07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Afrikada 2022-ci ilin rəmzi komandasını açıqlayıb. Federasiyanın saytı  xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun olaraq aşağıdakı kimi tərtib olunub: Qapıçı - Yassin Bunu (Mərakeş), Müdafiəçilər - Əşrəf Hakimi, Romain Saiss (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Ali Malul (Tunis), Yarımmüdafiəçilər - Sofyan Amrabat, Azzedin Unahi (hər ikisi Mərakeş), Məhəmməd Kudus (Qana), Hücumçular - Məhəmməd Salah (Misir), Vensan Abubakar (Kamerun), Sadio Mane (Seneqal).xeber100.com

Yanvar 17, 2023 2:16

“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində

Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” komandası heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi saytı xəbər verir ki, 23 yaşlı müdafiəçi Kamil Pyatkovski Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb. 2021-ci ildən Polşa millisinə çağırılan mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında “Gent”in formasını geyinəcək. Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.xeber100.com

Yanvar 17, 2023 2:13

“Zirə” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirib

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “Zirə” klubu bu gün növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Macarıstanın İkinci Liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin matçda yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub. Baş məşqçi Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komandanın ikinci matçda rəqibi Serbiya Super Liqa təmsilçisi “Radniçki" olacaq. Oyun saat 16:30-da start götürəcək. Qeyd edək ki, “Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2.xeber100.com

Yanvar 17, 2023 2:11

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib. Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək. E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.xeber100.com

Yanvar 16, 2023 2:20

Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsinin iclası keçiriləcək

Yanvarın 25-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Komitənin iclasının gündəliyi gələn həftə açıqlanacaq. Gündəlikdə Rusiya futbol komandalarının Avropa turnirlərinə qayıtması məsələsi ilə bağlı işçi qrupunun yaradılmasının müzakirə olunacağı da gözlənilir. Qeyd edək ki, 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası (FIFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.xeber100.com

Yanvar 16, 2023 2:16

Beynəlxalq Futbol Federasiyası müvəqqəti transfer qadağası qoyub

Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin "Qalatasaray" klubuna müvəqqəti transfer qadağası qoyub. Türkiyə KİV-ləri xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir. Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə çatıb. Yarımmüdafiəçi 18 min 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq. Qeyd edək ki, Lukas Torreyra cari mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir.xeber100.com

Yanvar 15, 2023 1:25

Yanvarın 17-22-də boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. Azərbaycan Boks Federasiyası xəbər verir ki, 14 ölkənin qatılacağı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında güclərini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.xeber100.com  

Yanvar 15, 2023 1:22

Həndbolçulardan ibarət Böyük Britaniya millisi növbəti qələbəsini qazanıb

Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb. Komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib. Qeyd edək ki, britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər - 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib. Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.xeber100.com

Yanvar 15, 2023 1:18

“Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regional liqasında çıxış edir. Rəqib ötən mövsümü 12-ci yerdə başa vurub. Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı sonuncu görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.xeber100.com

Yanvar 14, 2023 1:54

“Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq

Antalyada təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq. Komanda Macarıstanın İkinci Liqa təmsilçisi “MTK Budapeşt” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qeyd edək ki, “Kəpəz” yanvarın 16-da Serbiyanın “Novi Pazar”, ayın 18-də isə Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşacaq.xeber100.com

Yanvar 14, 2023 1:38
    Page 56 of 831« First«...102030...5455565758...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az