11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub

İtaliya A Seriyasının XX turunda “Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub. A Seriyasında cari mövsümdən mübarizə aparan “Montsa” bu qələbə ilə 93 il sonra ilkə imza atıb. Belə ki, komanda son 93 ildə Turin təmsilçisinə qarşı keçirdiyi ilk iki matçdan qələbə ilə ayrılan yeganə kollektivdir. Bunu sonuncu dəfə 1930-cu ildə “İnter” bacarmışdı. Xatırladaq ki, “Yuventus” ilk dövrədə “Montsa”ya səfərdə də 0:1 hesabı ilə uduzmuşdu.xeber100.com

Yanvar 30, 2023 2:28

“Sivasspor” klubu Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə qatıb

Türkiyənin “Sivasspor” klubu Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə qatıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. İyirmi beş yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan mövsümün sonunadək icarəyə götürülüb. Kaysedo Meksika təmsilçisində 16 oyuna 1 qol vurub. Daha əvvəl “Universidad Katolika”, “El Nasional” və “Vitoriya” kimi klublarda da forma geyinmiş futbolçu Ekvador millisində 10 oyun keçirib, 2 qola imza atıb.xeber100.com

Yanvar 30, 2023 2:26

Şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib

Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib. Çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylini məğlub edərək üstünlük qazanıb. Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Bu gün şahmatçılar arasında cavab oyunları keçiriləcək. Qeyd edək ki, iki oyundan sonra hesab bərabər olarsa tay-brek oynanılacaq.xeber100.com

Yanvar 27, 2023 3:05

Niderlandın “Ayaks” futbol klubu baş məşqçisini istefaya göndərib

Niderlandın “Ayaks” futbol klubu baş məşqçisi Alfred Şroyderi istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Məşqçi ilə müqavilə 2024-cü il iyunun 30-dək olsa da, rəhbərlik komandanın nəticələrinə əsasən baş məşqçi barədə bu qərarı verib. Qeyd edək ki, A.Şroyder ötən ilin yayında “Brügge” komandasından ayrılaraq “Ayaks”a gətirilmişdi. Son 5 oyunda heç-heçə edən “Ayaks” ölkə çempionatında 34 xalla 5-ci pillədə qərarlaşıb.xeber100.com

Yanvar 27, 2023 3:01

“Sabah” futbol klubu Premyer Liqada 150-ci qolunu vurub

Bakının “Sabah” klubu Premyer Liqada 150-ci qolunu vurub. Bu, “Neftçi” ilə qarşılaşmaya təsadüf edib. Peşəkar Futbol Liqası xəbər verir ki, Azərbaycan Premyer Liqasının XIX turunda hesabı açan Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb. Yüksək liqada 2018/2019-cu il mövsümündə debüt edən Bakı klubu “150”yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan “Sabah”ın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakı təmsilçisi evdə 78, səfərdə 73 dəfə fərqlənib. Qeyd edək ki, “Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.xeber100.com

Yanvar 27, 2023 2:59

“Real Madrid”in hücumçusu dörddəbir final mərhələsi çərçivəsində

“Real Madrid”in hücumçusu Vinisius Junior İspaniya Kral Kubokunun dörddəbir final mərhələsi çərçivəsində “Atletiko”ya qarşı matçdan sonra maraqlı paylaşım ilə diqqət çəkib. Braziliyalı futbolçu tviter hesabında bu sözləri yazıb: “Madridi təmsil edən yalnız bir klub var. Bunu hamımız bilirik”. Vinisius bu addımı ötən gün “Atletiko” azarkeşlərinin səsləndirdiyi “Madrid “Real Madrid”ə nifrət edir” şüarına cavab olaraq atıb. Qeyd edək ki, “Real Madrid” Kral Kuboku matçında “Atletiko”nu 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Vinisius matçda üçüncü qolun müəllifi olub.xeber100.com

Yanvar 27, 2023 2:57

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub. Yanvarın 25-də turun daha 4 oyunu keçirilib. “Auqsburq” öz meydanında Münxenqladbax “Borussiya”sını 1:0, “Bayer Leverkuzen” isə “Bohum”u 2:0 hesabları ilə məğlubiyyətə uğradıblar. “Frayburq” – “Ayntraxt” matçı 1:1 hesabı ilə başa çatıb. “Verder Bremen” isə öz meydanında “Union Berlin”ə 1:2 hesabı ilə məğlub olub. Beləliklə, 17 turdan sonra turnir cədvəlinə 36 xalla “Bavariya” başçılıq edir. “Union Berlin” 33 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com

Yanvar 26, 2023 1:20

İdman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək

Martın 9-dan 12-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 56 ölkədən idmançıların iştirakı gözlənilir. Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq. Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.xeber100.com

Yanvar 26, 2023 1:17

Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümündə

Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümündə 50-ci qolunu vurub. Yubiley qol XIX turun “Turan Tovuz”la oyununa (3:2) təsadüf edib. Peşəkar Futbol Liqası xəbər verir ki, qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley qolunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/2004-cü il mövsümündə təsadüf olunub. “Qarabağ” 19 qarşılaşmada 51 qol vurub. Tovuzdakı oyunda qol sayını 51-ə çatdıran baş məşqçi Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur. Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/1999-cu il mövsümünün müvafiq hissəsində 66 qola imza atıb.xeber100.com

Yanvar 26, 2023 1:15

Şahmat üzrə Azərbaycan çempionatında doqquzuncu tura yekun vurulub

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında doqquzuncu tura yekun vurulub. Son turun maraqlı görüşlərindən biri Eltac Səfərli ilə Nicat Abasov arasında oynanılıb. Nəticədən asılı olaraq qalib ilk dördlükdə yer almaqla çempionluq uğrunda mübarizəni davam etdirəcəkdi. Ağ fiqurlarla oynayan Eltac Səfərli görüşü qələbə ilə başa vurmaqla final mərhələsinə vəsiqə qazanıb. Digər oyunlara gəlincə Ülvi Sadıqov Vüqar Manafovu məğlub edib. Vasif Durarbəyli-Məhəmməd Muradlı, Vüqar Əsədli-Aydın Süleymanlı, Əhməd Əhmədzadə-Xəzər Babazadə, Xaqan Əhməd – Murad İbrahimli, Fərid Mustafayev –İsmayıl Şahəliyev arasında görüşlər bərabərliklə yekunlaşıb. İsmayıl Qurbanov və Şahin Vəliyevə texniki qələbə verilib. Doqquz turdan sonra 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıblar. Yanvarın 23-də başlayacaq yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlıya, Vüqar Əsədli isə Eltac Səfərliyə qarşı mübarizə aparacaq. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.xeber100.com

Yanvar 23, 2023 2:54
    Page 54 of 831« First«...102030...5253545556...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az