06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Çimərlik futbolu üzrə milli komanda da dəyişiklik olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik olub.Azərtac AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb. Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.xeber100.com

Fevral 12, 2018 2:16

UEFA Çempionlar Liqasının final mərhələsində

Fevralın 13-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb - 2:0.Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”nin qonağı olacaq.Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com

Fevral 12, 2018 2:12

İtaliya A seriyasının 24-cü turu çərçivəsində

İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən “Fiorentina” – “Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub.Apasport.az saytının məlumatına görə, Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.Belə ki, “Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə forma geyinib.Qeyd edək ki, “Yuventus” rəqibini 2:0 hesabı ilə məğlub edib.xeber100.com

Fevral 10, 2018 5:55

Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində

Seneqal millisi Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinə hazırlıq məqsədilə oynayacağı yoxlama matçları üçün rəqib axtarır. Apasport.az saytının məlumatına görə, “Şirlər”in bu ölkədə Azərbaycanla qarşılaşacağı iddia olunur.Afrikalılar hətta yığmamızla oyunun tarixini də açıqlayıblar. Bu ölkənin mətbuatı Azərbaycan – Seneqal matçının martın 23-də baş tutacağını qeyd ediblər.Hərçənd, həmin gün Qurban Qurbanovun yetirmələri Belarusu qəbul edəcəklər. İstisna olunmur ki, rəqib axtarışında olan AFFA belaruslularla danışıqlardan öncə Afrika təmsilçisi ilə də matçın təşkilini müzakirə ediblər.Böyük ehtimalla, seneqallılarla anlaşma meydan amilinə görə alınmayıb. Çünki afrikalılar matçın Mərakeşdə baş tutacağını qeyd ediblər. Bu isə komandamızın yeni baş məşqçisinin planlarına daxil olmadığından, DÇ-2018-in iştirakçısı ilə duel baş tutmayıb.xeber100.com

Fevral 10, 2018 5:47

Həndbol Federasiyasının məlumatı

Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, əvvəlcə fevralın 7-də meydan sahibləri (2002-2003-cü il təvəllüdlü qızlar) ilə üz-üzə gələn təmsilçilərimiz gərgin keçən görüşdən 25:24 hesabı ilə məğlub ayrılıblar. Fevralın 8-də yeniyetmə qızlarımız krasnodarlı həmyaşıdları ilə yenidən qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən bu matçda tərəflərin cəhdlərinə baxmayaraq, qalib müəyyənləşməyib - 22:22.Xatırladaq ki, turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com

Fevral 9, 2018 1:04

“Barselona” futbol klubu “Sevilya” ilə qarşılaşacaq

“Barselona” futbol klubu İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Valensiya” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşmada kataloniyalılar rəqiblərinə 2:0 hesabı ilə qalib gəliblər. İlk oyunda da rəqibini məğlub edən (1:0) “Barselona” “Kral kuboku”nun finalına yüksəlib.Həlledici qarşılaşmada Ernesto Valverdenin yetirmələrinin rəqibi “Sevilya” klubu olacaq.xeber100.com

Fevral 9, 2018 1:00

“Zirə” futbol klubu yeni müqavilə imzalayıb

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.İyirmi altı yaşlı müdafiəçi cari mövsümün sonunadək Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.xeber100.com

Fevral 9, 2018 12:57

Stolüstü tennis üzrə Avropa təsnifat turniri keçiriləcək

Fevralın 12-13-də Çexiyanın Xodonin şəhərində stolüstü tennis üzrə gənclərin Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.Azərtac xəbər verir ki, 33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn 4 idmançı cari ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanacaq.Qeyd edək ki, artıq 1 idmançımız Olimpiya Oyunlarına lisenziya əldə edib.xeber100.com

Fevral 9, 2018 12:54

“Kəpəz” klubu qış transferi dövründə

“Kəpəz” klubu qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.Azərtac kluba istinadla xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonunadək Gəncə klubunda çıxış edəcək.İ.Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.xeber100.com

Fevral 9, 2018 12:19

Həndbol üzrə beynəlxalq turnirə start verilib

Rusiyanın Krasnodar şəhərində həndbol üzrə beynəlxalq turnirə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət yığma komandamız turnirdə iştirak edir.Turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com

Fevral 8, 2018 1:23
    Page 563 of 830« First«...102030...561562563564565...570580590...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az