Klublararası Avropa çempionatı keçirilir

İstanbulda Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo İttifaqı (ATİ) tərəfindən təşkil edilən altıncı klublararası Avropa çempionatı keçirilir.Azərtac xəbər verir ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandası 17 idmançı ilə təmsil olunur.İlin ilk yarışında iştirak edəcək gənclərdən ibarət millimizin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov oğlanlardan İsmayıl İsmayılov və Nihad Abbasov (hər ikisi 45 kq), Xanoğlan Kərimov, Bəhruz Quluzadə və Pərviz İsgəndərov (hər üçü 48 kq), Yaşar Məmmədli, Ayaz Qənbərli (hər ikisi 51 kq), Samir Məhərrəmov (55 kq), Yunis Məmmədzadə (59 kq), Cavad Ağayev (63 kq) və Taleh Süleymanova (73 kq) şans verəcək.Qızlardan isə Ofeliya Allahverdiyeva (42 kq), Minayə Əkbərova və Mirvari Qənbərli (hər ikisi 44 kq), Aylin Eynullayeva (46 kq), Sevda Pirseyidova (49 kq) və İlahə Quluzadə (68 kq) mübarizəyə qoşulacaq. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda medallar uğrunda mübarizə aparacaqlar.İlk yarış günü artıq bir idmançımız medal qazanıb. “Sumqayıt” klubunun yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında yarışda bürünc mükafata sahib olub.xeber100.com

Fevral 7, 2018 12:15

İspaniya çempionatının XXII turu çərçivəsində dörd oyun keçirilib

Fevralın 4-də futbol üzrə İspaniya çempionatının XXII turu çərçivəsində dörd oyun keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında "Xetafe" doğma meydanda "Leqanes"i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.Günün ikinci qarşılaşmasında "Barselona" komandası "Espanyol"un qonağı olub. Birinci hissədə komandalar fərqlənə bilməyiblər. Görüşün 66-cı dəqiqəsində meydan sahiblərinin heyətində Herard Moreno hesabı açıb. Matçın 82-ci dəqiqəsində Jerar Pike hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq, görüşdə qalib müəyyənləşməyib – 1:1."Jirona"-"Atletik" oyununda qələbəni meydan sahibləri qeyd ediblər. Belə ki, Kristian Stuaninin görüşün 7-ci və 65-ci dəqiqələrində vurduğu qollar "Jirona"nın qələbəsini rəsmiləşdirib – 2:0.Günün sonuncu qarşılaşmasında isə "Atletiko Madrid" və "Valensiya" komandaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Madrid təmsilçisi matçın 59-cu dəqiqəsində istəyinə çatıb. Anxel Korreanın qolu ilə "Atletiko Madrid" 1:0 hesablı qələbə qazanıb.Qeyd edək ki, hesabında 58 xal "Barselona" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Atletiko Madrid" 49 xalla ikinci, "Valensiya" 40 xalla üçüncü, "Real Madrid" 39 xalla dördüncü, "Vilyareal" isə 37 xalla beşinci pillədə yer alıb.xeber100.com

Fevral 5, 2018 2:03