Gimnastika Federasiyasının məlumatına görə…

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə aprelin 12-15-də batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatını təşkil edəcək.Apa-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək 26-cı Avropa çempionatında böyüklərin proqramında 25, gənclərin yarışında isə 26 ölkənin iştirakı və hər üç növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.Gimnastlar üçün doğma məkana çevrilmiş arenada dörd gün davam edəcək qitə çempionatında gimnastikanın dörd növü - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu üzrə yarışlar təşkil olunacaq. Çempionatın birinci və ikinci günlərində həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında final yarışları keçiriləcək.Aprelin 14-də gimnastlar gənc və böyüklər üzrə sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən, fərdi proqramda təsnifat iki mərhələdən ibarət olduğundan çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan əvvəl ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarımfinal mərhələsi də təşkil ediləcək. Turnirin sonuncu günündə isə hər dörd növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) mükafatçıların adları məlum olacaq.Avropa çempionatının əsas xüsusiyyəti odur ki, gənc gimnastlar bu il keçiriləcək gənclər arasında Olimpiya, böyük gimnastlar isə II Avropa Oyunlarına lisenziyanı məhz Bakıda qazanacaqlar.xeber100.com

Yanvar 28, 2018 9:03

Voleybol üzrə Liqa yarışlarına start verilib

Voleybol üzrə qadınlar və kişilər arasında birinci Liqa yarışlarına start verilib.Azərtac xəbər verir ki, 19 komandanın iştirak etdiyi yarışda 10 kişi, 9 qadın klubu mübarizə aparır.Azərbaycan Voleybol Mərkəzində əvvəlcə meydançaya “Azərreyl-1” və “Xətai” komandaları çıxıblar. “Azərreyl-1” görüşdən 3:0 hesabı ilə qalib ayrılıb.Oyundan sonra birinci Liqanın rəsmi açılış mərasimi olub.Mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov və qurumun vitse-prezidentləri iştirak ediblər.Komandalar meydançaya dəvət edildikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Federasiyanın vitse-prezidenti Vaqif Əliyev Azərbaycan voleybolunun uğurlarından danışıb, yarışın iştirakçılarına uğurlar arzulayıb.Sonra birinci Liqa yarışları açıq elan olunub.Açılış mərasimindən sonra Azərbaycan Voleybol Mərkəzində kişi komandalarından “ATU” və “BOS-Şelf” üz-üzə gəliblər. Görüş 3:1 hesabı ilə “BOS-Şelf” komandasının qələbəsi ilə başa çatıb. “Şəki”-“İqtisadçı” komandalarının görüşündə isə ikincilər 3:2 hesabı ilə qələbə qazanıblar.Daha sonra qadın komandaları meydana çıxıblar. “Gəncə” ilə qarşılaşan UNEC komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.Qadınlar və kişilər arasında birinci Liqa yarışları iki dövrədən, pley-off və final mərhələsindən ibarətdir.xeber100.com

Yanvar 25, 2018 2:34