edək ki, “Kəpəz” yanvarın 16-da Serbiyanın “Novi Pazar”, ayın 18-də isə Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşacaq.xeber100.com

Yanvar 14, 2023 1:38

“Səbail” futbol komandası yeni futbolçu heyətinə cəlb edib

“Səbail” komandası yeni futbolçu heyətinə cəlb edib. Klubun saytı xəbər verir ki, paytaxt təmsilçisi Qvineya-Bisau əsilli fransalı hücumçu David Qomislə bir illik müqavilə imzalayıb. Qeyd edək ki, David Qomisin sonuncu klubu Fransa Liqa 2-də çıxış edən “Pau” komandası olub.xeber100.com

Yanvar 14, 2023 1:38

Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb

Bu il Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb. Turnirin ilk oyunu Misirin "Əl-Əhli" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında dörddəbir finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq. İlkin mərhələ çərçivəsində “Sietl Saunders” (ABŞ) klubu “Əl-Əhli” - "Oklend Siti" cütünün qalibi, Mərakeşin "Vidad" komandası isə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq. Birinci cütün qalibi yarımfinalda “Real Madrid”ə, ikinci görüşün qalibi isə “Flamenqo”ya (Braziliya) rəqib olacaq. Qeyd edək ki, yarımfinal matçları fevralın 7-8-də keçiriləcək.xeber100.com

Yanvar 13, 2023 1:58

“Qarabağ” futbol klubu ilk yoxlama oyununda məğlub olub

Antalyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu ilk yoxlama oyununda məğlub olub. Ağdam təmsilçisi Polşanın "Rakuv" klubu ilə qarşılaşıb. Matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın yeni transferi Adama Diakabi Ağdam təmsilçisində debüt edib. Fransalı hücumçu 2-ci hissədə 25 nömrəli forma ilə meydana çıxıb. Qeyd edək ki, Azərbaycan çempionu Antalyada daha iki yoxlama matçı keçirəcək. Ağdam klubu yanvarın 18-də Serbiyanın "Çukariçki" və Polşanın "Poqon" komandaları ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 13, 2023 1:56

Futbol üzrə İspaniya Superkubokunun ilk yarımfinal matçı oynanılıb

Yanvarın 11-də futbol üzrə İspaniya Superkubokunun ilk yarımfinal matçı oynanılıb. Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərindəki “King Fahd International Stadium” arenasında keçirilən oyunda Madridin “Real” və “Valensiya” klubları qarşılaşıblar. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Real”ın heyətində on bir metrlik cərimə zərbəsindən Benzema (39), “Valensiya”nın heyətində isə Lino (46) fərqləniblər. Oyun heç-heçə başa çatdığından matçda əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi müəyyən etmək üçün penaltilər yerinə yetirilib. Burada daha dəqiq olan “Real” futbolçuları İspaniya Superkubokunun ilk finalçısı olublar.xeber100.com

Yanvar 12, 2023 1:26

İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib

Bu gün futbol üzrə İtaliya Kubokunun səkkizdəbir final mərhələsinin bir oyunu keçirilib. “Milan” öz meydanında “Torino” ilə qarşılaşıb. Matçın ilk hissəsində hesab açılmayıb. Oyunun 70-ci dəqiqəsində “Torino”nun futbolçusu Cici qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin “Rossonyerlər” say üstünlüyündən yararlana bilməyiblər. Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxtın ikinci hissəsində - 114-cü dəqiqədə “Torino”nun futbolçusu Adopo hesabı açıb. Oyunda başqa qol olmayıb və beləliklə, “Milan” İtaliya Kuboku ilə erkən vidalaşıb.xeber100.com

Yanvar 12, 2023 12:43
    Page 56 of 830« First«...102030...5455565758...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az