03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sumqayıt” klubu dövlətlərarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb

“Sumqayıt” futbol klubu dövlətlərarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb. Komanda “Kolos”un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib. Klubun rəsmi saytına istinadla xəbər verir ki, braziliyalı hücumçu müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonunadək icarəyə götürülüb. Qeyd edək ki, “Sumqayıt” futbol klubunun tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.xeber100.com

Yanvar 12, 2023 11:53

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir

Cari ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir. Bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artıb. Yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildiriblər ki, göstəricilər son 6 yarışla müqayisədə rekord həddə yüksəlib. Biletlər ötən il dekabrın 15-dən satışdadır və yarışı izləmək istəyənlər 20 faiz endirimlə təklif olunan kampaniyadan yanvarın 15-dək yararlana bilərlər. Ümumilikdə biletlər yarışadək satışda olacaq. İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır. Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.xeber100.com

Yanvar 12, 2023 11:50

“Neftçi” futbol klubunun ilk yoxlama oyununun başlanma vaxtı açıqlanıb

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma vaxtı açıqlanıb. Klubdan bildiriblər ki, Macarıstanın “Vaşaş” komandası ilə yanvarın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, Belek bölgəsində məskunlaşan komandamız daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.xeber100.com

Yanvar 10, 2023 1:59

Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Albaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Bu barədə Albaniya Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb. Milli komanda braziliyalı Silvio Mendes Kampos Juniora tapşırılıb. Silvinyo kimi tanınan mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. O, yığmada uğursuz nəticələrə görə istefaya göndərilən italiyalı Edoardo Rejanı əvəz edəcək. “Korintians”ın baş məşqçisi olmuş Silvinyo futbolçu karyerası ərzində “Arsenal”, “Selta”, “Barselona” və “Mançester Siti” klublarında forma geyinib. O, Braziliya millisində 6 oyun keçirib.xeber100.com

Yanvar 10, 2023 1:57

Azərbaycan Həndbol Federasiyası: Avropa çempionatına hazırlıq davam edir

Yanvarın 13-dən 15-dək kişi həndbolçulardan ibarət milli komandamız 2026-cı il Avropa çempionatının təsnifat turnirində qüvvəsini sınayacaq. Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, millimiz “AHF Arena”da təlim məşq-toplanışını davam etdirir. On altı idmançının qatıldığı hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə aparılır. Fiziki hazırlığı başa çatdıran komanda toplanışın sonuncu günlərində taktiki və texniki çalışmaları yerinə yetirir. Gündə 1 dəfə olmaqla, hər gün məşq edən millinin düşərgəsində nikbin ab-hava və mübariz əhval-ruhiyyə hökm sürür. Qeyd edək ki, millimiz Bakı İdman Sarayında keçiriləcək təsnifat turnirinə yanvarın 13-də saat 17:00-da Malta seçməsinə qarşı oyunla start verəcək. Həndbolçularımız yanvarın 14-də saat 17:00-da Böyük Britaniya seçməsi ilə qarşılaşacaqlar. Ertəsi gün isə saat 15:00-da millimiz Kipr kollektivi ilə oyuna çıxacaq.xeber100.com

Yanvar 10, 2023 1:52

“Qarabağ” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər

Ağdamın “Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər. Ağdam təmsilçisi Belçikanın “Beveren” klubunun yarımmüdafiəçisi Lukas Ribeyrunu transfer etmək istəyir. “Qarabağ”ın braziliyalı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib. Rusiyanın iki klubunun da Ribeyru ilə maraqlandığı, ancaq oyunçunu Ağdam təmsilçisinin təklifinin cəlb etdiyi vurğulanıb. Qeyd edək ki, son Azərbaycan çempionunun fransalı vinger Aama Diakabi ilə yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.xeber100.com

Yanvar 10, 2023 1:49

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb

Kriştiano Ronaldonun yeni klubu “Əl-Nəsr”də debüt edəcəyi vaxt açıqlanıb. Bu barədə “L'Equipe” nəşri məlumat yayıb. Onun yanvarın 22-də Səudiyyə Ərəbistanı çempionatında ilk oyuna çıxacağı bildirilir. Həmin gün rəqib “Əl-İstiqlal” komandası olacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. O vaxtadək portuqaliyalı hücumçuya İngiltərə Futbol Assosiasiyası tərəfindən noyabrda qoyulmuş iki oyunluq cəzanın müddəti başa çatacaq.xeber100.com

Yanvar 9, 2023 11:04

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Bundesliqa təmsilçisi Yunanıstanın “Olimpiakos” klubundan yarımmüdafiəçi Pyer Kundeni icarəyə götürüb. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Kamerun yığmasının da üzvü olan futbolçu satınalma şərti ilə heyətə cəlb olunub. Kunde 2021-ci ildən “Olimpiakos”da forma geyinirdi. İyirmi yeddi yaşlı futbolçu Yunanıstan təmsilçisində 39 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Kamerun yığmasında 34 oyuna 1 qol vurub.xeber100.com

Yanvar 9, 2023 10:54

Azərbaycan Voleybol Federasiyasının məlumatı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında bürünc medal qazanıblar. Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, idmançıların formasını geyindiyi “Şenzen Jonqsay” Çin Liqasında üçüncü yeri tutub. Komanda üçüncülük uğrunda görüşdə “Fujian”la qarşılaşıb. İkioyunluq mübarizədə 3:2 və 3:1 hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu yarışın bürünc medalına sahib çıxıb.xeber100.com

Yanvar 9, 2023 10:49

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması…

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşı baş məşqçisini açıqlayıb. Bu ada futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni layiq görülüb. Mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk üçlüyü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk üçlükdə yer alıb. Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.xeber100.com

Yanvar 9, 2023 10:46
    Page 57 of 830« First«...102030...5556575859...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az